“Erməni himni çalınanda özüm oturdum” MMA döyüşçüsü olan DİN əməliyyatçısı

Müsahibələr 12:33 27.03.2018

“Qəbələ” klubunun idmançısı, MMA döyüşçüsü Bəxtiyar Abbasovun müsahibəsi:

- MMA döyüşçüləri Azərbaycanda çox az tanınır. Özünüz haqda ətraflı danışın, zəhmət olmasa. 

- 1996-cı ildə cüdo ilə idmana başladım. Yeniyetmələr arasında ölkə çempionu olmuşam, beynəlxalq turnirlər qazanmışam. Kişilər arasında ölkə çempionu olmuşam. 90 kq-da mükafatlar qazanmışam. Amma dünya və Avropa çempionatında iştirak etməmişəm. Sonradan isə sambo ilə məşğul olmağa başladım. 7 dəfə ölkə çempionu adını qazandım. Dünya kubokunun qalibi olmuşam. 2011-ci ildə dünya kubokunda 3-cü yerə çıxmışam. Sonradan döyüş növünə keçdim. Qardaşım döyüş növlərinə yaxın adam idi. Döyüşkən ruhum var deyə bir az da hisslərim bunda rol oynayıb.
 
- Cüdo daha məşhur idman növüdür. Niyə orada davam etmədiniz?

- Bu gün də dost-tanışlar soruşanda ki, uşaqlarımızı hansı idman növünə qoyaq, cüdo deyirəm. Çünki olimpiya oyunlarında bu növ var. Mənim üçün həmişə maraqlı olub. Sadəcə özümü orada görmədim. Düşünürəm ki, alınmadı. Amma sambo ilə məşğul olanda cüdonu tam atmamışdım. Əslində indi də cüdoda məşqlər edirəm. Milli komandaya qoşuluram. Sərbəst güləşə də qatılıram. Bilirsiz ki, bizim idman növündə qarışıq idman növlərindən istifadə olunur. 

- Deyirsiz ki, “mənim döyüşkən ruhum var”. Bu, uşaqlıqdan gəlir? 

- Uşaq vaxtı məktəbdə, həyətdə çox dava edərdim. İndi həmin insanları görəndə utanıram. Mən avara olmamışam. Məsələn, evə gecə 2-də, 3-də gəlim. Bizdə tərbiyə elə idi ki, saat 9-da evdə olardıq. Amma davakar idim. Həm də çox pis. Yol gedirdim dava edirdim, məktəbdə eyni, küçədə eyni...

- Daha çox döyürdünüz?

- Çox zaman döyürdüm. Bəzən isə döyülürdüm də. Bir uşaqla dava edəndə əlim bədənimin altında qaldı və əzildi. Ondan sonra həmin uşağı harada görürdüm dava edirdim. Dükanda, məktəbdə, avtobusda... Axırda valideynləri gəldilər ki, bəsdir daha!
 
- MMA-ya gəlməklə qardaşınızın yolunu davam etdirmisiz?

- Sambo üzrə güləşəndə qardaşım MMA-da döyüşürdü. Atam 1999-cu ildə, cavan rəhmətə gedib. Bizi anam böyüdüb. Amma mənim yolgöstərənim qardaşım olub. Onunla hər zaman aramızda pərdə olub. Bizdə münasibət fərqli idi. Döyüşkən idim və qardaşımın yolu ilə getdim. Gördüm ki, alınır və həvəskarlar arasında dünya çempionu oldum. Ölkə çempionu oldum. Pankration yarışlarına qoşuldum, orada da medal qazandım. 

- Sizcə, MMA niyə güləş, cüdo qədər məşhur deyil? Amma bütün dünyada bu, fərqlidir. MMA-ya maraq həddən çox böyükdür...

- Düz deyirsiz. Mən digər ölkələrə gedəndə daha çox tanınıram. Bunu hiss edirəm. Çünki maraq var. Amma bizdə daha çox olimpiya idman növlərinə üstünlük verirlər. Bunun səbəbini bilmirəm. Bu gün biz müharibə şəraitində yaşayırıq və döyüş idman növlərinə üstünlük verməliyik. Digər tərəfdən maddi problemlərə görə idmançılar bura gəlmir. MMA olimpiya idman növləri arasında deyil və qazanc gətirmir. Fikrimcə, Azərbaycan xalqı daim döyüşkən xalq olub. Lakin MMA ölkədə inkişaf edir. Yeni zallar açılır. Elə “Qəbələ” İdman Klubu da yeni zal istifadəyə verəcək. 

- Mükafatları, maaşınızı “Qəbələ” klubu verir?

- Bəli. Bizə mükafatı da, maaşı da klub verir. Federasiya demək olar ki, yoxdur. Bütün idman növləri çətindir. Amma MMA hamısından çətindir. Bu əziyyətə daha çox qiymət verilsə, yaxşı olar. 

- Qazancınızdan narazısınız?

- Maddi məsələni çox düşünmürəm. Fikirləşmirəm ki, bunu sırf pul üçün edəcəm. Mən daha çox ölkəmi ucaltmaq, tanıtmaq üçün çalışıram. Göstərmək istəyirəm ki, bizdə belə döyüşçülər var. Məndən öncə də olub, məndən sonra da olacaq. Sadəcə qazanc üçün çox zaman olimpiya idman növləri seçilir. Çünki həqiqətən orada yaxşı maddi imkanlar var. 

- Bir dəfə ABŞ-da UFC-nin məşqlərinə qatılmışdınız. Bu Azərbaycan MMA tarixində ilk idi...

- Onlara videolarımı göndərmişdim və məşqlərimə, döyüşlərimə baxıb dəvət etmişdilər. Mənə dedilər ki, yenidən bura gələrsən. Bir ay sonra getməliyəm. Mayın 5-də döyüşüm var. Onlarla danışıqlarım da gedir və biz müqavilə imzalaya bilərik. 

- 2011-ci ildə İqor Slyusarçukla görüşdə nakauta düşmüsünüz. Maraqlısı isə odur ki, həmin nakaut vaxtından əvvəl qələbəni qeyd etmək istəyinizə görə olub...

- Hamı gördü ki, həmin döyüşü mən udurdum. 93 kq çəkidə döyüşürdüm. Hər kəs düşünür ki, o, məni vurur. Amma elə deyil. Özü də etiraf edib ki, mən çabalayardım və çıxmaq istəyirdim. Biri başıma, biri də ağzıma dəyir. Həmin vaxt 4 dişim düşmüşdü. 3-ü yarıdan qırılmışdı, biri təmiz düşmüşdü. Belə oldu həmin vaxt. Təcrübəsiz idim həm də. Tələsmək məni pis vəziyyətdə qoydu. Gərək səbrli olasan. 

- Sizinlə bağlı ən maraqlı və səs-küylü məqam yarışlardan birində Ermənistan himni çalınan zaman oturmağınız idi. Ayaqüstə durub himni dinləməmişdiniz...

- Biz Bakıda Avropa Oyunlarında iştirak etməli idik. Həmin yarışda isə lisenziya qazanmalı idik. Orada mən lisenziya əldə etdim. Təəssüf ki, bizim federasiya Avropa Oyunlarına qatılmağımıza imkan vermədi. “Sağ olsunlar”. İndi bilmirəm ki, hansı maraqları var. Çox adam elə bilir ki, həmin yarışda mən erməni idmançıya uduzmuşam. Amma elə deyil. O, A qrupunda, mən B qrupunda olmuşam. Erməni başqa qrupdan finala çıxıb. Mən isə B qrupunda yarımfinalda rus idmançıya uduzmuşam. Daha doğrusu uduzdurulmuşam. Həmin kubok Rusiyada keçirilirdi. Hamı da bilir ki, həmin yarış dünya çempionatından belə çətin keçir. Çünki hər qrupa 2 rus idmançı buraxırlar. Mən rus idmançı ilə güləşəndə o, aktiv deyildi, amma mənə xəbərdarlıq verdilər. O da finala çıxıb erməniyə elə-belə uduzdu. Finalı özü verdi erməniyə. Onlar hamısı bilirdi ki, mən döyüşkənəm. Orada etdiyim hərəkətə gəlincə, bu qədər böyük ajiotaj yaradacağını düşünmürdüm. Həmin hadisədən sonra heç müsahibə də vermədim. Jurnalistlər evimizə qədər gəlmişdilər. Sonra MMA Federasiyasının rəhbəri Ceyhun Məmmədov demişdi ki, guya, mənim böyrəyim ağrıyıb və aşağı oturmuşam. Amma sonradan özüm dedim ki, böyrəyim ağrımayıb. Ermənistan himnini dinləməmək üçün oturmuşam. Bütün dünya bilməlidir ki, ermənilər bizim torpaqlarımız üzərində dövlət qurublar. Mən özüm Xocavənd rayonundayam. Bizim ailəmizdə o qədər şəhid var ki,.. Əmimin, dayımın, hamımızın ailəsində şəhid var. Necə o himni dinləyə bilərəm?! Ağırdır mənim üçün. 

- Sonra sizi dikvalifikasiya etdilər?

- Ona görə 2 illik diskvalifikasiya aldım. Çünki bütün dünya mətbuatı ondan danışırdı. 

- Hazırda hüquq-mühafizə oraqanlarında çalışırsız?

- Bəli. 2006-cı ildən Daxili İşlər Nazirliyində çalışıram. Hazırda Sabunçu Rayon Polis İdarəsinin əməliyyat bölmə müvəkkiliyəm, polis zabitiyəm. 

- Ailəlisiz?

- Bəli. 3 övladım var. 2-si oğlan, 1-i qızdır. Böyük oğlum cüdo ilə məşğuldur. Onu olimpiya idman növünə yazdırmışam. Qızım 1-ci sinifdə oxuyur, böyük oğlum 5-ci sinfə gedir. Balaca oğlum da 3 yaş yarımlıqdır. O da idmanla məşğul olacaq. Mən elə düşünürəm ki, biz güclü, cəsarətli olmalıyıq. Çünki müharibə şəraitində yaşayırıq. Torpaq üçün onları belə yetişdirməliyik. 

- Görünən odur ki, məşqdə, klubda çox zarafat etmirsiniz. Evdə də beləsiniz?

- Dost-tanış bəzən mənə deyir ki, səni qaşqabaqlı adam kimi tanıyırdıq. Amma yaxından görünür ki, elə deyil. Dostlarım da bilir ki, mən zarafatı sevməyən adamam. Necə deyim, zarafat edəndə də kişi kimi zarafat edirəm. Mən belə düşünürəm. Durub hər zarafatı edən deyiləm. Evdə də bacı, ana və başqa hər kəs öz yerini bilməlidir. 

- Evdə MMA-da döyüşməyinizi necə qarşılayırlar?

- Məşqlərdə belə adam zədə alır. Neçə dəfə nakauta düşmüşəm. Ağır nakautlar olub. Slyusarçukla döyüşdə də ağır nakauta düşmüşdüm. Orada görünür ki, məni ayıldırlar. Amma orada olanları xatırlamıram. Bir də o yadımdadır ki, xəstəxanada ayıldım və əlil arabasında idim. Özümdə deyildim. 6 ay sonra məşqə başladım və 1 il sonra döyüşə çıxdım. Ana da buna çətin dözür. Özümüz də valideynik. Oğlum cüdoda əziləndə necə həyəcan keçirirəm... Soyuq dəyəndə, xəstələnəndə adam narahat olur. Anam da elə. Nə edək? İşimiz budur.

- Bayaq dediniz ki, anam mənə gerifikirli adam deyir...

- Mən bir az başqa fikirliyəm. Mənə görə qadının qadın yeri, kişinin kişi yeri olmalıdır. Bu şeylərə önəm verən adamam. Hər kəsin öz yeri olmalıdır. Demirəm ki, qadın türmə həyatı yaşamalıdır. Məsələn, mənim özümü bir neçə dəfə televiziyalar yemək verilişlərinə dəvət ediblər. Amma getməmişəm. Mənlik deyil. Demirəm ki, həmin idmançılara pis baxıram. Sadəcə öz aləmimdə özümə sığışdıra bilmirəm. Düzü, yemək bişirməyi də bacarmıram. Kişinin kişi təbiəti var da. Kişinin əli qabar olar, əziyyət çəkər. Fikir verin, qadının səsi incə, kişinin səsi qalındır. Allah da insanı belə yaradıb. 

 - Sosial şəbəkələrdən niyə istifadə etmirsiz?

- 2-3 il öncə feysbukda var idim. Amma onu da ləğv eləmişəm. Bəzən mənim adıma profil açırlar. Fürsətdən istifadə edib hər kəsə demək istəyirəm ki, özüm istifadə etmirəm. Deyirlər ki, yazırıq, niyə cavab vermirsən? Çünki özüm deyiləm. Bir dostum zəng eləmişdi. Rusiyada yaşayır. Deyir ki, sənin nömrəni feysbukdakı profildən aldım. Dedim axı mən bilmirəm o kimdir. Deyir ki, ona mesaj yazdım və nömrəni göndərdi. Maraqlı oldu özümə də. Məsələn, mənim qadınla, qızla münasibətim yox idi. İstifadə edəndə fəxrimizsiniz yazırdılar. Ermənistan himnini dinləməyib oturanda ən çox dəstək oldular. Sual qoymuşdular ki, “Bəxtiyar himni dinləməyib oturmaqla düz edib, yoxsa yox?” Onda hamı düz etdiyimi yazırdı. Əsl Azərbaycan övladısınız deyirdilər. 

- Heç olub ki, kimisə vurmaq istəyib vurmamısınız?

- Olub. Aqressiya cəhətdən bəzən adam əziyyət çəkir. O qədər belə şey olub. Amma bəzən olur ki, özünü saxlaya bilmirsən. Arada da keçmişə baxırsan ki, boş şeylər üstündə dava etmişəm. İndi heç kim deyə bilməz ki, Bəxtiyar küçədə, məhəllədə dava edir.

- Bəzən idmançılar küçə davalarına, söz-söhbətlərə qoşulur. Bu, bizdə ümumiyyətlə, çox olur...

- Yox, onu qətiyyən dəstəkləmirəm. Bizim zalımızda olan idmançılara o barədə tapşırıq veririk. Bir neçə dəfə olub ki, qardaşım dava edən uşaqları uzaqlaşdırıb, sonra valideynləri gəlib xahiş edib, geri qaytarmışıq. Bəzən idmançılar haqqında cinayətkardır deyə düşünürlər. Amma elə olmamalıdır. Biri sənə qəsdən nəsə deyərsə, onun cavabını vermək lazımdır. Bu, dində də belədir, Azərbaycan övladıyıq deyə də belə olmalıdır. Özünə hörmət edən hər kəs artıq-əskik danışanın cavabını verməlidir. Amma söhbətə getmək, gecə avaralıq etmək düzgün deyil. Məsələn, məni heç kim gecə çayxanalarda görməz, bütün günü orada vaxt keçirdiyimi deyə bilməz. Ayda 1-2 dəfə dostla olar. Amma hər gün bunu etmək olmaz. Maariflənib, idmanla məşğul olub ölkəyə xidmət etməliyik. (qafqazinfo)


Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
Hamısı