“31 martdakı soyqırımı Azərbaycanın müstəqilliyini qacılmaz etdi” Abdulhaluk Çay

Müsahibələr 11:05 31.03.2017

"Eurasia Diary" Türkiyənin 57-ci hökumətinin türk dünyasına cavabdeh dövlət naziri, İstanbuldakı Aydın Universitetinin professoru Abdulhaluk Çayın müsahibəsini təqdim edir.

- Bolşevik inqilabından sonra İstanbul mətbuatında Ziya Gökalp fəth barədə, Əhməd Ağaoğlu Rusiya müsəlmanlarının türk mənşəyi barədə, Hüseynzadə Əlibəy türklərin ata yurdları barədə yazılar yazırdılar. İttihad və Tərəqqi hökumətinin baş naziri Ənvər paşa da “Ərəbistanın məlun çöllərindən” Qafqaz və Orta Asiyaya yönəlməyin planlarını qururdu. Kim kimdən təsirlənirdi: Ənvər paşa yazarlardan, yoxsa yazarlar Ənvər paşadan?

- Onu bir anda 1917-ci il hadisələrinə bağlamaq yanlışdır. 1905-ci ildəki müharibədə Rusiya Yaponiyaya məğlub olandan sonra öz içindəki azlıqlara bir sıra hüquqlar verdi. 1905-ci ildə Kazanda Rusiya müsəlmanlarının ilk qurultayı keçirildi və növbəti seçkidə Dumaya 28 türk-müsəlman millət vəkili seçildi. İndi biz Türkiyədə deyirik ki, 1934-cü ildə qadınlara seçmə-seçilmə haqqı tanıdıq. Halbuki 28 may 1918-də elan edilən Azərbaycan dövləti qadınlara seçmə-seçilmə haqqı verib. Bu, Azərbaycandakı aydınlanma hərəkatının nəticəsiydi. Rusiyada təzyiqlərin başlamasından sonra oradakı ziyalıların bir qismi Osmanlı imperiyasına qaçdılar. Türk milliyyətçiliyi dediyimiz fenomen də böyük ölçüdə onların liderliyində yarandı. 1917-ci ildəki bolşevik inqilabından sonra Leninin  imzaladığı 3 nömrəli dekret ilə Şaumyana Qafqazda vəzifə verdilər. Şaumyan işləmək üçün əvvəlcə Tiflisə gəldi, ancaq orada menşeviklərin qarşısında tab gətirə bilməyərək Bakıya getdi. Bakıdakı qətliamın səbəbkarlarından biri Leninin əmrini yerinə yetirən Şaumyandır.

- İttihad və Tərəqqi hökumətinin bolşevik inqilabından sonra Bakıya marağı daha da artdı və bu işlərlə məşğul olan Həsən Ruşəni 1918-ci ilin martında Bakıda ilk kəşfiyyat şəbəkəsini qurdu...

- Birinci Dünya müharibəsində biz 7 dövlətlə savaşırdıq. Savaşa girmək istəməsək də, savaşın əsas hədəfinin Anadolu torpaqları olduğunu gördük. Çanaqqala savaşlarındakı qələbəmiz Rusiyada çarlığın yıxılmasına səbəb oldu, orada bolşevik üsuli-idarəsi quruldu. Kutul-Amarə zəfərində ingilis general əsir götürüldü. Yanlış hərbi taktikalar bizim İraqı itirməyimizə səbəb oldu. Daha sonra oralardan geri çəkdiyimiz əsgərlərdən ibarət olan Qafqaz İslam Ordusunu yaratdıq. Mavərayi-Qafqaz hökumətiylə İttihad və Tərəqqi hökuməti arasında Trabzonda aparılan danışıqlarda məlum olmuşdu ki, indiki Ermənistan və Qarabağ ərazisində ancaq 5 yerdə erməni əhalisi çoxluqdadır. İrəvan əhalisinin 84%-i türklərdən ibarət idi. Anadolunun isə heç bir vilayətində erməni çoxluğu yox idi. 31 mart qətliamından sonra  İrəvan və ətrafından təxminən 300 min nəfər Azərbaycan türkü Qars-Ərdahan tərəflərə  köçür, təxminən o qədər türk əhalisi də Azərbaycan  torpaqlarına köçmək məcburiyyətində qalır. Trabzondakı müzakirələrdə Anadoludan köçən ermənilərin geri qayıtmasına icazə verilməsi istənilsə də, heyət başqanımız general Rauf Orbay o tələbi rədd edir. Həmin məlumatları o vaxt bizə Azərbaycan heyəti vermişdi. O vaxt Qafqaz Federasiyasının yaşamayacağı məlum oldu...

- 31 mart - 4 aprel arasında Şaumyanın öz etirafına görə, 3 min türk soyqırıma məruz qoyuldu. Bəzi Qərb mənbələrində isə soyqırıma məruz qoyulan Azərbaycan türklərinin sayı 12 min göstərilir. Sizdə bu barədə hansı məlumatlar var?

- O hadisələr 31 martda yox, 21 martda başlamışdı. 31 martdakı soyqırım əməliyyatları isə birbaşa Şaumyanın göstərişiylə başlamışdı. Türklər Novruz bayramını qeyd edəndə ermənilər hücumlara başladılar. Fransa mənbələrindən əldə etdiyim məlumatlara görə, o dönəm 30 min türk qətlə yetirilib. Bunu ermənilər özləri etiraf edirlər. Ermənilər qətliamları təkcə Bakıda yox, Azərbaycanın bir çox bölgələrində həyata keçiriblər. Lenin Şaumyana göndərdiyi teleqramda “neft bölgəsində qazandığı zəfərə görə” təbrik etdiyi kimi, eyni zamanda “diplomatiya sahəsində də diqqətli olmasını” tövsiyə edirdi.

- Mavərayi-Qafqaz hökumətində ermənilər və gürcülər Azərbaycan türklərinin Osmanlıya qarşı savaşmayacağından narahat olarkən Nəsibbəy Yusifbəyli bunu təsdiqləmişdi. Ermənilərin Bakıda törətdikləri soyqırım xəbərləri və raportlar İstanbula çatanda nə cür analizlər edildi?

- Qətliama dair xəbərlər, əlbəttə ki, həssaslıqla analiz edilirdi. 5 fevralda 3-cü ordunun komandanı Vəhib paşa Ərzincan sazişinin ləğv edildiyini elan edən kimi, o bölgədə rus işğalı altında olan bölgələrimiz dalbadal azad olunmağa başlandı. Trabzonda Azərbaycan heyəti ilə İttihad və Tərəqqi heyəti arasındakı müzakirələr 14 aprelə qədər davam etdi. Gizli müzakirələr nəticəsində biz Azərbaycanın öz dövlətini qurmasının ən doğru yol olacağını gördük və buna dəstək verməyi qərarlaşdırdıq. 26 mayda gürcülər, 28 mayda isə Azərbaycan türkləri və ermənilər Tiflisdə öz müstəqilliklərini elan etdilər. 17 iyunda paytaxt Gəncəyə köçürüldü, çünki Bakı hələ ki Şaumyanın nəzarəti altında idi. Qaliçiya cəbhəsindən 1 diviziya və Kutül-Amarə cəbhəsindən 1 diviziya birləşdirilərək Nuri paşanın komandanlığında Qafqaz İslam Ordusu yaradıldı. İngilislərin 7 B planında olan Bağdad-Bəsrə-Bombey koordinatlardan çıxınca almanlar o planı şimala tərəf çevirdi: Bizans (yəni, İstanbul), sonra Bakı, Buxara və Bombey. Yəni, türk ordusu Xəzər dənizinin şimalından Türküstana gedəcək, oradan cənuba tərəf irəliləyəcəkdi. Öz ağıllarına görə bizə qarşı hiylə törətdilər. Azərbaycan Cümhuriyyəti elan ediləndən sonra biz Batumda 3 dövlətlə müzakirə apararaq sərhədləri müəyyənləşdirdik. Bir az əvvəl sənin verdiyin suala cavab verim: Azərbaycanla gizli saziş imzaladıq. Türk ordusunun yardım etməsinə dair Azərbaycanın tələbini İttihad və Tərəqqi qəbul etdi və Nuri paşanın ordusu o şəkildə yaradıldı.

- Bu nəticəyə vara bilərikmi: 31 mart-4 aprel tarixləri arasında ermənilərin Azərbaycan türklərinə qarşı yapdıqları soyqırımdan sonra Qafqaz Seymindəki azərbaycanlı millət vəkilləri milləti və coğrafiyanı qorumaq üçün müstəqil dövlət elan etməyi qərara aldılar. Yəni, ermənilərin yapdığı  soyqırım nəticəsində bizim daha sıx birləşməyimiz qacılmaz oldu.

- Təbii... Mən sizə daha acı bir şey söyləyim. Brest-Litovsk sazişindən sonra Rusiya Almaniya ilə gizli bir saziş imzaladı: Bakı neftinin yarısının almanlara verilməsinin əvəzində Nuri paşanın Azərbaycana müdaxiləsinin qarşısının alınmasına çalışıldı. Poti sazişiylə almanlar Gürcüstandan keçən dəmiryolu xəttini nəzarət altına almağa çalışdılar. Biz orada alman zabitlərini əsir aldıq. Almaniya baş qərargahının şikayətindən sonra Vəhib paşa vəzifəsindən çıxarıldı. Buna baxmayaraq, biz Bakının qapısına gələndə almanlar yüksək rütbəli bir zabitini “türk ordusunun müttəfiqi” kimi oraya göndərərək dedi ki, biz də sizinlə birgə Bakıya girək. (Gülür – M. Ə.)

- Türk ordusu Qafqaza nəzarət edəndə gürcülər də özlərini çox rahat hiss edirdilər.

- Gürcülər türk ordusunun Qafqaza getməsinə çox da qarşı çıxmadılar.

- 28 may 1918-də Milli Azərbaycan dövləti elan ediləndən bir neçə gün sonra hökumətin ilk işi 31 mart - 4 aprel tarixlərində ermənilərin Bakıda türklərə qarşı törətdiyi soyqırımı dünya dövlətlərinə çatdırmaq oldu. Xarici işlər naziri Məhəmməd Həsən Hacınski əcnəbi dövlətlərə yazdığı məktuba ermənilərin bizə qarşı törətdiyi soyqırımın sənədlərini də əlavə etdi. Onunla bağlı nə demək istərdiniz?

- Erməni təbliğatı qarşısında dünya ölkələri çox da reaksiya göstərə bilmədilər. Bilirsiniz ki, Avropadakı toplantılara Topçubaşının rəhbərliyi altında heyət getdi. Fransızlar, ingilislər ermənilərdən öz mənafeləri  naminə istifadə edərək onları quru yerdə qoydular. Ona görə Azərbaycanın müraciəti çox da nəzərə alınmadı. Qərb ölkələri Azərbaycanı Rusiyanın bir hissəsi kimi qiymətləndirdilər. İngilislər o bölgədə bir türk dövlətinin qurulmasını qəbul edə bilmədilər. Ona görə də cəhdlər nəticəsiz qaldı.(apa)

Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO

Xəbər xətti

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
Hamısı