Mən Azərbaycanda faydalana biləcəyimiz çox şey gördüm Ukraynanın nazir müavini – ÖZƏL

Müsahibələr 17:15 05.09.2017
Azərbaycan və Ukraynanı – iki dost ölkəni həm milyonlarla qaçqının yaranmasına səbəb olan separatizm kimi ümumi bir problem birləşdirir.  Ancaq Azərbaycan bu problemlə 25 il öncə üzləşib, Ukrayna isə bu faciəni artıq 3 ildir ki yaşayır.
Ukrayna   Azərbaycanın öz torpaqlarının Ermənistan tərəfindən işğalı probleminin həll olunması istiqamətindəki təcrübəsindən yararlanmaq istəyir.
Hazırda Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilər və Daxili Köçürülmüş Şəxslərin Məsələləri üzrə nazir müavini Georgiy Tuka Bakıda səfərdədir.
Eurasi Diary-nin jurnalisti bu fürsıti əldən verməyərək ondan müsahibə götürüblər.
 
ED: Salam, hörmətli Georgiy Borisoviç, vaxt tapıb redaksiyamıza gəldiyiniz üçün çox şadıq. Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilər və Daxili Köçürülmüş Şəxslərin Məsələləri üzrə Nazirliyi barədə məlumat verə bilərsinizmi? O, necə bir dövlət strukturudur və hansı məqsədlə yaradılıb? Bildiyimizə görə, nazirliyin hələ bir yaşı yoxdur.
 
Georgiy Tuka: Luqanskda mülki-hərbi administrasiyada çalışarkən mən tək qaçqınların problemləri ilə deyil, infrastrukturların bərpası, məktəblərdə təhsil prosesi, terroristlərin işğalından azad edilən rayonlarda səhiyyə ilə məşğul olacaq, bütün dövlət xidmət orqanlarının fəaliyyətini koordinasiya edən vahid orqan mövcud deyildi.
Biz dəfələrlə bu cür əlaqələndirmə qurumu axtarışında olan beynəlxalq təşkilatlara müraciət etmişik. Təəssüf ki, elə olurdu ki, müxtəlif təşkilatlar hansısa bir kəndə yardım edirdi, lakin bir kilometr aralıda olan kəndə iki il ərzində baş çəkən olmurdu.
Prinsip etibarilə bu cür məqamların sayının azaldılması üçün bizim nazirlik yaradıldı.
O bir il iki ay bundan əvvəl təmamilə sıfırdan qurulub. İlk üç ay biz dörd nəfər idik. Hazırda təqribən yüz nəfərdən ibarət işçi heyətimiz və iki regional nümayəndəliyimiz var: biri Donetsk vilayətində, digəri Luqanskda.
Fəaliyyətimizin digər bir istiqaməti Krımın ilhaq edilmiş ərazilərindən köçmüş krımlılarla işdir. Bundan əlavə bizim Kerçensk vilayətində də nümayəndəlimiz var.
 
ED: Artıq bir ildir ki, işləyirsiniz. Bu müddətdə nə etmisiniz və nəyi edə bilməmisiniz?
 
Georgiy Tuka: Nəyisə gizlətmək fikrim yoxdur. Həmişə açıq danışıram. Çox şey edə bilməmişik, xüsusilə də qaçqınların evlə təmin olunması sahəsində.
Keçirilən bütün sorğulara görə bizim ukraynalı və eləcə də beynəlxalq sosioloji xidmət qurumlarının məlumatına görə, 85% qaçqının birinci dərəcəli problemi yaşayış yeri ilə bağlıdır.
İkinci yerdə (60%) –iş yeri, artıq üçüncü və dördüncü yerdə səhiyyə problemi və təhsil durur.
Təəssüf ki, yaşayış yeri ilə təmin olunma problemi hələ başlanğıc mərhələdədir. Hələ yeni il ərəfəsində cari il 1 milyard qrivna ayrılması üçün maliyyə nazirliyinə müraciət etdik, lakin müraciətimiz həmişəki kimi rədd edildi.
Elə hesab edirəm ki, istənilən ölkədə Maliyyə Nazirliyi – hər zaman “yox” deyən özünəməxsus orqandır. Onunla çarpışmaq lazım gəlir.
Növbəti ildə biz artıq iki milyard həcmində maliyyə yardımı üçün müraciət etdik. Bilmirəm, planlarımızı həyata keçirmək üçün nə qədər lazım olacaq.
Bu iki problem həll olmadan – yaşayış yeri problemi və iş yeri tapmaq - köçkünlərin inteqrasiya perspektivi həddən artıq çətindir.
 
ED: Hər şey maliyyədən asılıdır.
 
Georgiy Tuka: Bəli, təəssüf ki bu beledir. Məsələ burasındadır ki, Ukraynada vətəndaş cəmiyyəti güclü inkişaf edib. Ümumi bir ağrını yaşayan köçkünlər Ukraynanın müxtəlif sahələr üzrə vətəndaş institutlarında cəmləniblər. Onlar köçkünlərin yaşayış probleminin həllinə dair layihələr işləyib hazırlayırlar.
Yerli hakimiyyət orqanları bir çox sahələrdə mənzil tikintisi üçün torpaq, infrastrukltur, elektrik enerjisi, su, kanalizasiya ilə təmin etməyə hazırdır, lakin mənzillə təmin etmək üçün vəsait yoxdur.
 
ED: Elə bu ilin yanvarında Ukraynanın sosial təminat naziri Andrey Alekseeviç Reva Azərbaycanın köçkünlərin sosial müdafiəsi sahəsindəki təcrübəsini öyrənmək üçün Bakıya səfər etmişdi. Bu səfərdən sonra hansı işlər görülüb?
 
Georgiy Tuka: Azərbaycanla biz eyni ağrını yaşayırıq. Ermənistan-Azərbaycan münaqişəsi Ukraynada hazırda alovlanmaqda olan münaqişədən nə ilə fərqlənir? Qafqazda millətlərarası münaqişə püskürür. Ukraynada isə belə münaqişə mövcud deyil. Bizdə etnik faktor yoxdur.
 
Müxtəlif mənbələrə görə bizdə əhalinin çox hissəsi iki milyon insan işğal olunmuş ərazilərdə yaşayır. Elə olur ki, ailənin bir hissəsi “böyük Ukrayna”ya köçür, digər hissəsi isə müvəqqəti olaraq nəzarət edilməyən ərazidə yaşayır.
 
Azərbaycanda Ermənistan və Azərbaycan arasında sərhəd zonada praktik olaraq nəzarət məntəqələri mövcud deyil. İnsanlar miqrasiya etmir.
Bizdə bir neçə bu cür nəzarət məntəqələri var, hansı ki, 30-40 min insan gündəlik olaraq gah birində gah da digərində məskunlaşır.
Mən Azərbaycanda faydalana biləcəyimiz çox şey gördüm. Bu gün qaçqın və məcburi köçkünlər üçün tikilmiş yeni yaşayış kompleksində olduq. Yeri gəlmişkən, xarici qonaqlara göstəriş məqsədli çıxışlar etmədiyi üçün Azərbaycanın rəhbərliyinə minnətdaram.
Əvvəlcə bizim nümayəndə heyətini Bakıda köçkünlərin ağır şərtlərdə yaşadığı yataqxanaya gətirdilər. Əmin oldum ki, 25 il keçsə də ciddi maliyyə yardımı olsa da, problem hələ də qalmaqdadır və onu bir ilə həll etmək mümkün deyil. Yanılmaq istərdik.
 
ED: Azərbaycana səfərin əsas məqsədi  nədir?
 
Georgiy Tuka: Məsələ orasındadır ki, artıq bir ildir ki, bütün donmuş münaqişə yaşamış dövlətlərin münaqişədən sonrakı təcrübələrin öyrənilməsi ilə məşğulam. Mən bütün Balkan yarımadasını gəzmişəm, Gürcüstan, Moldova və indi də Azərbaycan rəhbərliyi ilə söhbətlərim olub. Biz bilmək istəyirik bu və ya digər ölkə hansı yolla gedib: konfliktin tam həll olunması üçün olmasa da heç olmasa onun nəticələrinin minimuma endirilməsi üçün.
Təkcə köçkünlərlə bağlı yox, minalardan təmizlənmə kimi ən ciddi problemlə bağlı məsələlərlə maraqlanırıq. Çox şadam ki, Azərbaycanda dövlət agentliyinin necə çalışdığını əyani olaraq gördüm. Bizim nazirlik indi Ukraynada məhz bizim ukraynalı bürokratlarla mübarizə aparır ki, Ukraynada da bu modeli tətbiq etsin.   
Mən hazırda Ukraynada uğrunda mübarizə apardığımız ideyaların effektivliyi və düzgünlüyünə bir daha əmin oldum.
Azərbaycan məktəbində gördüyüm vətənpərvərlik məni heyran qoyur. Hətta uşaq bağçasında 5 yaşlı körpələr milli simvollların istifadə olunduğu gözəl bir konsert təşkil etmişdilər. Onlar Azərbaycan bayrağını elə həvəslə yelləyirdilər ki.
 
Həm məkəbdə, həm də uğaq bağçasında girişdə Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəxslərin şəkilləri olan xatirə lövhəsinin olması məni çox sevindirdi. Çox düzgün addımdır. Heç bir millətin necə ağrılı olub olmamasından asılı olmayaraq öz keçmişini unutmağa haqqı yoxdur.
 
ED: Ukrayna və Azərbaycanın ümumi problemləri həll etmək sahəsindəki əməkdaşlığını necə qiymətləndirirsiniz?
 
Georgiy Tuka: Ondan başlamaq istərdim ki, heç bir dövlətdə Azərbaycanda olan bu cür səmimi qəbulla rastlaşmamışam.
Beynəlxalq ictimaiyyətin qaçqın və məcburi köçkünlərin evlə təmin olunması probleminin həlli üçün Azərbaycana az yardım etməsi məni çox təəccübləndirir. Mən çox yaxşı anlayıram ki, misal üçün Əfqanıstanda hər il milyardlar xərclənir, Azərbaycana isə müqayisə olunmaz dərəcədə az vəsait ayrılır. Bir insan kimi bunu anlaya bimirəm.
Şübhəsiz ki, bu məsələni bütün əlaqədə olduğum həm avropalı, həm amerikalı partnyorlarla görüşlərimdə qaldıracağam.
Dost kimi görünən və bəzən hətta neytral mövqe sərgiləyən beynəlxalq təşkilatların nümayəndələrinin Ukraynanın və Azərbaycan rəsmi icazəsi olmadan Dağlıq Qarabağa və Donetskə səfər etməsi ilə tez-tez üzləşirik.
Bunun əvəzində onlar qanunsuz olaraq bu əraziləri işğal edən başqa dövlətlərdə qeydiyyatdan keçir.
 
ED: 25 il bundan öncə Dağlıq Qarabağ münaqişəsi başlayan zaman dünya ictimaiyyəti və həmçinin Ukrayna Azərbaycanın dəstəklənməsində fəal mövqe tutmadılar. Necə düşünürsünüz, dünya ictimaiyyəti Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə zamanında reaksiya versəydi Ukraynadakı ərazi bütövlüyünün pozulmasının və separatizmin qarşısını almaq mümkün idimi?
 
Georgiy Tuka: Dağlıq Qarabağdakı hadisələrin ilk çağlarını çox yaxşı xatırlayıram. Bu, hələ Sovet İttifaqı daxilində baş vermişdi.
Həmin vaxt bizim müstəqil KİV-miz yox idi. Faktiki olaraq, sovet əhalisi bütün məlumatları üç kanal vasitəsilə alırdı.
Yaxşı yadımdadır, o hadisələr barədə məlumatlar necə qərəzli verilirdi. Məlumatlar elə verilirdi ki, guya qaniçən islamçı terroristlər sülhpərvər erməni xalqına qarşı soyqırım törədir. Halbuki, indi artıq anlaşılır ki, hər şey təmamilə başqa cür idi. Münaqişənin  alovlandığı həmin anda gerçəklik bu cür dərk olunurdu çünki, məlumat verilmirdi.
Ukraynanın təkcə Azərbaycana qarşı yox, bütünlüklə bu cür passiv siyasət yürütməsi yolverilməz idi.  Ukrayna xalqı deyil, onun rəhbərliyi Gürcüstana qarşı da məhz o cür passiv münasibət göstərib. Eyni hal Dnestryanı bölgəyə də münasibətdə yaşanmışdı.
Bu iradların hamısı ilə təmamilə razıyam.
Bir daha vurğulamaq istəyirəm ki, bu xalqın deyil, ölkənin konkret rəhbərliyinin mövqeyi idi.
 
ED: Əgər qaçqın və məcburi köçkünlərlə bağlı problemə bir daha qayıtsaq,  o zaman Donbasda yaşayan insanlar əsasən hara köç edir? Əgər biz xaricdən danışırıqsa deməliyik ki, bizdə olan məlumata əsasən belə qaçqınlar qaçqın statusu ala bilmir. Bu nə ilə bağlıdır?
 
Georgiy Tuka: Düzünü desək, bunu ilk dəfə eşidirəm.
Məsələ burasındadır ki, Ukraynanın yürütdüyü dövlət siyasətinə görə nəzarət altında olmayan ərazilərdə, hətta Krım da daxil olmaqla yaşayan  bütün əhali Ukrayna vətəndaşı hesab edilir. Konstitusiya ilə onlara əhalinin digər hissəsi ilə tam olaraq bərabər hüquqlar verilib. Ukrayna indi Avropa Birliyi dövlətləri ilə vizasız rejimə keçdikdən sonra da Donetsk və Luqanskda, hətta Krımda yaşayan vətəndaşları Ukrayna ərazisinə köçmək, pasport qeydiyyat idarəsinə  müraciət etmək və Ukraynanın şəxsiyət vəsiqəsini almaq hüququ var. Bizim öz vətəndaşlarımızdan imtina etmək fikrimiz yoxdur.
Bizdə olan məlumata əsasən köçkünlərin çox hissəsi Ukrayna ərazisində yaşayır. Onların əksəriyyəti bilavasitə Donetsk və Luqansk vilayətlərində, sərhədyanı yerlərə yaxın ərazilərdə cəmləşib.
 
Burada iki səbəb var: birincisi bu insanların bütün ömrü boyu yaşadııqları kiçik vətənin bir hissəsidir, ikincisi isə dediyim kimi, ailələrin çox hissəsi parçalanıb və ailənin bir hissəsi nəzarət altında olmayan ərazidə yaşayır. Beləliklə, insanlar yaşlı valideynlərini mütəmadi olaraq baş çəkmək üçün daha yaxın ərazilərə gəlmək istəyirlər.
 
ED: Georgiy Borisoviç açıq söhbətə və konkret mövqe sərgilədiyiniz üçün sizə minnətdarıq!
 
Georgiy Tuka: Azərbaycanlı dostlarımıza təşəkkür edirik! Mən “təşəkkür” sözünü ürəkdən deyirəm çünki, heç yerdə Azərbaycandakı kimi qarşılanma ilə rastlaşmamışam. 

Müsahibəni götürdü: Natalya Quliyeva

 


İsrail İrana raket zərbəsi endirdi - VİDEO

Xəbər xətti

Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Hamısı