Dünyanın ən qədim sevgi mesajı TAPILDI - MƏTN - ednews.net

9 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

Dünyanın ən qədim sevgi mesajı TAPILDI - MƏTN

Maraqlı A- A A+

2020-ci ildə təməli qoyulan İznik Arxeologiya Muzeyinin tikintisi başa çatıb.

Ednews lenta.ru-ya istinadən xəbər verir ki, muzey 5 min illik tarixi özündə əks etdirir.

Qısa zamanda rəsmi açılış mərasimi baş tutacaq və memarlıq quruluşu ilə Avropanın ən əhəmiyyətli muzeyləri sırasına daxil olmağa namizəd olan yeni muzey Neolit dövründən bu yana bütün tarixlərə şahidlik edir.

Roma dövrünə aid bir mərmər oyun taxtasının da olduğu yeni muzeydə döyüşçü, yunan qəhrəmanı Akhileus Sarkofaq, Tanrılar Türbəsi, Makedoniyalı İskəndərin generalı Antiqonosun və zadəgan ailələrinin sarkofaqları var.

Yeni açılan arxeoloji muzeyin ən diqqətçəkən əsəri Makedoniyalı İskəndərin generallarından Antiqonosa məxsus sarkofaqdır (sarkofaq- qədim xalqlarda daş tabut). Sarkofaqda Roma hərfləri ilə yazılmış emosional mesaj çoxlarını təəccübləndirəcək.

Arxeoloqlar tərəfindən tərcümə edilən 2500 illik tarixi olan mesajda aşağıdakı ifadələr yer alır:

“Mən kədərlənirəm Arete, bütün varlığımla Antiqonosun məzarı başından səslənirəm. Kədərdən saçlarımı yoluram, ağlayaraq hisslərimi göstərirəm. Bu bədbəxtlik, bu ölüm, bu möhtərəm insanı azad, məni əsir etdi” sözləri yazılıb.

Ayan Rzayeva 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...