2022-ci il dünya çempionatının açılış mərasimində Qətər əmirinin anası Şeyxa Moza bint Nasir görünüşü ilə heyran edib.
Ednews xəbər verir ki, o, geniş, axıcı və unikal dizayna malik Prada moda evinin imzası olan al qırmızı libası ilə diqqətləri öz üzərinə çəkib.
Şeyxa Moza libasındakı geniş, axan qolları olan şəffaf əba və eyni rəngli baş örtüyü ilə görünüşünü tamamlayıb.
O, al qırmızı libası 12 il əvvəl 2010-cu ildə, Qətərin 2022-ci il Dünya Çempionatına ev sahibliyi etmək üçün namizədliyi qazanarkən geyinib.
Şahzadə kombinini 2010-cu ildə taxdığı broşun eynisini, "Chaumet" imzalı qanad şəklində "Belle Epoque" almaz taxma ilə tamamlayıb. Taca çevrilə biləcək bu broşun ilk parçası isə 1910-cu ildə Cozef Chaumet tərəfindən Xanım Peyn Uitni üçün hazırlanıb.
O, açılışda əri, Qətərin keçmiş əmiri Şeyx Həməd və onların iki övladı Şeyxa Hind bint Həməd və keçmiş vəliəhd Şeyx Casim bin Həmədlə birlikdə iştirak edib.
Xatırladaq ki, Qətərdə keçirilən Futbol üzrə dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.
Qeyd edək ki, Qətər, möhtəşəm futbol turnirinə ev sahibliyi edən ilk ərəb ölkəsidir.
Rəna Mürşüd