Lusail stadionunda 2022-ci il dünya çempionatını izləyən Nüsrət matçdan sonra meydana enərək argentinalı futbolçularla kubokun dadını çıxarıb.
Ednews xəbər verir ki, Qətərdə filialı olan Nüsrət Fransanın qalibiyyəti ilə Dünya Kubokunu qazanan argentinalı futbolçuların qalibiyyəti qeyd etmələrinə qatılıb.
Fransaya qalib gələrək çempion olan tanqoçular matçdan sonra böyük sevinc yaşayıblar. Nüsrət də kubok mərasimindən sonra meydançaya enib.
Bu zaman o, bu dəfə argentinalı futbolçular üçün məşhur "duzlama" hərəkətini etdi.
Sosial mediada yaddaqalan görüntüləri yayılan Nüsrət gecəyə damğasını vuran adlardan biri olub.
Nəzrin Eldarqızı