Microsoft-un həmtəsisçisi Bill Qeyts bildirib ki, Marsa səyahət pulun düzgün istifadəsi deyil, o, vaksinlərə sərmayə qoymağı daha üstün tutur.
Ednews lenta.ru-ya istinadən xəbər verir ki, məşhur milyarderlər arasında kosmos yarışı son vaxtlar gündəmdən düşmür.
SpaceX-in CEO-su Elon Musk Marsı kolonizasiya etməyi hədəfləyərkən, Amazon qurucusu Jeff Bezos Blue Origin adlı şirkəti ilə 2021-ci ildə kosmosa getmişdi.
Texnologiya milyarderi Bill Qeyts isə BBC-yə verdiyi müsahibədə Marsa getməkdənsə qızılca peyvəndini satın almağa üstünlük verəcəyini bildirib.
Microsoft-un həmtəsisçisi Qeyts bu gün dərc olunan müsahibəsində bunları deyib:
"Marsa getmək əslində çox baha başa gəlir. Əvəzində adambaşı 1000 dollara qızılcaya qarşı peyvənd ala və onların həyatını xilas edə bilərsiniz".
Oğuz Ayvaz