Braziliyadakı həbsxanaların birində ilginc hadisə baş verib.
Ceres həbsxanasındakı Rafael Valadao adlı məhbus buradan qaçmaq üçün divarda dəlik açıb.
Ednews xəbər verir ki, məhkumun çılğın cəhdi faciəvi şəkildə başa çatıb.
Belə ki, o, artıq çəkili olduğu üçün dəlikdə ilişərək maneədən keçə bilməyib. Məhbusun bu vəziyyəti mühafizəçiləri güldürüb.
Nəticədə divarda kiçik dəlik açan Rafael Valadao və dostlarının planı iflasa uğrayıb.
Nəzrin Beydiyeva