“Tesla”da çalışan azərbaycanlı qız "Dünyanın gələcəyi bizim əlimizdədir"

Müsahibələr 14:39 16.02.2018
Dünyaca məşhur "Tesla” şirkətində çalışan, Stenford Universitetinin tələbəsi Sona Allahverdiyeva ilə müsahibəni təqdim edirik:
 
– Özünüzü oxucularımıza təqdim etməyinizi xahiş edirik...
– Adım Sonadır. Stenford Universitetində, III kursda, informatika ixtisası üzrə ali təhsil alıram. Maşın görmə və qarışıq reallıq kimi istiqamətlərlə maraqlanıram, istehsalat təcrübəsində öz maraq dairəmi genişləndirirəm.
 
Buna "Tesla”dakı indiki vəzifəmi, "Facebook”da, "Oculus”da yay aylarındakı gələcək işimi misal göstərə bilərəm. Bakıda doğulub, boya-başa çatmışam. Sonradan TISA (Azərbaycanda Beynəlxalq məktəb) diplomunu alıb ali təhsil almaq üçün ABŞ-a köçmüşəm.
 
 
– Nə üçün məhz Stenford Universitetini seçdiniz? 
– Sənədlərimi verdim və eyni vaxtda bir neçə müxtəlif universitetdən təkliflər gəldi. Britaniyanın Kembric Universiteti, ABŞ-ın Yel və Stenford Universitetləri arasında seçim qarşısında qalmışdım. Götür-qoy etdikdən sonra Stenfordu seçdim, belə ki, psixologiya və informatika ilə maraqlanırdım. Stenford bu ixtisaslar üzrə ən öncül universitet sayılır.
 
– Valideynləriniz və ya universitet sizə maddi dəstək göstərirmi?
– Təhsilhaqqımı valideynlərim ödəyir. Bu xərclərin ödənilməsində onlara kömək olmaq üçün bir neçə yerdə işləyirəm. Bir nemə informatika sinfindən texniki yardımçı kimi mülahizələr oxuyuram, bir neçə şirkətdə intern kimi çalışıram.
 
– "Tesla”dakı işinizdən danışmağınızı istərdik...
– Hal-hazırda "Tesla”da təchizatın avtomatlaşdırılması üzrə komandanın tərkibində çalışıram. Komandanın yaratdığı layihələrin icrasının təmin olunmasından tutmuş, şirkətin missiyasının davamlı tərəqqisini təmin etmək üçün yeni proqram təminatının yazılmasına kimi geniş əhatəli layihələr üzərində işləyirəm.
 
"Tesla” iri şirkət olmasına baxmayaraq, kiçik firma mentalitetinə malikdir: hər bir əməkdaşın fikrini öyrənirlər və özünəməxsus ideyaları olan şəxslər bunu bilavasitə İlon Maskın özünə təqdim edə bilir.
 
– "Facebook”dakı fəaliyyətiniz nədən ibarət olacaq?
– 2018-ci ilin yay ayları ərzində "Facebook”, "Oculus”da işləyəcəm. "Oculus” "Facebook”un virtual reallıq üçün avadanlıq və proqram təminatı üzrə ixtisaslaşmış bölməsidir. Virtual reallıq çox sürətlə inkişaf edən istiqamətdir, ona görə yayın gəlməsini səbirsizliklə gözləyirəm, gələcək komandamla inqilabi texnologiyalar yaratmaq istəyirəm.
 
Əvvəllər virtual və qarışıq reallığın inkişafı sahəsində təcrübəm olub. "Apple store” üçün bir neçə tətbiqlər, o cümlədən "Snowbird - An Immersive Film” tətbiqi üzərində çalışmışam. Virtual reallığın istifadəçisi və tərtibatçısı kimi təcrübəm var. "Oculus Headquarters” kuluarlarında şirkətin təsisçisi ilə eyni bir məkanda işləyəcəyimə çox sevinirəm.
 
 
– Özünüzü istedadlı sayırsınız? 
– Mən "alına yazılmış” uğura və ya dəyişməz fitri istedada inanmıram. Ağır zəhmət və öz işində inadkarlığa inanıram.
 
– Gənclər haqqında nə deyə bilərsiniz? 
– Özüm gənc nəslin təmsilçisiyəm, ona görə onların mənfi və ya müsbət cəhətlərini qiymətləndirməyin nə dərəcədə düzgün olduğunu bilmirəm. Sadəcə, onu deyə bilərəm ki, biz gəncik, dünyanın gələcəyi bizim əlimizdədir və mənə elə gəlir ki, törədə biləcəyimiz ən böyük cinayət rahatlaşmaq və oxumağı dayandırmaqdır.
 
Gənclər arasında – ağıllı, bacarıqlı nəsil arasında – hər hansı şeyi yaxşılığa doğru dəyişmək imkanım olsaydı, onlara  daha yaxşı nəticələr əldə etmək üçün öz üzərlərində çalışmağı davam etdirməyi, ümumi qəbul olunmuş normalara çatan zaman dayanmamağı tövsiyə edərdim.
 
– Sizin kimi tələbələr yetişdirmək üçün məktəblərdə nə çatışmır? 
– Mənim kimi  hər şeylə maraqlanan, "biliyə susamış” tələbələr rastıma çox çıxıb. Mənə elə gəlir ki, çatışmayan onlarda dünyanı dəyişə biləcəklərinə inamın olmamasıdır. Həm onların özünəinamı, həm də ətrafdakıların onlara inamı. İnam olan yerdə hərəkətə keçməyə həvəs də olur. Artıq bu mərhələdə onu dayandırmaq olmur.
 
 
– Təhsilinizi başa vurduqdan sonra nə etməyi planlaşdırırsınız?  
– Magistraturanı bitirdikdən sonra proqram təminatı mühəndisliyi sahəsində fəaliyyətimi davam etdirməyi planlaşdırıram. İşlədiyim sahələr – virtual reallıq, qarışıq reallıq, maşın görmək, süni intellekt – kifayət qədər yenidir və sürətlə inkişaf edir. Hələ ki, orada müvafiq ixtisası olan, çərçivələri genişləndirməyi bacaran mütəxəssislərin sayı o qədər də çox deyil. 
 
Novatorluğu çox sevirəm, həyatımın qarşıdakı bir neçə ilini işə, təhsilə, tərəqqiyə susamış insanlarla birgə gələcəyin qurulmasına sərf etmək istəyirəm. Məncə, vaxtı bundan səmərəli keçirməyin başqa yolu yoxdur.
 
– Vətənə geri dönməyi, əldə etdiyiniz bilgiləri Azərbaycanda tətbiq etməyi planlaşdırırsınız?
– İndiki halda gələcəyimlə bağlı coğrafi nöqteyi-nəzərdən hər hansı konkret planım yoxdur.  Sadəcə, informasiya texnologiyaları sahəsində işləmək istəyirəm. Bu, məni hər şeydən çox maraqlandırır.  Əgər nə vaxtsa Azərbaycanda öz ixtisasım üzrə işləmək imkanı yaransa, böyük məmnuniyyətlə, öz bilik və bacarıqlarımı doğma şəhərimdə tətbiq etməyə hazıram.
 
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Hamısı