İrəvana zərbə ABŞ Qarabağ prosesində fəallaşır

Müsahibələr 11:00 26.08.2017

ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland Dağlıq Qarabağda “dayanıqlı razılıq” əldə olunması üçün Madrid prinsiplərinə əsaslanan mühüm elementləri sadalayıb. O bildirib ki, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qayıtmalı, Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən təhlükəsiz dəhliz mövcud olmalıdır, lakin bu dəhliz bütün Laçın ərazisini əhatə etməməlidir. Səfir həmçinin status məsələsinin gələcək danışıqların predmeti olmasını, sülhməramlı əməliyyatların daxil olduğu beynalxalq təhlükəsizlik zəmanətinin vacibliyini də vurğulayıb.

Amerikalı həmsədrin son açıqlaması ilə bağlı “Baku Network” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərovun müsahibəsini təqdim edirik:

- Amerikalı həmsədr Riçard Hoqlandın son açıqlaması barədə nə deyərdiniz?

- Bu, son dövrlərdə səsləndirilən ilk belə bəyanatdır ki, Madrid prinsipləri açıqlanır. Sadəcə, digər həmsədrlər öz siyasi çıxarlarına görə bu məsələləri üzə vurmurlar. Xüsusilə də Rusiya və Fransanın fəaliyyəti nəzərə çarpmır. Amerikalı həmsədrin son bəyanatı müsbətə doğrudur. Çünki qarşıda BMT-nin Nyu Yorkda keçiriləcək sessiyasında Azərbaycan və Ermənistan xarici işlərinin görüşü nəzərdə tutulur. Bu görüşdən öncə belə bir bəyanatın verilməsi o deməkdir ki, ABŞ öz mövqeyində fəallıq göstərmək istəyir. Bəyanatın Rusiya və Ermənistan prezidentlərinin Soçi görüşündən bir neçə saat öncə səsləndirilməsini Vaşinqtonun Moskva və İrəvana mesajı kimi də qiymətləndirmək olar. Mesaj ondan ibarətdir ki, ABŞ Qarabağ məsələsi istiqamətində öz fəaliyyətini davam etdirəcək. Bəyanat göstərir ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin status-kvo şəklində saxlanılmasında maraqlı deyil. Yəni ABŞ Qarabağ məsələsini yerindən tərpətmək istəyir. Fikir verin, hazırda Rusiya-ABŞ qarşıdurması pik nöqtədir, ancaq bu iki dövlət yeganə Qarabağ məsələsində həmfikirdirlər.

- Riçard Hoqlandın bu açıqlamasını ABŞ-ın Dağlıq Qarabağla bağlı mövqeyində dəyişiklik etməsi kimi qəbul etmək olarmı?

- Amerikalı həmsədrin bu fikirləri Ermənistanda təşvişlə qarşılanıb. Hazırda Ermənistan xarici işlər naziri əhalinin fikrini yayındırmaqla məşğuldur. Çünki masada müzakirə edilən məsələlər də məhz bunlardır, lakin İrəvan uzun müddətdir prosesi ləngidir. Bu bəyanat o deməkdir ki, ABŞ-ın mövqeyi nəinki dəyişib, Vaşinqton artıq bu məsələdə ciddi, israrlı tərəfə çevrilməkdədir. ABŞ tərəfindən gündəmə gətirilən elementlər əslində Ermənistana bir mesajdır. Hoqlandın bəyanatından sonra erməni diasporuı da çaşqın vəziyyətdədir. Bu, çox müsbət haldır və bəyanatdan çıxan əsas siyasi nəticə odur ki, ABŞ erməni diasporunun 25 ildə gördüyü bütün işləri sıfra endirdi.

- Sizcə, Madrid prinsiplərinin ABŞ tərəfindən ilk dəfə bu qədər açıq şəkildə gündəmə gətirilməsi danışıqlar prosesini ölü nöqtədən tərpədəcəkmi?

- Əslində, amerikalı həmsədrin bəyanatının arxasında Ermənistana böyük bir təzyiq var. Ermənistan son zamanlar Avropa Birliyi ilə gizlin danışıqlar aparmaqla və Qərbə meyillənməklə Rusiyadan yeni dividentlər qoprmağa çalışır. Lakin ABŞ Ermənistana göstərdi ki, İrəvan bu cür siyasətə davam edərsə, Vaşinqton Qarabağ məsələsində Madrid prinsiplərini masaya yatıracaq və Ermənistan iflasa uğrayacaq. Ermənistan onsuz da iqtisadi baxımdan iflasın astanasındadır və ölkədə siyasi böhran dərinləşir. Belə bir zamanda ABŞ tərəfindən Ermənistanın xarici siyasətinə yeni bir zərbə ölkədə siyasi vəziyyətin dəyişməsinə gətirib çıxaracaq. (Axar.az)

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Hamısı