Dünyanın ən məşhur tərk edilən parkları - ARAŞDIRMA - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Dünyanın ən məşhur tərk edilən parkları - ARAŞDIRMA

Maraqlı A- A A+
Bəzən qorxulu, bəzən isə ən əyləncəli olan parklar hər kəsin xoşuna gələn məkanlardandır. Ancaq hər şeyin bir ömrü olduğu kimi, bu əyləncə parkları da uzun illər mühafizə olunmayıb.  Bu səbəbdən onlar ya məhv edilir, ya da tərk edilir və geriyə ancaq vahiməli görüntülər qalır.
 
Ednews əyləncə parkları ilə bağlı araşdırmanı təqdim edir:
 
“Pripyat”
 
 
Əvvəllər Pripyat şəhərində 50 minə yaxın insan yaşayıb, lakin 1986-cı ildə Çernobıl AES-də baş verən fəlakətdən sonra tərk edilib. Radiasiyaya görə şəhər təhlükəsiz elan olunana qədər toxunulmaz olaraq qalıb. Hər küncü diqqət çəkən, tərk edilən Çernobıl şəhəri Pripyatın ən qorxulu yeri olmaqla yanaşı, həm də ən əyləncəli parkıdır. Qeyd edək ki, fəlakətdən 5 gün sonra açılışı planlaşdırılan parkdan istifadə edilməyib. Paslanmış bamper avtomobilləri, simvolik 26 metrlik dönmə çarxı və qorxunc yerləri Pripyat əyləncə parkını dünyanın ən maraqlı parklarından birinə çevirir.
 
“Nara Dreamland”
 
 
Yaponiyada yerləşən "Nara Dreamland" demək olar ki artıq yer üzündən silinmək üzrədir. 10 ildən artıqdır bağlı olan "Nara Dreamland"-in fotoları isə görənləri təəccübləndirir. Çünki müəyyən dövr ərzində dünyanın ən gözəl əyləncə parklarından hesab olunan bu yer indi tamamilə pis vəziyyətdədir.
 
Qeyd edək ki, 1961-ci ildə tikilən park Yaponiyanın "Disneylan"di kimi tanınır. Lakin qısa müddətdən sonra "Disney" və "Universal Studio" öz oyun meydançalarını açıb və şəhər mərkəzindən uzaqda yerləşən Nara parkı populyarlığını itirməyə başlayıb. İllər sonra bu qorxunc, tərk edilən məkana gələn və fotoşəkillərini çəkən fransız fotoqraf Romain Veillon park haqqında “Bütün gözəl xəyallar bir gün bitməlidir”,- deyə bildirib.
 
“Spreepark”
 
 
Berlinin cənub-şərqində yerləşən "Spreepark" Şərqi Almaniyanın mirasları arasındadır. İlk tikildiyi zamandan yerli əhalinin böyük marağına səbəb olan bu yer dönmə çarxı, köhnə, paslı relsləri və zədələnmiş dinozavrları ilə ziyarətçilərini qarşılamağa davam edir. "Spreepark"1969-cu ildə Şərqi Almaniyada kommunist hökuməti tərəfindən tikilib və Berlin Divarı yıxılana qədər fəaliyyət göstərib. Norbert Witte 1991-ci ildə parkın idarəçiliyini öz üzərinə götürüb və bundan sonra ərazinin cazibəsi azalmağa başlayıb. Belə ki, park 2002-ci ildə ictimaiyyət üçün bağlanıb.
 
Qeyd edək ki, onun bağlanması "Spreepark"ı tamamilə məhv etməyib, əksinə onu vahiməli bir yerə çevirib. Parkın xarabalıqları arasında əsl ölçülərinə uyğun olduğu güman edilən dinozavr heykəlləri, nəhəng dönmə çarxı və köhnə roller sahil gəmisi isə  xüsusi diqqət çəkir. 
 
“Disneyin itmiş dünyası”
 
 
Floridanın Bay gölünün ortasındakı adada yerləşən bu əyləncə parkı hələ də diqqət mərkəzindədir. Əslində bu adada iki park var. Birincisi “Discovery Island Park”, ikincisi “River Village” adlı əyləncə parklardır. Hər iki park Walt Disney üçün çox vacib sayılıb. "Discovery Island Park" 1974-1999-cu illər arasında, "River Village" isə 1976-2001-ci illərdə fəaliyyətdə olub. Həmin illərdən başlayaraq tədricən köhnəlmiş əyləncə parkının son vəziyyəti isə kifayət qədər qorxuludur. 
 
“Qulliver Krallığı”
 
 
Parkın bağlanmasına ən böyük səbəb onun coğrafi mövqeyidir. Belə ki, Qulliverin uzandığı park Yaponiyanın dünyaca məşhur intihar meşəsinin düz yanında yerləşir. Niyə, kimsə uşağını belə qorxulu bir yerə yaxın yerləşən parka aparsın, elə deyilmi? Parkın digər qonşusu isə ölümcül sinir qazı istehsal edən fabrikdir.
 
 “Müqəddəs torpaqlar”
 
 
ABŞ-ın Uoterberi şəhərində yerləşən bu park ilk ziyarətçilərini 1958-ci ildə qəbul edib. Qeyd edək ki, park fəaliyyət göstərdiyi dövrdə gün ərzində 40.000-dən çox ziyarətçiyə ev sahibliyi edib. Bethlehem və Qüds kimi müqəddəs şəhərlərin kiçik bir maketi ilə yanaşı, parkda bir çox mühüm sarayların da maketləri var. 1984-cü ildə abadlıq işləri ilə əlaqədar bağlanan parkın sahibi 2 ildən sonra dünyasını dəyişib. O vaxtdan etibarən heç kim parka baş çəkməyib və ərazi tədricən məhv olmağa başlayıb. 2011-ci ildə tərk edilmiş park rütubətli vəziyyətdə ziyarətçilərin üzünə yenidən açılıb. Qeyed edək ki, ziyarətçilər ərazidə dağılmış binalardan xəsarət almamaq üçün parkda bələdçi ilə gəzirlər. 
 
Nəzrin Beydiyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...