Kainatın ən böyük sirlərindən biri hesab olunan qaranlıq maddənin gizliliyi Böyük Adron Sürətləndiricisi (LHC) yenidən fəaliyyətə başladıqda açıla bilər.
Ednews xəbər verir ki, bu maddə kainatdakı maddələrin dörddə üçündən çoxunu təşkil edir, lakin elm adamları hələ də bunun nə olduğunu açıqlaya bilmirlər.
Qeyd edək ki, dünyanın ən böyük hissəcik sürətləndiricisi olan LHC-nin tutumu İsveçrədəki Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) qaranlıq maddənin tədqiqi üçün təkmilləşdirilib.
CERN-in alimləri 21-ci əsrin ən böyük kəşflərindən biri hesab edilən Higgs bozonunu 10 il əvvəl kəşf etmişdilər.
Mütəxəssislərin fikrincə, sözügedən hissəcik olmasaydı, kainatda bu gün bildiyimiz heç bir şey mövcud olmazdı.
Nəzrin Beydiyeva