"Əsgərlər kazarmalara qayıtmalıdır" Nazirdən bəyanat

Müsahibələr 09:45 10.02.2017
Azərbaycan XİN-in başçısı Elmar Məmmədyarov RİA Novosti-yə müsahibəsində Bakının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair mövqeyini ifadə edib. O həmçinin, Rusiyadan silah və aviatexnikanın alınması, Bakı-Tehran-Moskva formatında əməkdaşlıq və Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi ilə bağlı sualları da cavablandırıb.
 
- Son günlərin ən əsas mövzusuna toxunmaq istəyirəm. Bu, bir sıra dövlətlərin maraqları ilə əlaqədardır. Söhbət Minskdən ekstradisiya edilərək Azərbaycanın paytaxtına gətirilən Rusiya Federasiyası və İsrail vətəndaşı olan bolqçu Aleksandr Lapşindən gedir. Sizcə onun gələcək taleyi necə olacaq? Deyilənə görə, onun bağışlanması və bloqçunun vətəndaşlığı olan ölkələrdən birinə verilməsi mümkündür…
 
— Lapşinin gələcək taleyi istintaqın nəticələrindən asılı olacaq. Ona Azərbaycan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb. Yekun qərarı məhkəmə verəcək.
 
Məni bu məsələnin əbəs yerə siyasiləşdirilməsi təəccübləndirir. Onu daim bloqçu adlandırırlar. Əgər o, mühəndis olsaydı, onunla maraqlanmayacaqdılar? O, qanunu pozub, hüquqi səbəblərdən ona cinayət işi açılıb, İnterpolun xətti ilə axtarışa verilib və Belarus tərəfindən saxlanılıb. Bu da MDB çərçivəsində Kişinyov Konvensiyasına əsasən baş tutub. Hər şey qanun çərçivəsində olub. Bloqçu olması ilə bağlı spekulyasiyalar onu qanun qarşısında toxunulmaz etmir.
 
Biz bu məsələ ilə bağlı Rusiya və İsrail tərəfindən notalar almışıq. Sabah, ya da birigün RF-nın konsulu Venesiya konvensiyasına uyğun olaraq Lapşinlə görüşəcək. Səfirliyin onunla görüşmək imkanı var (artıq Rusiya səfirliyinin əməkdaşları Lapşinlə görüşüb-red.). Biz bu gün sırf texniki məsələləri də həll edəcəyik. Mən artıq Rusiya səfiri ilə görüşmüşəm, bu məsələni müzakirə etmişik. Burada hər hansı maneə görmürəm.
 
- Qarabağ məsələsi ilə bağlı danışıqlar uzun illərdir davam edir. Həm ATƏT-in Minsk qrupu çərçivəsində, həm də RF, Azərbaycan və Ermənistan formatında danışıqlar hər hansı uğurlu nəticə verməyib. Yeni variantların axtarılması mümkündürmü?
 
— Minsk qrupu hələ 1992-ci ildə yaradılıb. Orada təkcə Azərbaycan və Ermənistan yox, həm də Rusiya başda olmaqla bir sıra dövlətlər — Belarus, Türkiyə, Çexiya, İsveç təmsil olunur. Ermənistan və Azərbaycan danışıqların iştirakçısı, Dağlıq Qarabağ icması isə danışıqlarda maraqlı tərəf kimi iştirak edir. 1997-ci ildə həmsədrlərin formalaşdırılması ideyası meydana gəldi və Rusiya, ABŞ və Fransa həmsədr ölkələr oldu. BMT Təhlükəsizlik Şurasının beş üzvündən üçü hazırda Minsk qrupunun həmsədridir və onların hamısının yekdil səsi ilə 1993-cü ildə Təhlükəsizlik Şurası bu münaqişənin həlli ilə bağlı 4 qətnamə qəbul edib.
 
Orada konkret yazılıb ki, Təhlükəsizlik Şurasının tapşırığı ilə Minsk Qrupunun o vaxtkı həmsədri Mario Rafaelli qoşunların işğal olunmuş ərazilərdən çıxarılması qrafikini təqdim edib. Bu barədə 853 saylı qətnamənin xüsusi əlavəsi var. 1997-ci ildə üç ölkədən ibarət həmsədrlik institutu yaradılanda biz düşündük ki, bu əlavə ilə irəli getmək üçün yaxşı şans var. Amma təəssüf ki, 20 ildir biz nizamlanmaya nail olmadıq.
 
Mənim nazirliyim dövründə biz bir neçə dəfə həllə kifayət qədər yaxın olmuşuq. Hamı başa düşür ki, bugünkü status-kvo heç kəsi qane etmir, eləcə də erməni tərəfini. Biz əlbəttə 20 il ərzində ərazilərin hərbi yolla azad edilməsini istəməmişik. Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi azad edilib və artıq insanlar ora qayıdırlar. Böyük təəssüf hissi ilə bildirirəm ki, hər bir ərazi hərbi əməliyyatlar nəticəsində azad edilir, halbuki biz ilk gündən demişik ki, məsələ sülh yolu ilə həll edilməlidir. Biz birmənalı şəkildə hesab edirik ki, problemlər tədricən masada həll olunmalıdır. Hansı problemlər var? Ən əsas problem erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərində mövcud olmasıdır. İlk növbədə demək istəyirəm ki, əsgərlər öz kazarmalarına qayıtmalıdırlar. Bu, münaqişənin həllinə böyük imkanlar yaradacaq və planın bir hissəsidir. Rusiya-Ermənistan-Azərbaycan formatına gəlincə, prinsipcə biz bununla bağlı planı ötən ay Moskvada Sergey Viktoroviç Lavrovla müzakirə etmişik. Buna qədər də bildiyiniz kimi, prezidentlər Sankt-Peterburqda görüşüblər. Hamı gözəl bilir ki, hansı plan var və biz ona əsasən necə hərəkət etməliyik. Hər şey kağız üzərində yazılıb, amma siyasi iradə lazımdır. Hazırda bu siyasi iradə bizə yox, erməni tərəfinə lazımdır.
 
- Sizin indi haqqında danışdığınız mövcud plan ölü nöqtədən tərpənməyə imkan vermir və erməni ordusu da olduğu yerdə qalır. Bəlkə siz Amerikanın yeni administrasiyası ilə bağlı nəyəsə ümid edirsiniz?
 
— Hələlik Amerika administrasiyası müvəqqəti həmsədr təyin edib, amma o hələ 6-9 ay işləyəcək. İkincisi, prinsipcə, istənilən Amerika administrasiyasının institutsional yaddaşı var. Bilirsiniz, gəlin onlara siyasətdə olduğu kimi 100 gün verək, öz kabinetlərini formalaşdırsınlar, sonra qiymətləndirək ki, onlar bu məsələ ilə intensiv məşğul olacaqlar, ya yox. Hazırkı məqamda mən hadisələri qabaqlamaq istəmirəm. Amma Rusiya tərəfi məsələsinə qayıdaraq onu deyim ki, format mövcuddur, kağızlar var və bunu hamı gözəl bilir.
 
- Bu yaxınlarda Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları səviyyəsində görüş olacaq?
 
— Bu ideya mən hələ Moskvada olanda səsləndi. Sergey Viktoroviç (Lavrov) təklif etdi ki, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü keçirək. Mən dedim ki, buyurun, mən hazıram. Amma konkret müddət müzakirə olunmayıb, bu qrafiki razılaşdırmaq lazımdır. Hələlik bizə konkret müddətlə bağlı təklif gəlməyib, lakin prinsipial razılığımız var.
 
- Siz xatırlatdınız ki, Qarabağ problemində tərpəniş yalnız hərbi gücün hesabına olub. Bu yaxınlarda prezident Əliyev Davosda bildirdi ki, Azərbaycan RF-dan irimiqyaslı hərbi texnika almağa hazırlaşır. Dəqiqləşdirə bilərikmi, söhbət nədən gedir?
 
— Mən xarici işlər naziriyəm, müdafiə naziri yox. Ordunun tələbinə uyğun siyahını, yaxud da silahların reyestrini sizə təqdim etmək mənə kifayət qədər çətindir. Amma xarici işlər naziri kimi deyə bilərəm ki, təsəvvür edin, bu pulları regionun inkişafına sərf etmək olardı. Bir tərəfdən biz silahlanmaya pul xərcləyirik, digər tərəfdən də Rusiya silahları kreditlə də olsa Ermənistana gedir.
 
Sonuncu kreditin məbləği 200 milyon olub. Təsəvvür edin, əgər bu insanların şəraitinin yaxşılaşdırılmasına sərf olunsaydı, nə olardı. Bu pullar böyük fayda verərək yenidən dövlətə qayıda bilərdi. Tanklarla əkib-becərmək, torpağı şumlamaq mümkün deyil. Tank alırsan və davamlı olaraq onu poliqonda qovursan. Nə olsun? Siz hazırda çox həssas mövzuya toxundunuz — ölkənin ordusu olmalıdır, ordunun da silahı, amma bu fəlakətə səbəb olmamalıdır. Bütün bunlar vəziyyəti daha da ağırlaşdırır. Eyni zamanda, region elə də sadə region deyil. Mən çox arzu edərdim ki, mənim qonşularım Avropa İttifaqı ölkələri olsun. Amma necə deyərlər, bu alınmır. Əsgərlər kazarmalara qayıtmalıdırlar. Bu vəziyyətdən yeganə çıxış yoludur.
 
- Rusiya hərbi bazasının Ermənistanda olması regiondakı situasiyaya təsir göstərir?
 
— Mən başqa cür deyərdim. Bu əlbəttə Rusiya və Ermənistan arasındakı ikitərəfli münasibətlərə aid məsələdir. Anlayışla yanaşsaq, əlbəttə hər bir ölkə toqquşduğu təhlükə və çağırışlardan asılı olaraq regiona təsir göstərir. Bu faktoru da hər zaman nəzərə almaq lazımdır. Sözügedən hərbi baza yeni deyil. Orada cənub istiqamətində, NATO-nun üzvü olan Türkiyə ilə sərhəddə hələ Sovet İttifaqı vaxtı güclü qoşun birləşmələri var idi. Hazırkı məqamda isə bunu Rusiya və Ermənistanın öz mühakiməsinə buraxaq. Amma biz əlbəttə ki, problemlərə və təhlükələrə açıq gözlə baxmalıyıq.
 
- Daha əvvəl Azərbaycan hazırda Rusiyada yenidən işlənməsi başa çatmaqda olan MC-21 mülki təyyarələrini almaqda maraqlı olduğunu bildirmişdi…
 
— Əgər səhv etmirəmsə, bizim mülki aviasiyanın nümayəndəsi gəlmişdi. Bildiyim qədər ona baxmışdı da. Təqdimat mərasimində zalda olmuşdu və bildirmişdi ki, bu bizi maraqlandırır. Aviaparkı yeniləmək lazımdır. Hələlik konkret detallardan danışmaq tezdir.
 
- 2014-cü ildə prezident Əliyev atom energetikasının inkişafı ilə bağlı qarşıya vəzifələr qoymuşdu. İndi işlər nə yerdədir? Azərbaycanda ilk AES nə vaxt yaradılacaq? Rusiya atomçularının bu məsələdə iştirak etmək şansı var?
 
— Şans həmişə var. Hələ sovet vaxtı Dövlət Plan Komitəsi cənubda atom elektrik stansiyası tikməyi planlaşdırmışdı. Çünki atom enerjisi ən ucuzu idi. Dinamik inkişafda olan iqtisadiyyata daha çox elektrik enerjisi lazımdır. Lakin məsələnin digər vacib tərəfi də var ki, o da atom elektrik stansiyasının təhlükəsizliyidir və yəqin ki, bu, prioritet rol oynayır. Prezident İlham Əliyev 2014-cü ildə qeyd etdi ki, bizim bu sahədə imkanlarımızın nə dərəcədə olduğunu müəyyənləşdirmək lazımdır. Amma burada bizi maraqlandıran əsas məsələ təhlükəsizlik və rentabelliliklə, maliyyələşmə məsələsi, bunun özünü nə dərəcədə doğruldacağı ilə bağlı idi. İnkişaf etmiş yapon atom elektrik stansiyası və Fukusima təcrübəsi göstərdi ki, bu o qədər də təhlükəsiz deyil. Biz həmişə regional tərəfdaşlarımızla Metsamor AES-ə görə narahat oluruq. O, tamamilə köhnədir, Çernobl variantıdır. Xoşbəxtlikdən "Rosatom" onlara əlavə pul verir. Amma bu AES prinsipcə öz müddətini başa vurub. Əgər Allah eləməmiş, nə isə baş versə, bundan təkcə Ermənistan zərər görməyəcək. Çernobl hadisəsi göstərdi ki, onun nəticələri İsveçə qədər gedib çıxdı. Hələ indiyə qədər də heç kəs onun nəticələrini bilmir.
 
- Regionun digər həll olunmamış vacib mövzusu isə Xəzərin statusudur…
 
— Sizinlə tam razı deyiləm. Çünki biz prinsipcə axırıncı dəfə nazirlər səviyyəsində Qazaxıstanda görüşmüşük, bundan bir neçə həftə əvvəl isə Bakıda nazir müavinləri səviyyəsində görüş olub. Mənim oxuduğum razılaşma mətninin layihəsinə əsasən xeyli məsələ həllini tapıb. Bəzi açar məsələlər var ki, biz növbəti dəfə nazirlər səviyyəsində görüşməliyik və dövlət başçılarına məruzə etməliyik. Sonra isə sammit keçirməliyik. Yeri gəlmişkən, bütün beşlik əzmkar əhval-ruhiyyədədir. İndi ekspertlər səviyyəsində daha bir görüşün keçirilməsi barədə razılıq əldə olunub və ondan sonra əgər lazım olsa, prezidentlər səviyyəsində razılaşmalara yol açmaq üçün nazirlər səviyyəsində toplaşacağıq. Əgər səhv etmirəmsə ekspertlər martın əvvəlində toplaşmalıdırlar. Ona görə də fikrimcə, irəliləyişlər var, lakin necə deyərlər, Moskva birdən-birə tikilməyib.
 
- Cənab nazir, bu məsələdə maneə kimdir və ya nədir?
 
— Yəqin ki, kim demək düzgün deyil, çünki konkret adlar çəkmək düzgün deyil. Maneəyə gəldikdə… Ümumilikdə, bilirsiniz, bu məsələ o qədər də sadə deyil, çünki bu məsələ müzakirə olunmağa başlayanda hansı konvensiyanı əsas götürməkdən söhbət gedirdi. Dəniz hüququ konvensiyasının əsas götürülməsi və ya Xəzərin qapalı hövzə olması müzakirələri gedirdi. Başqa hansı ölkələrin belə bir mirası olması öyrənilirdi. Sovet İttifaqı bu dənizi İranla bölürdü, o zaman cəmi iki ölkə var idi, sonra 5 ölkə oldu.
 
Orada, məsələn, texniki xarakterli elementlər var. Tutaq ki, biz Rusiya və Qazaxıstanla orta xətt barədə razılığa gəldik. Digər ölkələr — İran və Türkmənistan deyirlər ki, hesablama başqa cür olmalıdır, koordinatları dəyişmək lazımdır. Belə baxanda orta xətt prinsip olaraq tətbiq olunur, amma ümumilikdə, detallara keçəndə orta xətti necə götürmək kimi suallar ortaya çıxır.
 
Fikrimcə, bu məsələlər öz həllini tapacaq, çünki Xəzərin şimalında artıq həll praktikası var: Azərbaycan, Rusiya və Qazaxıstan arasında. Faktiki olaraq, iranlılar da türkmənlərlə öz orta xətlərinin bölünməsi barədə razılığa gəliblər. Bizim türkmənlərlə bəzi suallarımız qalır, qazaxlar isə türkmənlər və iranlılarla razılaşmalıdırlar. Qalan məsələlərdə isə məncə irəliləyiş var. Təbii ki, bu məsələni daha tez həll etmək istərdik. Prinsip etibarilə, bioresurslar üzrə razılaşmışıq, gəmiçilik üzrə razılıq var, təhlükəsizlik və fövqəladə hallar üzrə də razılaşma var. Bütün bunlar artıq fəaliyyət göstərir və yavaş-yavaş hüquqi çərçivə formalaşır.
 
- Sammitə qədər alınacaq?
 
— Bilmirəm. Hərdən hətta sammit günü də alınır. Təcrübə göstərir ki, sammit günü səhər tezdən hər şeyi həll etmək olar.
 
- Aydındır. Hazırda bir sıra regional problemləri müzakirə edən Rusiya-Azərbaycan- İran formatı yaranır və bildiyim qədər bu formatda növbəti görüş Tehranda keçirilməlidir…
 
— Şəhər hələ müəyyən edilməyib. İranda olacaq.
 
- Hazırlıq hansı səviyyədədir? Bəlkə artıq hansısa maraqlı qərarlar, birgə layihələr müzakirə olunur?
 
— Birgə layihələr var. Söhbət "Şimal-Cənub" dəmir yol layihəsindən gedir. Bu məsələ artıq həll olunur. Layihənin həyata keçməsi ilə Bəndər-Abbasdan Sankt-Peterburqa gedən yol xeyli qısalacaq. Əvvəlcədən demək istəmirəm. Biz öz dəmir yolu infrastrukturumuzu tam bərpa edirik. Başqa çox maraqlı layihələr də var. Gömrük, sərhəd xidmətlərinin işinin uyğunlaşdırılması barədə danışıqlar gedir. Bu danışıqlar barədə mən optimist əhval-ruhiyyədəyəm.
 
- Azərbaycan prezidentinin martda İrana səfər edəcəyi xəbəri doğrudur?
 
— Mart ayında prezident Ruhaninin Moskvaya gedəcəyini bilirəm. Biz Azərbaycan prezidentinin İrana səfərini planlaşdırırıq, indi vaxt dəqiqləşdirilir.
 
- Səfər zamanı ikitərəfli münasibətlərin hansısa başqa məsələləri müzakirə olunacaq? Misal üçün, neft sahəsində?
 
— Biz energetika sahəsində çox fəal əməkdaşlıq edirik. Nəqliyyat sahəsində əlaqələrimiz yaxşıdır, İran tərəfi bu əlaqələri genişləndirir. Turizmdə inkişaf gözlənilir, çünki getdikcə daha çox iranlı Azərbaycana səfər edir. Prinsipcə, prezidentlər Əliyev və Ruhani arasında sıx qarşılıqlı əlaqə var. Eyni sözləri mənimlə Cavad Zərif haqqında da demək olar… Prinsipcə, biz bir-birimizi başa düşürük.
 
- Son günlərin daha bir qarışıq mövzusu var. Söhbət Kiyevin guya silah satışı ilə bağlı Bakıya müraciətindən gedir…
 
— Mən bunu mətbuatdan eşitmişam.
 
- Yəni bu barədə heç bir məlumatınız yoxdur?
 
— Mən bunu mətbuatdan eşitmişəm.
 
- Aydındır. Siz iranlı turistlərdən danışdınız. Məndə belə bir təəssürat var ki, Azərbaycan regional turizm cənnətinə çevrilir. 2013-cü ildə bura gələndə gördüyümlə müqayisədə indi xaricilər daha çoxdur. Bakıda yaşayan dostlarım danışırlar ki, çoxlu sayda ərəblər gəlirlər. Tez-tez dünyanın müxtəlif telekanallarında Azərbaycanın reklamı gedir. Bəs bu barədə hansısa rəqəmlər var?
 
— Əsasən Körfəz ölkələrindən turist axını artıb. Biz viza verilməsi qaydasını sadələşdirmişik. Viza rüsumunu 20 dollaradək endirmişik. Bu öz rolunu oynayıb. Turizm nədir? Bu təkcə biznes sahəsi deyil. Bu həm də ölkənin dünya səviyyəsində təqdimatıdır. Dəqiq rəqəmləri deyə bilməyəcəyəm, lakin 2016-cı ildə Körfəz ölkələrindən bura gələn insanların sayının dəfələrlə artdığını deyə bilərəm.
 
- Azərbaycanın reklam kampaniyası sözün yaxşı mənasında aqressivdir. Məncə o nəticə verməyə bilməzdi.
 
— Bunun öz nüansları var. Burada hər şey sadə deyil: sən reklam etdin, insanlar təyyarəyə minib gəldilər.
 
Burada bizim Ermənistanla həll olunmamış münaqişəmizi də nəzərə alsaq, ilk növbədə təhlükəsizlik kontekstində kompleks vəzifələr var. Burada əlbəttə ki, emosional məqam da var — problemi necə həll etməli? Ona görə də hər şey reklam çarxında göstərildiyi qədər sadə deyil. Orada bizim həll etməli olduğumuz məsələlər var. Elə etməliyik ki, həm insanlar istirahətlərini etsinlər, həm də təhlükəsizlik məsələləri öz həllini tapsın.
 
 

 

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Hamısı