Texnologiya inkişaf etdikcə yaşayış yerlərimiz və standartlarımız dəyişir. 100 ildən sonra həyatın necə olacağını təxmin etmək asan olmasa da, bununla bağlı bəzi fikirlər var. Hər nə qədər inanmağı çətin olsa da, bugünkü inkişaf olacaqları proqnozlaşdırmağa imkan verir.
Daha uzun həyat...
Fərdiləşdirilmiş tibb üfüqdəki əsas elmi nailiyyətlərdən biri olacaq. Bu texnologiya alimlərə xərçəng kimi hələ də müalicə etməkdə çətinlik çəkdikləri xəstəlikləri anlamağa kömək etməyə başlayır. Genomun daha yaxşı başa düşülməsi insanlara özlərini daha dərindən anlamağa kömək edəcək və həkimlərə insanları müalicə etməyə kömək edəcək.
Eyni zamanda xəstəliklər rəqəmsal olaraq aşkarlanmağa başlayacaq və tibbi baramalara girərək daha sağlam həyata nail olacağıq.
Avomobillər...
Avtomobillərdə olacaq inkişaf isə xüsusi diqqət çəkir. Uçan və özü idarə olunan avtomobillərlə hər şey çox fərqli olacaq. 3D çap texnologiyasının tərəqqisi gələcəkdə 3D çaplı avtomobillərin mümkünlüyü barədə danışmağa səbəb olub. Bir mexanikin avtomobilinizi təmir etməsi lazım olan hissəni çap etdirdiyi bir günü görmək qaçılmaz görünür.
Sualtı şəhərlər...
Verilən ən qəribə proqnozlardan biri də suyun altında yaradılacaq atmosfer təbəqəsidir. Buna əsas səbəb sualtı yaşayışa nail olmaqdır.
Səyahət...
Şəxsi suborbital kosmos uçuşları xalqlar arasında sərhədləri genişləndirəcək. Bununla da "köçəri və köksüz" mədəniyyətin yüksəlişi olacaq. Xüsusi olaraq 3D formasında qatlana biləcək evlər yaranacaq. Evinizi rahatlıqla özünüzlə daşıya biləcəksiz.
Yazı yazmaq...
İnsan beyni bundan bir əsr sonra klaviaturada yazmağı tük qələmlə perqamentə yazı yazmaq qədər köhnə sayacaq. İnsanlar nitqlərinin virtual ekranlarda görünməsi ilə deyil, beyinlərini kompüterə qoşmaqla birbaşa yazı yaza biləcəklər.
Pensilvaniya Universitetinin Beyin Zədələri və Müalicəsi Mərkəzindən nevroloq Duqlas Smit, gələcəkdə beynimizin kompüter kimi istifadə edə biləcəyimizi vurğulayıb.
Nəzrin Beydiyeva