Yeni göbələk növü aşkar olundu - DÜNYADA BİR İLK - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

Yeni göbələk növü aşkar olundu - DÜNYADA BİR İLK

Maraqlı A- A A+
Spartada göbələk müxtəlifliyi sahəsində çalışan akademik 10 illik fəaliyyətindən sonra bölgədə geniş şəkildə yetişən göbələk növlərini “Pluteus Vellingea” adı ilə dünya ədəbiyyatına gətirib.
 
Ednews xəbər verir ki, Sparta Tətbiqi Elmlər Universiteti (İSUBÜ)-nin müəllimi Dr. Oğuzhan Kaygusuz, sahə işləri çərçivəsində yeni bir göbələk növü təyin edib.
 
Mərkəzin Gəlincik və Dərəğümü kəndləri arasındakı meşəlik ərazidə qovaq ağacının çürük gövdələrində aşkar edilən göbələk növləri, bu mövzuda araşdırmaları ilə tanınan alim Dr. Else C. Vellinqanın şərəfinə "Pluteus Vellingea" adlandırılıb.
 
Göbələk növləri ilə bağlı araşdırma mikologiya (göbələk elmi) sahəsində nəşr edəilən İsveçrənin "Journal Of Fungi" jurnalında dərc olunub.
 
Kaygusuz göbələyi 2011-2013-cü illərdə çöl araşdırmaları apararkən tapdığını bildirib.
 
Nəzrin Eldarqızı


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...