Özü-özünü bərpa edə bilən ekranlara malik smartfonlar gəlir.
Ednews 'CNBC" nəşrinə istinadən xəbər verir ki, "CCS Insight" analitik şirkətinin fikrincə, özü-özünü bərpa edən ekrana malik smartfonlar 2028-ci ilə qədər bazara çıxa bilər.
Məlumata görə, bu tip ekranlar üçün ekranın səthi cızıldıqda hava ilə təmasda olduqda reaksiya verən və yaranan qüsuru dolduran yeni “nano örtük” istifadə olunacaq.
Xatırlatmaq yerinə düşər ki, LG 2013-cü ilə qədər öz smartfonlarında özünü bərpa texnologiyasını təbliğ edirdi. Lakin o zaman bu texnologiyanın necə işlədiyi dəqiq izah edilməmişdi.
Görünən odur ki, şirkətlər yenidən bu məsələyə diqqət yetirəcəklər. Digər tərəfdən, burada sınmış ekranların möcüzəvi şəkildə bərpasından danışılmır. Silinəcək bütün qüsurlar yalnız kiçik cızıqlardan ibarət olacaq. Bir sıra digər telefon istehsalçıları da öz smartfonlarına özünü bərpa edən materiallar daxil ediblər. 2017-ci ildə Motorola çatladıqda özünü bərpa edən "şəkil yaddaşlı polimerindən" hazırlanmış ekran üçün patent verdi. İdeya materiala istilik tətbiq edildikdə çatların sağalmasını təmin etmək idi.
Əkbər