Fransada 57 min il əvvələ aid qədim təsvirlər tapılıb.
Ednews Skynews-a istinadən xəbər verir ki, qədim divar rəsmləri Luara Vadisində Roş Kottar mağarasında aşkar edilib. Onların bütün Avropada ən qədim mağara təsvirləri olduğu ehtimal edilir.
Amerikanın "Plus One" jurnalında dərc edilən xəbərə görə, təsvirlər tarixdə “Homo Sapiens” kimi bilinən ağıllı insanların Qərbi Avropaya köçündən əvvələ aiddir. Tədqiqatçıların fikrincə, neandertallar tərəfindən çəkildiyi düşünülən təsvirlər onlar haqqında yeni mühüm məlumatlar verə bilər. Belə ki, təsvirlərdə neandertal insan tipinin xüsusiyyətlərini araşdırmağa imkan verən detallar var.
Fransanın mərkəzindəki Roş Kottar mağarası 1846-cı ildə kəşf edilib. Lakin 1912-ci ilə qədər orada heç bir arxeoloji tədqiqatlar aparılmayıb. Geniş arxeoloji qazıntılara yalnız 2008-ci ildə başlanılıb. O vaxtdan bəri mağara arxeoloqların diqqət mərkəzindədir. Hətta mağaranın əmələ gəlməsini 75 min il əvvələ aid edənlər var. Bu fakt öz təsdiqini taparsa o, dünyanın ən qədim mağarası statusunu ala bilər.
Törə Zeynal