12 ildir pərəstişkarlarının ən çox izlənilən serialı olan “The Walking Dead” finala çıxıb.
Ednews xəbər verir ki, 11-ci sezonda "Rest in Peace" (Nur içində yat) bölümü ilə ekranlara vida edən fenomen serialı indiyədək 177 bölüm yayımlayıb.
İlk dəfə 2010-cu ildə ABŞ-da yayımlanan "The Walking Dead" zombi serialı Robert Kirkmanın komiks seriyasından ilhamlanaraq lentə alınıb.
90 dəqiqəlik son bölüm...
Koronavirus pandemiyası səbəbiylə çəkilişləri yarımçıq qalan serial 24 seriyadan ibarət final sezonunu üç hissədə yayımlamağa qərar vermişdi. Serialın son epizodunda Daryl Dikson (Norman Ridus) və Carol Peletier (Melissa McBride) başçılıq etdiyi sonuncu sağ qalanlar Birliyinin öhdəsindən gəlmək üçün mübarizə aparır. Serialın prodüserlərindən olan Anjela Kanq TV Line-a verdiyi müsahibədə bütün personajların sağ qala bilməyəcəyini bildirib.
Nəzrin Beydiyeva