İtaliyada baş verən və 292 adamın həyatına son qoyan zəlzələdən sonra möcüzə olub.
"Eurasia Diary" xarici mətbuata istinadən xəbər verir ki, zəlzələnin yerlə-yeksan etdiyi Amatrice qəsəbəsində pişik dağıntılar altından sağ-salamat xilas edilib. "Joy" adlı pişiyin sahibi Daniela "Zəlzələdən sonra evi tez tərk etdim. "Joy" itmişdi. Xilasedicilərə həyatda tək varlığımın o olduğunu izah etdim. Xilasedicilər dağıntılar altından onu küncə sıxılmış halda salamat tapdılar".