Süni intellektə malik robotlar üzərində aparılan son elmi araşdırmalar, onların idarə olunmadıqda irqçi və cinsiyyətçi davranışlar nümayiş etdirdiyini sübut edib.
Ednews xəbər verir ki, araşdırmalar bir qrup alim tərəfindən ABŞ-ın Corciya Texnologiya İnstitutunda aparılıb. Nəticədə robotlarda istifadə edilən süni intellektdə çox ciddi qüsurların olduğu müəyyən edilib.
Alimlər araşdırma zamanı robotlara bəzi göstərişlər veriblər. Bu təlimatlara üzərində müxtəlif şəkillər olan əşyaların qutuya qoyulması daxildir. Daha sonra robotlara insanları irqinə görə ayırmaq təlimatı verilib.
Cinayətkarı göstər dedikdə isə robotlar zənciləri seçiblər. Eləcə də onlar evdarlığı latın və qaradərili qadınlarla, həkimlik peşəsini isə kişilərlə əlaqələndiriblər.
Araşdırmaya rəhbərlik edən alim Endryu Hand açıqlamasında "Biz irqçi və cinsiyyətçi robotlar yaratmaq riskini daşıyırıq”,-deyə bildirib.
Hand, həmçinin, robot sənayesinin bu, böyük problemə məhəl qoymadığını da qeyd edib.
Qeyd edək ki, buna bənzər araşdırmalar ötən illərdə də aparılıb və süni intellektin o qədər də məsum olmadığı ortaya çıxıb.
Aliyə İlyas