Rusiyanın məşhur "Laskovıy may" qrupunun üzvü, müğənni Yuri Şatunov 48 yaşında vəfat edib.
Ednews xəbər verir ki, müğənninin ölümünə əsas səbəb ürəkçatışmazlığıdır.
Solist Y. Şatunovun "Ne boysa", "Belıye rozı", "Pust budet noç", "Sedaya noç" və s. mahnıları sevənlərinin dillər əzbəridir.
Qeyd edək ki, ötən əsrin 80-ci illərin sonunda yaranan “Həzin may” estrada qrupu keçmiş SSRİ-də qısa zamanda böyük məşhurluq qazanıb.
Nəzrin Beydiyeva