ABŞ-la Pakistan arasında qeydə alınan gərginlik hər gün daha da böyüyür. Gərginliyə səbəb ABŞ prezidenti Donald Trampın çıxışı olub. Tramp tvitter hesabından ABŞ-ın son 15 ildə Pakistana 33 milyard dollarlıq yardım etdiyini bildirərək, “Onlar isə liderlərimizin axmaq olduğunu düşünərək bizə yalanlar və hiyləgərlikdən başqa bir şey vermədilər. Əfqanıstanda mübarizə apardığımız terroristləri etibarlı bölgə ilə təmin edirlər. Artıq bəsdir” – deyə vurğulayıb. Bundan sonra, Vaşinqton rəhbərliyi Pakistana göndərməyi planlaşdırdığı 255 milyon dollarlıq hərbi köməyi dayandırıb. Trampın sözlərinin əsassız olduğunu dilə gətirən Pakistan XİN rəhbəri “ölkəmizin etibarının daha da məhv edilməsinə icazə verməyəcəyik” – deyərək sərt reaksiya verib. ABŞ-ın Pakistandakı səfiri Devid Heyl Xarici İşlər Nazirliyinə çağırılıb. Bu mövzu beynəlxalq medianın da əsas gündəmindədir. Avrasiya Media Şəbəkəsinin keçmiş baş redaktoru, hazırda isə peşakar fəaliyyətini Çin Mərkəzi Televiziyasında (CCTV) davam etdirən, əslən Pakistandan olan beynəlxalq ekspert Malik Əyyub Sumbal “RussiaToday” beynəlxalq televiziyasına bu mövzuda geniş müsahibə verib.
Müsahibəyə bu linkdən baxa bilərsiniz.
Link: https://www.youtube.com/watch?