Yüz illər əvvəl Amerika qitəsini idarə edən Maya və Teotihuacan sivilizasiyalarının primatların tutulması, köçürülməsi və onlar arasında hədiyyə diplomatiyası ilə məşğul olduğuna dair ən erkən dəlillər tapılıb.
Ednews xəbər verir ki, Meksikada çalışan elm adamları 1700 il əvvəl Mayyalıların Teotihuacanlara meymun hədiyyə edildiyi müəyyənləşib.
İş arxeoloq Naua Sugiyamanın YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Meksikanın Teotihuakan şəhərinin xarabalıqlarında meymunlarının qalıqlarını aşkar etməsi ilə başlayıb.
Sözügedən ərazidə meymunların normalda yaşamadığını bilən Suqiyama heyvanı bura kimin gətirdiyini və nə üçün qurban kəsildiyini araşdırıb.
Qalıqların yerində obsidian uclu alətlər, dəniz qabıqları və qiymətli daş artefaktlar da aşkar edilib.
Həmçinin, böyük bir ziyafətdən 14.000-dən çox saxsı qab və Maya meymununu təsvir edən divar rəsmləri də üzə çıxıb.
Keramika parçalarının 1700 ildən çox yaşı olduğu məlum olub.
Tədqiqatçılar bildiriblər ki, tapıntılar iki sivilizasiya arasında baş verən mübadilənin sübutudur.
DNT-nin çıxarılması, radiokarbon təyini və kimyəvi qidalanma analizi kimi fərqli üsullarla meymun haqqında da məlumat əldə edilib. Məlum olub ki, heyvan diri-diri basdırılıb və ehtimal ki, 5-8 yaşındadır.
Meymunun iki dişi heyvanın tutulmazdan əvvəl rütubətli mühitdə yaşadığını, bitki kökləri yediyini göstərir.
Tutularaq Teotihuacan şəhərinə gətirilən meymunun qarğıdalı və acı bibər kimi insanların yediyi məhsullara bənzər məhsullarla qidalandığı müəyyən olunub.
PNAS elmi jurnalında dərc edilən araşdırmada heyvanın sonu ilə bağlı aşağıdakı ifadələr yer alıb:
"Əllərin arxadan və ayaqların bağlanması meymunun diri-diri basdırıldığını göstərir. Bu, Teotihuacanda qurban kəsilən insan və heyvanlarda çox rast gəlinirdi."
Nəzrin Beydiyeva