Araşdırma nəticəsində məlum olub ki, qütb buzlaqlarının əriməsi, xüsusən də insanın yaratdığı iqlim dəyişikliyi səbəbindən Yer kürəsinin əvvəlki dövrlərdən daha yavaş fırlanmasına səbəb olub.
Ednews xəbər verir ki, Kaliforniya San Dieqo Universitetində aparılan araşdırmada, geofiziki hadisələrin Yerin fırlanmasına təsiri riyazi modellərdən istifadə edilərək araşdırılıb.
Yerin ağırlıq mərkəzinin qütblərdəki buzların əriməsinin təsirləndiyi və bu vəziyyətin də planetin daha yavaş fırlanmasına səbəb olduğu bildirilib.
Araşdırma, söz mövzusu yavaşlamanın təqvim ilinin son dəqiqəsinə əlavə 1 saniyə əlavə edilməsi olaraq bilinən "sıçrayış saniyəsi" tətbiqinin təxirə salınmasına səbəb ola biləcəyinə və bu çərçivədə əlavə edilməsinin planlaşdırıldığına diqqət çəkdi. 2026-cı ildə edilən 2029-a təxirə salına bilər.
Tədqiqatın müəllifi, Kaliforniya San Dieqo Universitetinin Skripps Okeanoqrafiya İnstitutunun geofiziki Dunkan Agnev araşdırması ilə bağlı verdiyi açıqlamada buzlaqların əriməsi nəticəsində dəniz səviyyəsindəki dəyişikliyin bu səviyyəyə çatdığını bildirib. Yerin fırlanma sürətinin təsirləndiyini görmək olar.
Xəyal Ramiz