ABŞ-da Sara Rozenblat 43 ildən sonra bacısı və anası ilə bir araya gəlib.
Ednews-un lenta.ru-ya istinadən verdiyi xəbərə görə Sara Çilidə anadan olub, lakin doğulduqdan qısa müddət sonra oğurlanıb və ABŞ-da yəhudi bir himayədar ailədə böyüyüb.
Qadın Çilidə qohumlarının olduğunu bilsə də, son vaxtlara qədər düşünürdü ki, valideynləri ondan imtina edib və onu övladlığa veriblər. Buna baxmayaraq, o, həmişə bioloji ailəsini tapmaq istəyirdi.
2022-ci ildə övladlığa götürülən qardaşı ona, doğulduqdan dərhal sonra qaçırılan çilili uşaqlar haqqında məqalə göndərib. Rosenblatt o uşaqların arasında özünün də ola biləcəyindən şübhələnib və qohumlarını tapmaq qərarına gəlib.
Oğuz Ayvaz