Türkiyədə baş verən ən qanlı - TERROR AKTLARI – SİYAHI - ednews.net

28 Noyabr, Bazar ertəsi

(+994 50) 229-39-11

Türkiyədə baş verən ən qanlı - TERROR AKTLARI – SİYAHI

Maraqlı A- A A+
İstanbulda İstiqlal küçəsində baş verən terror hadisəsi qanlı aktlarda həyatını itirən günahsız canların sayını bir qədər də artırdı. Əfsuslar olsun ki, bu cür qətliamlar sadəcə Taksimdə baş verən hadisə ilə məhdudlaşmır. Hər hadisə çoxsaylı canları özüylə birlikdə qurban aparmaqla yanaşı, istər ölkənin, istərsə də cəmiyyətin tarixinə qanlı hərflərlə yazılır.
 
Ednews son illərdə Türkiyə tarixində baş verən qanlı qətliamları nəzərinizə çatdırır.
 
Şırnak münaqişələri
2015-ci ilin iyununda Türkiyədə keçirilən ümumi seçkilərdən sonra PKK üzvləri tez-tez yolları kəsir, maşınları yandırır və tikinti sahələrinə basqın edərək ictimai əmlaka ziyan vururdular.  17 yanvar 2016-cı ildə Şırnak şəhər mərkəzində PKK-nın hücumundan sonra təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi ”Xəndək” əməliyyatlarının davam etdiyi İdildə də daha bir qanlı qətliam baş verdi. Belə ki, PKK tərəfindən yerləşdirilən partlaıyıcılar nəticəsində 2 polis həyatını itirdi, 7 polis məmuru isə yaralandı.  Yanvarın 18-də isə Şırnakın mərkəzi Yenimahalledə polis xidməti maşını bu ərazidə olarkən PKK-lıların reaktiv yaylım atəşi açması nəticəsində 2 polis məmuru həyatını itirib 10-u yaralanıb.
 
Ankara qətliamı
Qətliam 10 oktyabr 2015-ci il tarixində yerli vaxtla səhər saat 10:04 radələrində Ankara Stansiyasının qovşağında kamikadze tərəfindən törədilib. 109 nəfərin ölümü ilə nəticələn bu qətliam müasir Türkiyə tarixində ən qanlı hücumlardan hesab olunur. Hücumdan sonra RTÜK yayım təşkilatlarına müvəqqəti yayım qadağası qoyub və internet provayderləri tərəfindən bəzi sosial media (Twitter, Facebook) saytlarına girişi bloklayıb.
 
Oktyabrın 10-da DİSK, KESK, Türk Təbiblər Birliyi, TMMOB, HDP və bir çox qeyri-hökumət təşkilatlarının iştirakı ilə Sülh Toplantısı keçirilib. Lakin kortejdə yürüş sahəsinə doğru irəliləyən qrupların yerləşdiyi Qatar Vağzalının qovşağında 3 saniyə ara ilə 2 partlayış baş verib. Partlayışdan sonra polis təcili yardım maşınlarından əvvəl meydana gəlib. Meydanda olan hər kəsi ərazidən uzaqlaşdırmağa başlayanda yaralılara kömək etmək istəyən nümayişçilər bloklandığı üçün polisə etiraz ediblər. Bunun üzərinə polis qrupa təzyiqli su və gözyaşardıcı qazla müdaxilə edib.
 
19 oktyabr 2015-ci ildə iki kamikadzedən birinin Suruç hücumunu həyata keçirən şəxsin qardaşı olduğu rəsmən müəyyən edilib və hər iki qardaş İraq Şam İslam Dövləti (İŞİD) ilə əlaqədə şübhəli bilinib.
 
Dürümlü qətliamı
Dürümlü terroru 12 may 2016-cı il tarixində yerli vaxtla saat 22:30 radələrində Diyarbakırın Sur rayonunun Dürümlü məhəlləsində baş verib. Bombalı hücum nəticəsində 16 nəfər həyatını itirib, 23 nəfərin yaralanıb. Hücuma görə məsuliyyəti PKK öz üzərinə götürüb.
24 Noyabr 2016-cı ildə öldürülən PKK üzvü Nevzat Gündüzün dəlilləri deşifrə edildikdən sonra bombalı hücumun liderlərindən biri olduğu anlaşılan Burhan Taş, 14 noyabr 2017-ci ildə həbs olunub. 
Daxili işlər naziri Süleyman Soylu 11 iyun 2020-ci il tarixində sosial media hesabında narıncı kateqoriyada axtarışda olan İzzet Yiğitin də zərərsizləşdirildiyini, Dürümlü hücumunun və 3 polisin şəhid olduğu Elazığ İl Polis Şöbəsinin hücumunun faili olduğunu açıqlayıb. 
 
Reina qətliamı
Qətliam 2017-ci il İstanbuldakı gecə klubunda baş verib. Yerli vaxtla saat 01:15-də Yeni il şənliyi zamanı İstanbulun Beşiktaş səmtinin Ortaköy ərazisindəki Reina gecə klubuna silahlı hücum təşkil olunub. Hücum nəticəsində 39 nəfər ölüb, 70 isə yaralanıb.
İraq Şam İslam Dövləti (İŞİD) bir gün sonra hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Təcavüzkar və təşkilatın bəzi silahlıları 17 yanvar 2017-ci il tarixində yerli vaxtla saat 00:15-də İstanbul Esenyurt ərazisində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar.
 
Nəzrin Beydiyeva
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...