Rusiyada ən yüksək maaş alan iki region Moskva və Saxalin olaraq açıqlanıb.
Ednews Ria-nın ənənəvi maaş araşdırmasına istinadən xəbər verir ki, ən yüksək maaş alan sektorlar maliyyə, neft-təbii qaz-mədən və hökumət sektorları olub.
Moskvada maliyyə sektorunda orta əmək haqqı 256 min rubl (2800 dollar) təşkil edir. Təbii ehtiyatlarla zəngin Saxalin vilayətində neft-təbii qaz hasilatı sektorunda çalışan işçilərin orta əmək haqqı 232 min rubl təşkil edir.
85 rayondan 23-də ən yüksək maaşlar bu sektorda verilir. Dövlət 12 regionda birinci, informatika və telekommunikasiya isə 11 regionda birinci yerdədir.
2023-cü ilə qədər ölkə üzrə nominal orta əmək haqqı 64 min 100 rubl (700 dollar) olaraq hesablanıb.
Xəyal Ramiz