Ölkələri kimlər idarə edir? - Dünya liderlərinin bürcləri - ednews.net

19 Avqust, Cümə

(+994 50) 229-39-11

Ölkələri kimlər idarə edir? - Dünya liderlərinin bürcləri

Maraqlı A- A A+
Bürclərin insan xarakterinə təsiri bir çoxlarının marağına səbəb olur. İnsanlar bəzən özlərinə həyat yoldaşı və ya dost seçərkən bürc uyğunluğuna əhəmiyyət verirlər.
 
Bürclər sadəcə insan xarakterinə deyil, onların idarəetmə prinsiplərinə də təsirsiz ötüşmür.
 
Ednews dünya liderlərinin bürcləri haqqında yazını təqdim edir.
 
Angela Merkel (Almaniya kansleri)
 
 
17 iyul 1954-cü ildə Hamburqda anadan olan Merkel xərçəng bürcüdür. Xərçəng qadınları dürüst olmaları ilə tanınırlar. Həmçinin, onların romantik və macəra həvəskarı olduğunu da söyləmək olar. Xərçəng qadını öz adət və ənənələrinə xüsusilə bağlıdır. Ümumiyyətlə, ana portretini çəkirlər. Bundan əlavə sirli və tənqidə açıq olmamaları onların mənfi xüsusiyyətlərindən sayıla bilər.
 
II Elizabet (İngiltərə kraliçası)
 
 
Əsl adı Elizabet Aleksandra Mari Vindsor olan II Elizabet 21 aprel 1926-cı ildə buğa bürcü altında anadan olub. Buğa qadını kifayət qədər sakit olsa da, sıx emosiyalara malikdir. İncəsənətlə çox maraqlanırlar.  Onlar geyimlərini uyğunlaşdırmağı çox sevirlər. Kraliçanın geyim tərzindəki zəriflik də bunu təsdiqləyir.
 
Emmanuel Makron (Fransa Prezidenti)
 
 
21 dekabr 1977-ci ildə anadan olan Makron oxatan bürcüdür. Oxatan kişiləri aşiq olduqları zaman son dərəcə cazibədar olurlar. Maraqlı sevgi sərgüzəştlərini xoşlayırlar. Onun həyat yoldaşı ilə sevgi hekayəsi əfsanəvi hal alır.
 
Perdo Sencez (İspaniya prezidenti)
 
 
29 fevral 1972-ci ildə İspaniyada anadan olan Pedro Sancez balıqlar bürcüdür. Bu bürc altında dünyaya gələn insanlar çox həssas olurlar. Onlar hadisələrə emosional reaksiya verirlər. 
 
Sanna Marin (Finlandiya baş naziri) 
 
 
16 noyabr 1985-ci ildə Helsinkidə anadan olan Sanna Marin əqrəb bürcündəndir. Əqrəblər iddialı, mübarizələrindən əl çəkməyən insanlardır. Keyfiyyətli həyat sürməyi sevirlər. Marinin vəzifəsinə gələnə qədərki həyat mübarizəsi onun nə qədər inadkar olduğunu göstərir.
 
Rəcəb Tayyib Ərdoğan (Türkiyə prezidenti) 
 
 
26 fevral 1954-cü ildə İstanbul da anadan olan Ərdoğan balıq bürcüdür. Balıqlar hər kəslə asanlıqla anlaşa bilmir və hər şeyə emosional yanaşırlar.  Ədəbiyyata, poeziyaya böyük maraq göstərirlər. Ərdoğanın da ədəbiyyatla maraqlandığı və şeirləri çox sevdiyi məlumdur.
 
Vladimir Vladimiroviç Putin (Rusiya prezidenti)
 
 
7 oktyabr 1952-ci ildə anadan olan Vladimir Vladimiroviç Putin tərəzi bürcüdür. Həddindən artıq sakit, balanslı və ahəngdar olan tərəzilər incəsənətə və idmana çox düşkündürlər. Rusiya rəhbəri də boks, üzgüçülük, boulinq, buz xokkeyi kimi bir çox idman növü ilə məşğul olur.
 
Benyamin Netanyahu (İsrail prezidenti)
 
 
21 oktyabr 1949-cu ildə Təl-Əvivdə anadan olan Benyamin Netanyahu tərəzi bürcüdür . Tərəzilərin gizli mükəmməl tərəfləri var. Qarşılaşdığı hər vəziyyəti müsbət və mənfiləri  ilə ölçüb-biçirlər. Beləcə, onlar düzgün qərar verdiklərinə əmin olmaq istəyirlər.
 
Kim Çen In (Şimali Koreya prezidenti)
 
 
8 yanvar 1983-cü ildə anadan olan Kim Çen In oğlaq bürcüdür. Onlar həddindən artıq sərt ola bilirlər. Nəzarət etməyi sevdiyi üçün ətrafdakı insanların həyatına da müdaxilə edirlər. Onun dediyi və etdiyi hər şey doğrudur və heç vaxt sorğu-sual oluna bilməz. Qardaşını ona xəyanət etdiyi üçün itlərə yedizdirən Kim, "Bu qətiyyətli hərəkət ölkənin birliyini gücləndirdi"-deyərək qərarlarına nə qədər sadiq olduğunu göstərib.
 
Bəşər Əsəd (Suriya prezidenti)
 
 
11 sentyabr 1965-ci ildə anadan olan Bəşər Hafiz Əsəd qız bürcüdür. Qız bürcləri nizam-intizam mövzusunda çox həssasdırlar. Onlar çox inadkar olurlar. Qız bürcü digər bürclərə nəzərən partnyorlarını daha çox dəyişir. Əsədin müşavirləri ilə olan münasibəti hər kəsə məlumdur.
 
Aliyə İlyas
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...