Dünyanın ən bahalı reklamı üçün nə qədər məbləğ xərclənmiş ola bilər?
Dünyanın ən bahalı reklamı Chanel-ə məxsusdur. Brend şöhrətli aktrisa Nikola Kidman və məşhur rejissor Baz Lurmannı ilə əməkdaşlıq edərək 2004-cü ildə 33.000.000$ -a (56.100.000 manat) başa gələn bir reklam işi ərsəyə gətirdi. Reklam tarixinə qızıl imza atan bu təqdimat brendin "Chanel №5" məhsuluna məxsus idi.
Ernest Beaux tərəfindən 1921-ci ildə hazırlanmış və 2021-ci ildə 100 illiyi qeyd edilən "Chanel №5" dünyanın ən çox satılmış ətiri olaraq da digər bir dünya rekorduna imza atmışdır.
A. Mikayıl