4000 kişinin daxil olduğu araşdırma nəticəsində keçəlliyi olan kişilərdə prostat xərçənginə tutulma riskinin yüzdə 50 daha yüksək olduğu məlum olub.
Ednews xəbər verir ki, koroner ürək xəstəliyi riski altında olan kişilər alnında saç düzümündə seyrəklik yaşayanlar deyil, başının yuxarı hissəsində keçəllik olanlardır.
37 min kişi üzərində 11 illik araşdırmalardan sonra keçəl kişilərin digər kişilərə nisbətən ürək xəstəliyinə tutulma riskinin 32 faiz daha çox olduğu ortaya çıxıb.
55-60 yaşlı kişilərdə bu nisbət 44 faizə yüksəlir. Nəticələr Yaponiya, Avropa və ABŞ-da aparılan yeddi müxtəlif tədqiqatın müqayisəsindən sonra əldə edilib.
Nəzrin Beydiyeva