NASA-nın Ceyms Uebb kosmik teleskopu iyul ayında Yupiterin şimal və cənub işıqlarının və qütb dumanının misli görünməmiş mənzərələrini çəkərək fotoşəkillərini paylaşıb.
Planetin qütb parıltıları daha tünd qırmızı rəngdə görmək mümkün olub.
Yeri gəlmişkən, Yupiterin üzərindəki böyük qırmızı ləkə Yeri uda biləcək qədər nəhəng bir tufan ocağıdır.
İri miqyaslı olan şəkil xüsusilə heyrətamiz görüntüdədir. Planetin ətrafındakı zəif sayrışan halqaları, eləcə də qalaktikaların parlaq fonunda iki kiçik peyki görünür.
Elnur Ənvəroğlu