Antarktidada 1,2 milyon yaşındakı buz nüvəsi tapılıb

Maraqlı 21:51 13.01.2025

Antarktikanın ən ucqar nöqtələrindən birində çalışan alimlər planetimizin tarixinə dair toxunulmamış bir nümunə ortaya çıxarıb. Söhbət tam 2 800 metr uzunluğunda bir buz nüvəsindən gedir. Lakin onun yalnız uzunluğu deyil, yaşı da diqqətçəkəndir: bu buz nümunəsi dünyanın atmosferinin ən az 1,2 milyon il əvvəlki vəziyyətini əks etdirən izlər daşıyır. Əvvəlki oxşar dəlillər, yalnız 800 min il öncəsinə aid idi. Bu isə iqlim araşdırmaları üçün böyük bir sıçrayış hesab olunur. Komanda o qədər dərin qazıntı aparıb ki, Antarktikanın qaya təbəqəsinə qədər çatıb.

"EDnyus" mashable.com-a istinadən xəbər verir ki, "EPICA-nın o tərəfi - ən qədim buz" adlı buz nüvəsi layihəsinin koordinatoru, qütb alimi Karlo Barbante bunu belə dəyərləndirir: "İqlim və ətraf mühit elmi üçün tarixi bir an."

Tarixi buz necə tapılıb?
 Beynəlxalq tədqiqat qrupu Antarktikada, dəniz səviyyəsindən 3 233 metr yüksəklikdə yerləşən Little Dome C sahəsində qazıntılar aparıb. Antik buzun yerləşdiyi yeri müəyyən etmək üçün alimlər radar vasitəsilə səthaltı təbəqələri skan edərək və buz axınının kompüter modeli vasitəsilə dəqiq təxminlər edib. Nəticədə doğru nöqtə seçilib.

Bu işin çətinliyi isə Antarktika platosunun sərt şərtlərində gizlidir: burada yay aylarında belə orta temperatur -35 dərəcə Selsidən aşağıdır.

 Keçmiş iqlimə birbaşa sübutlar

 Alimlər dünyanın keçmişdəki iqlimini öyrənmək üçün fosilləşmiş qabıqlar və ya yosunların istehsal etdiyi maddələr kimi dolaylı metodlardan istifadə edirlər. Lakin bu dəfə əldə olunan buz nüvəsi, birbaşa atmosferdəki qazların tərkibi ilə əlaqədar sübutlar təqdim edir. Bu, elmi baxımdan çox qiymətlidir.

Əvvəlki qazıntılardan çıxarılan buz nüvələri göstərmişdi ki, atmosferdə istilik saxlayan karbon qazının (CO2) səviyyəsi bu günə qədər son 800 min il ərzində ən yüksək həddə çatıb. Bu nümunə, dünyanın keçmişinə dair inkaredilməz sübut hesab edilir.

Yeni əldə olunan buz nüvəsinin isə 900 min ildən 1,2 milyon ilə qədər əvvəlki dövr olan Orta Pleystosen Keçidi barədə məlumat verməsi gözlənilir. Bu dövrdə buz dövranlarının tempi dəyişərək 41 min ildən 100 min ilə qədər uzanmış və bu proses yavaşlamışdı. Lakin bunun səbəbləri hələ də qəti şəkildə bilinmir. İtaliyanın Milli Tədqiqat Komissiyasının Qütb Elmləri İnstitutu tərəfindən koordinasiya edilən bu layihənin əsas məqsədi, bu iqlim dəyişikliyinin sirrini açmaqdır.
 
 "Qədim atmosfer" laboratoriyalarda araşdırılacaq
 Qazıntılar artıq başa çatıb, lakin tapılmış qədim buz nümunələrinin təhlükəsiz şəkildə laboratoriyalara çatdırılması əsas vəzifələrdən biridir. Yeni Texnologiyalar, Enerji və Davamlı İqtisadi İnkişaf üzrə Milli Agentliyin (ENEA) EPICA layihəsi üzrə logistika rəhbəri Canluka Bianchi Fasani bildirib: 

"Bu səfərdə çıxarılan qiymətli buz nüvələri Avropaya -50 dərəcəlik buz zəncirini qoruyaraq xüsusi soyuducu vasitələrdə daşınacaq. Bu isə layihənin logistikası üçün ciddi bir sınaqdır".

Bakıda restoranın fəaliyyəti dayandırıldı - VİDEO

Xəbər xətti

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"
16:53 12.02.2025
Rusiya Sudanda Hərbi Dəniz Bazası quracaq
14:23 12.02.2025
"Qəzza Türkiyə muxtariyyəti olmalıdır"
13:54 12.02.2025
Ərdoğan İndoneziya Prezidentinə "Togg" hədiyyə etdi
13:45 12.02.2025
"Azərbaycan bizə dəstəyi əməldə göstərib"
13:41 12.02.2025
Ermənistan Avropa İttifaqına üzvlüklə bağlı qərar verdi
13:24 12.02.2025
Bəzi Texniki Müayinə Mərkəzlərinin iş qrafiki dəyişdi
13:03 12.02.2025
Yunanıstan yeni prezidenti seçildi
12:59 12.02.2025
Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib
12:38 12.02.2025
"Süni intellekt sahəsində əməkdaşlıq siyasiləşdirilməməlidir"
12:07 12.02.2025
Azərbaycanla Somali arasında imzalanmış 4 sənədin mübadiləsi baş tutub
12:04 12.02.2025
Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub
11:17 12.02.2025
" Tramp ABŞ-ın bəzi konsulluqlarını bağlamaq istəyir"
11:11 12.02.2025
"Disney" filmlərində LGBT və azlıqların təbliği dayandırılacaq
11:05 12.02.2025
Məktəblərin I sinfinə qəbul qaydaları dəyişir
10:57 12.02.2025
"Yeni "Milli Standartlaşdırma Proqramı” formalaşdırılır"
10:55 12.02.2025
"Çin və ABŞ arasında qarşıdurmanın deyil, əməkdaşlığın olması bütün ölkələrin xeyrinə olacaq"
10:18 12.02.2025
"Biz vədlərimizə əməl edirik"
10:16 12.02.2025
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
09:09 12.02.2025
Çin səddinin kosmosdan görüntüsü paylaşıldı
08:22 12.02.2025
Timsahlar sərxoş adamı parçaladılar
08:17 12.02.2025
"Changan" və "Dongfeng" birləşəcək
06:35 12.02.2025
"Nissan" və " Honda" niyə razılaşa bilmədi?
06:14 12.02.2025
" Fransanın kifayət qədər qırıcısı yoxdur"
00:23 12.02.2025
"Qəzzanın yenidən qurulması əhali köçürülmədən aparılmalıdır"
00:12 12.02.2025
İsrail ordusu Qəzza ətrafında döyüş hazırlığını artırıb
22:15 11.02.2025
Köpək balığı turistlərə hücum etdi
21:23 11.02.2025
“ABŞ üçün əsas təhlükələr qeyri-qanuni miqrantlar və Çindən gəlir”
20:12 11.02.2025
"ABŞ Avropadakı qoşunlarının sayını azaltmayacaq"
20:02 11.02.2025
Tramp Zelenskidən 500 milyard tələb etdi
19:21 11.02.2025
ABŞ Ukraynaya qoşun göndərməyəcək
17:52 11.02.2025
- Kibertəhlükəsizliyimiz hansı səviyyədədir?
17:08 11.02.2025
Somali Prezidenti Azərbaycana rəsmi səfərə yola düşdü
16:37 11.02.2025
"Makron və Mask arasındakı münasibətlər pisləşib"
16:23 11.02.2025
"Best Beef" nişanlı " Ocaq" sosislərinin satışı qadağan olundu
16:19 11.02.2025
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş" təsdiqləndi
16:09 11.02.2025
Metro stansiyalarına yeni adlar veriləcək
16:07 11.02.2025
"USAID Serbiya prezidentinin devrilməsini maliyyələşdirib"
15:27 11.02.2025
“Azərpoçt” Kiberdələduzların növbəti fırıldağı ilə bağlı vətəndaşlara müraciət etdi
15:13 11.02.2025
Sığınacağa yerləşdirilən uşağın qohumları Azərbaycan Uşaqlar Birliyini intiharla hədələyir
15:09 11.02.2025
Hamısı