Uğurlu karyera əldə etmək üçün 7 qızıl qayda

Maraqlı 20:09 11.01.2017

Biz  hələ uşaq ikən xəyalımızda özümüzü müəyyən bir sənət sahibi kimi təsəvvür edirik: bəzilərimiz müəllim, bəzilərimiz həkim, bəzilərimiz kosmonavt və s. Daha sonra ali məktəbə daxil oluruq və qarşımıza müəyyən məqsəd və hədəflər qoyuruq. Özümüzə tez-tez belə suallar veririk: “Karyera həyatıma necə başlaya bilərəm və ya bu yolda necə uğur qazana bilərəm?!” Əslində karyera sahibi olmaq üçün əsas məsələ sadəcə qarşıya məqsəd və hədəflər qoymaq, nələri isə arzulamaqdan ibarət deyildir. Bu yola ilk addımı atmaq və hərəkətə keçmək lazımdır. ”Hərəkət “ uğurlu karyeraya başlamağın birinci və vacib şərtidir. Burada öz gücünü göstərmək və sağlam mübarizə aparmaq lazımdır. Bu marafonda hər hansı bir maneə ilə rastlaşdıqda motivasiyanı itirmədən yola davam etmək lazımdır.Karyera həyatında uğur qazanmaq üçün 7 qızıl qaydanı izləməyi sizə tövsiyyə edirik.

1. Hədəflərinizi müəyyənləşdirin.

1. Hədəflərinizi müəyyənləşdirin.Hədəf qoymaq karyera “pilləkənlərini” daha sürətlə addımlamağa imkan yaradacaqdır. Bu sizin iş həyatınızda müvəffəqiyyətli bir fərd olmağınıza kömək edəcəkdir. Hansı sahədə çalışmağınızdan asılı olmayaraq real, spesifik, əldə edə biləcəyiniz 5,10,15 illik hədəflərinizi müəyyən edin.

2. Stressdən azad olun.

2. Stressdən azad olun.Bu  karyera yolunda olan maneələrdən biri hesab edilir. Müvəffəqiyyətə birbaşa təsir edən faktorlardandır. Orta hesaba görə, zehni işə fasiləsiz məşğul olma müddəti 20-40 dəqiqə arasındadır. Bundan sonra ara vermədən çalışsanız yorğunluq, fikir dağınıqlığı, motivasiyanın düşməsi kimi hallar baş verə bilər. Ancaq bunun öhdəsindən gəlmək üçün bir müddət işə ara verərək ”dərindən nəfəs almaq” , “beyninizin dincəlməsi” üçün vaxt qazanmaq və bir qədər ictimai fəaliyyətlərlə məşğul olmaq tövsiyə olunur.

3. İşlərinizi planlaşdırın və vaxtınızı düzgün idarə edin.

 3. İşlərinizi planlaşdırın və vaxtınızı düzgün idarə edin.Əksər insanlar çox çalışmaqdan, iş yükünün həddindən artıq olduğunu və vaxtı çatdıra bilməməkdən şikayət edirlər. Burada əsas problem vaxtı düzgün idarə olunmaması problemidir. Plansız şəkildə kor-təbii çalışmaq vaxt itkisinə səbəb olur ki, bu da fərdin işində uğursuzluqla nəticələnir. Günü planlaşdırmaq, hansı işin nə qədər vaxt aldığını hesablamaq və ən əhəmiyyətlisi də təqvim tutmaq bu problemi sürətlə aradan qaldıracaqdır.

4. Mühitə adaptasiya olun.

4. Mühitə adaptasiya olun.İş yerində müəyyən qaydalar olur və bəzən fərd bu qaydalara əməl etmək istəmir. Lakin uğurlu karyeranın vacib şərtlərindən biri iş yerinin qaydalarına və intizamlılıq prinsipinə əməl etməkdən ibarətdir. İş yerindəki hər hansı bir hadisə və ya şəxsə qarşı sərt mövqe göstərməkdən çəkinin. Sürətlə mühitə və situasiyaya uyğunlaşa bilsəniz problemli vəziyyətdən daha tez çıxa biləcəksiniz. Bundan başqa bədən dilindən istifadə edərək gülərüz bir simayla özünüzü daim düzgün ifadə etməyə çalışın. Qarşınızdakını mühakimə etmədən önü dinləyin və kollektivinizi daha yaxından tanıyın.

karyera

 5. Təcrübələrinizdən istifadə edin.

5. Təcrübələrinizdən istifadə edin.Keçmişdə əgər müəyyən bir işdə çalışmısınızsa, ordan əldə etdiyiniz təcrübəni unutmayın. Gələcəkdə hər hansı bir məsələni həll etmək üçün o təcrübənin sizə kifayət qədər köməyi olacaqdır. Nəyisə əldə etmək üçün onu yoxlamaq və bu yolda irəliləmək lazımdır. Olduğunuz nöqtədə qalmamaq və əldə etdiyiniz təcrübələrin üstünə yenilərini qatmaq əsas məqsədlərinizdən biri olmalıdır. Vəzifənin bir sonrakı pilləsini düşünmürsünüzsə deməli müvəffəqiyyəti də sevmirsiniz.

6. Kreativ olun.

6. Kreativ olun.Yaradıcı fikirlər, kreativ ideyalar uğuru da özü ilə gətirər. Yaradıcı olmaq fərdin ruh halının müsbət, pozitiv olduğunu göstərər. İş yerində daim yeni ideyalar verərək, kreativliyinizi göstərərək bir addım da irəli gedə bilərsiniz. Bu uğurlu karyeranın mühüm faktorlarından biridir.

7. Səhvlərinizdən dərs çıxarın.

7. Səhvlərinizdən dərs çıxarın.Bir çox insanlar səhv etməkdən qorxarlar. Ancaq səhv etmədən bir şeyin doğrusunu öyrənmək mümkün deyildir. Əhəmiyyətli olan, səhvin nədən yarandığını öyrənərək, onun mənbəyini taparaq bir daha təkrarlamamaqdır. Əvvəlki təcrübələrinizə əsaslanaraq bu cür səhvləri təkrarlamasanız karyera həyatınızdakı hədəfinizə daha sürətlə çatacaqsınız.

 

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
Hamısı