"Riyaziyyat üzrə 60 kitabın müəllifi dilçidir?" Namazov

Müsahibələr 13:09 14.10.2017
Artıq nə az, nə çox - düz 21 ildir ki, Mübariz Namazovun müəllifi olduğu əlavə dərs vəsaitləri istifadə edilir. Maraqlıdır ki, bütün məktəblərdə müəllimlər 5 və 9-cu sinif şagirdlərinə ancaq M.Namazovun müəllifi olduğu əlavə dərs vəsaitlərini almağı məsləhət görürülər. Bunun müəllimlər tərəfindən məcburi qaydada tətbiq edilməsi isə valideynlərdə müəyyən sualların yaranmasına səbəb olub.
 
Maraqlıdır, bəs yazdığı əlavə dərs vəsaitləri təhsil ekspertləri tərəfindən yüksək qiymətləndirilən M.Namazov kimdir? Niyə bütün məktəblərdə yalnız onun əlavə dərs vəsaitləri istifadə edilir?
 
Vikipedik tərcümeyi-hal: Mübariz Bəndi oğlu Namazov 2 dekabr 1952-ci il doğumludur. Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib (?). 1996-cı ildə ilk riyaziyyatdan çalışma kitablarının müəllifi olub. O vatxdan indiyə qədər M.Namazov 60-dan çox vəsaitin müəllifidir. Hazırda o, Bakı şəhəri Texniki Humanitar liseyində dərs deyir.
 
Yaranmış suallarla bağlı müəllifin Axar.az-a verdiyi kiçik müsahibəni təqdim edirik.
 
- Mübariz müəllim, niyə ümumtəhsil müəsssisələrində birmənalı olaraq sizin əlavə dərs vəsaitlərinizdən istifadə edilir?
 
- Məktəblərdə müəllimlərin şagirdləri mənim müəllifi olduğum vəsaitlərə yönəltməsi tamamilə onların təşəbbüsüdür. Mənim nə işimə qalıb? Mənim nə ixtiyarım var kimisə məcbur edəm? Mən o məktəblərin hər birini gəzə və təbliğat apara bilmərəm axı! Müəllimlər dərsliklərdə olan çalışmaların sayının az olmasına görə yaranan boşluğu mənim vəsaitlərimlə doldurmağa çalışırlar.
 
- 21 ilə 60 dərs vəsaiti çox deyil ki?
 
- Əgər Azərbaycanda kitab yazmaq qadağandırsa, mən bu vəsaitləri yazmayım.
 
- Vikipediyada sizin himanitar sahə üzrə təhsil aldığınız yazılır. Maraqlıdır, dilçi-ədəbiyyatçı necə riyaziyyat testlərini yazır?
 
- Mən keçmiş Lenin adına Pedaqoji İnstitutu riyaziyyat ixtisası üzrə 1980-ci ildə yüksək qiymətlərlə bitirmişəm. Vikipediyada mənimlə bağlı bu tərcümeyi-haldan məlumatsızam.
 
- Sizin müəllifi olduğunuz dərs vəsaitlərinin digərlərindən fərqi və üstünlüyü nədən ibarətdir?
 
- Mənim müəllifi olduğum dərs vəsaitlərinə üstünlüyün niyə verilməsinin səbəblərini məktəblərdə bu vəsaitlərdən istifadə edən müəllimlərdən soruşmaq lazımdır. Bu suala mən cavab versəm, öz kitabımı tərifləmiş olaram. Mənim hazırladığım vəsaitdəki çalışmalarda məntiqi fikirləşmələrə daha çox üstünlük verilib, vəsaitdəki çalışmaların quruluş sxemi sadədən mürəkkəbə doğrudur.
 
- Müəllimlər hər dəfə şagirdləri sizin dərs vəsaitinizin yeni nəşrini almağa məcbur edirlər. Müəllifi olduğunuz kitablar niyə hər il yenidən nəşr olunur?
 
- Bu, həqiqəti əks etdirməyən məlumatdır. Çünki bu vəsaitlər hər il yenilənmir. Sadəcə, Tələbə Qəbul üzrə Dövlət Komissiyasının dərsliklərdə tətbiq etdiyi yeniliklərdən sonra mənim hazırladığım vəsaitlərdə yeni varianta uyğun çalışmalar əlavə edilir. Yəni bu vəsaitlərin yenidən nəşr olunmasına səbəb kurrikulum formasının məktəblərdə tətbiq olunması ilə əlaqədardır. Bunun nəyi pisdir ki?! Eyni zamanda vəsaitlərdə yalnız qiymətləndirmə hissəsi dəyişib. Vəsaitlər bütövlükdə dəyişməyib.
 
- Müəllifi olduğunuz dərs tapşırığı kitablarını hansı vəsait hesabına nəşr edirsiniz?
 
- Mən dərs vəsaitlərinin istifadə olunması ilə bağlı heç bir məsələyə qarışmıram. Vəsaitlərimin çapı ilə özüm məşğul olmuram. Yazdığım vəsaitləri mətbəə öz hesabına çap etdirir və mən hər kitabdan yalnız 20-30 ədəd götürə bilirəm. Mən bu vəsaitlərin satışı ilə məşğul olmuram. Sadəcə bu vəsaitləri yazıram.
 
- Mübariz müəllim, bəs nə üçün dərsliklər yazmaq təşəbbüsünüz olmayıb?
 
- Dərslik yazmağa vaxtım olmayıb. Bunun başqa səbəbləri də var ki, mən onları açıqlamaq istəmirəm.
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Hamısı