“Qərbin ipiylə quyuya enmək olmaz” nümunəsinə şahid olduq Seyfullah Türksoy - Eksklüziv

Müsahibələr 13:30 21.04.2016

“İpək Yolu” Beynəlxalq Media Qrupu  və “İpək yolu” Strateji Araşdırmalar Mərkəzinin idarə heyətinin rəhbəri Seyfullah Türksoyun “Eurasia Diary” portalına eksklüziv müsahibəsini təqdim edirik.

Sual: Türkiyənin Dağlıq Qrabağ münaqişəsi  konteksində, digər beynəlxalq məsələlərə dair Azərbaycana göstərdiyi dəstək barədə nə deyə bilərsiniz?

Seyfullah Türksoy: İlk öncə qeyd edim ki, nə Türkiyə köhnə Türkiyə, nə də Azərbaycan əvvəlki Azərbaycan deyil. İndi Azərbaycanın təkcə hərbi müdafiə büdcəsi 4 milyard dolları aşıb. Azərbaycan öz ordusuna qayğı ilə yanaşan güclü dövlət və hər bir sahədə inkişaf edən bir ölkədir. Bütün bunlar Türkiyə üçün də keçərlidir. Hazırda güclü  Türkiyə dövləti  mövcuddur və  bu dövlətin güclü iqtidarı var. Bu səbəbdən, Türkiyə öz gücünə arxalanaraq Qarabağda gərginliyin yenidən artması  zamanı gərəkli davranışı, özünə uyğun mövqeyini göstərdi.

Azərbaycan ordusu da kifayət qədər təcrübəli  hərbiçilərə, texnikaya sahibdir. Digər tərəfdən, Türkiyə xüsusilə  özünümüdafiə sahəsində bir çox silah növləri daxil olmaqla, öz ehtiyaclarını ödəmək iqtidarındadır. Türkiyə özüylə yanaşı, qardaş Azərbaycana bu istiqamətdə hər cür dəstəyi vermək  gücünə də sahibdir.  Türkiyə rəsmiləri “Azərbaycanın yanındayıq” deyərkən sadəcə söz xatirinə ifadələr işlətmir. Mən bunu Türkiyəni yaxşı tanıyan insan kimi səmimi deyirəm. Türkiyə Azərbaycanın qarşılaşdığı ən kiçik problemdə belə, qarşı tərəfdə kim olursa olsun, üzərinə düşən vəzifəni edəcək. Başqa ölkələrin, xüsusən də Ermənistanın arxasındakı ölkələrin də belə bir şeyə əsla cəsarət edə biləcəyini düşünmürəm. Çünki Türkiyə həm dövlət, həm də millət olaraq bu məsələdə qərarlıdır.

Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıqdan daha üstdə - “Bir millət, iki dövlət” fəlsəfəsinə uyğun bir bağlılıq var.

Bir neçə gündür Azərbaycanda səfərdəyəm və bu dəfə insanlarda daha müdhiş inam, ruh yüksəkliyinin şahidi oldum. Psixoloji üstünlüyün hazırda tamamilə Azərbaycanın xeyrinə inkişaf etdiyini görürəm. Qeyd edim ki, belə olan halda Azərbaycan torpaqları işğal altında çox qalmaz.

Sual: İran-Türkiyə münasibətləri yeni mərhələdədir. Necə hesab edirsiniz, bu yaxınlıq coğrafi məkanda hansı geosiyasi dəyişikliklər edəcək?

Seyfullah Türksoy: İlk öncə, İran və Türkiyə qonşu dövlətlərdir. İran böyük tarixə sahib qədim dövlətdir və orada bizim soydaşlarımız yaşayır. Çünki, İran əhalisinin yarıya qədəri Azərbaycan Türklərindən ibarətdir. Bu səbəbdən, İran və Türkiyə münasibətləri çox önəmlidir və daha da inkişaf etdirilməlidir. Bunun üçün qarşımızda 16 ildir ki, məhv edilən İraq nümunəsi var. Təəssüf ki, İraq - Qərbin və Amerikanın əsəridir.  Dolayısıyla, Türkiyəyə tələ quraraq, bizə də təsir edəcək şərait yaratdılar və geriyə çəkildilər. Yəni, bütün hallarda belə, bizim qonşu dövlətlərlə münasibətlərimizi yaxşılaşdırmağımız lazımdır. Bir çox problemlər döyüşərək deyil, danışıqlar yolu ilə həll edilməlidir. Yenə, Suriya və İraq nümunəsini misal gətirirəm. Qərbin ipiylə quyuya enmək olmaz” nümunəsinə şahid olduq. Bu baxımdan, Türkiyənin İranla münasibətlərindəki irəliləyişi yüksək qiymətləndirirəm. Bundan əlavə, bu yaxınlığı regionlararası sülhə töhfə verəcəyini hesab edirəm.

Sual: Dünya türklərinin əsas problemləri nədir və bu problemlər nələrdən qaynaqlanır?

Seyfullah Türksoy: Mən ömrümün son otuz ilini Türk dünyasının birliyinə həsr etmiş insanam. Səfərdə olduğum 70-dən çox Türk regionunda şahid olduğum iki vacib problemi qeyd etmək istərdim. Birinci problem, ortaq tarix mövzusudur ki, bu türk tarixçilərinin toplanaraq ortaq razılığa gəlinməsi və yenidən yazılması lazımdır.

İkinci məsələ isə, ortaq əlifba və dildir. Sözsüz ki, bu da müvəqqətidir. Siyasi birlik məsələsini çox da qabartmaq istəməzdim. Çünki, məhz bu iki problemlər üzərində işlənərsə “birlik” ideyamız reallaşar. Birlik olaraq isə, dövlətlərimizin diqqətindən kənarda qalan mövzuları vətəndaş cəmiyyəti qurumları olaraq qabartmalıyıq. Xüsusilə beynəlxaq sahədə  fəaliyyətimiz daha effektiv və səmərəli olar.

Bu birlikdə isə, önəmli ünsür Türkiyə və Azərbaycan qardaşlığıdır. Dünyada bir-birinə bu qədər məhəbbət, hötmət bəsləyən başqa millət görmədim. Bu Allahın bizə bəxş etdiyi  nemətdir və bu dəyərə xələl gətirəcək işlərdən yayınmaq lazımdır. Sözsüz ki, qardaşlığa fitnə gətirən xayinlər çox olacaq, bizim düzgün davranmağımız lazımdır. Bu qardaşlığın daha da möhkəmlənməsi üçün əlimizdən gələni əsirgəməməliyik.


"İpək yolu" Beynəlxalq Media Qrupu və "İpək Yolu" Strateji Araşdırmalar Mərkəzinin idarə heyətinin rəhbəri, siyasi ekspert, jurnalist


 Müsahibəni hazırladı: ”Eurasia Diary”nin Türk Bürosu

  Fəzilət Səmədova

 

 

 

 

 

 

 

 

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Hamısı