Rusiyanın Perm şəhərində yadplanetlilərin muzeyi satışa çıxarılıb.
Ednews lenta.ru-ya istinadən xəbər verir ki, ekspozisiya 12 yadplanetli, yerdənkənar sivilizasiyalar haqqında məlumatların yer aldığı 50 stend və digər avadanlıqlardan ibarətdir.
"Sərgiyə kainatın hər yerindən gələn yadplanetlilərin dörd böyük və səkkiz orta ölçülü realist (30-40 sm) eksponatı daxildir. Yadplanetlilərin peyda olması ilə bağlı bəzi faktlar (50 stend) maraqlı məlumatlar ilə təqdim olunur ki, bu da qardaşların mövcud olma ehtimalının əsrlər boyu insanların zehnini həyəcanlandırdığını göstərir”, - elanda deyilir.
Bundan əlavə, muzeydə "naməlum insanabənzər məxluqların kəllələri" var.
Satıcı muzeyin elanını hər hansı bir bölgəyə köçürülə bilən sübut edilmiş bir iş kimi yerləşdirib və 299 min rubla satmağa hazırdır.
Oğuz Ayvaz