“Ən böyük arzum tankların müşayiəti ilə Şuşaya üç rəngli bayrağımızı sancmaqdır” “Canlı tank”

Müsahibələr 14:04 02.04.2018
“Dost dar gündə bəlli olar” deyirlər. İgid isə Vətənin dar günündə… Alın yazısının hər abzasında, hətta hər sətrində belə, döyüş – qanlı savaş yazılan xalqımız neçə-neçə say-seçmə igidlər bəxş edib tarixə. Həmin savaşlardan ən sonuncusuna iki il əvvəl şahid olduq. Tariximizdə “Aprel döyüşləri” kimi qeyd olunan bu döyüş əməliyyatı miqyasca kiçik olsa da, əslində mənəvi baxımdan böyük və gərəkli idi. Bu savaşda da xalqımız xeyli igid Vətən övladlarını tanıdı. 

Ordu.az-ın bu dəfəki müsahibi gizir Eynullayevdir. Aprel döyüşlərinə qədər onu sadəcə öz silahdaşları yaxından, necə deyərlər, dərindən tanıyırdısa, indi o, bütün xalqın sevimlisinə çevrilib. Gizir Eynullayev Əlini, bəlkə də, bir çox insan ad soyadı ilə tanımır. O, hər kəsin yaddaşında “Canlı tank” ləqəbi ilə qalıb. Bizimlə söhbət zamanı qəhrəmanımız özü də yuxarıda qeyd olunan faktları etiraf edərək döyüş zamanı bir anda çıxardığı cəsarətli qərarın ona bu ləqəbi qazandırdığını deyir: 



- Eynullayev, bəlkə, müsahibəmizə sizinlə tanışlıqdan başlayaq. Zəhmət olmasa, özünüz haqqında danışın.

- Gizir Eynullayev Əli Hökməli oğlu. 1987-ci ildə Biləsuvar rayonunda ziyalı ailəsində anadan olmuşam. Hər iki valideynim ixtisasca həkimdir. İki qardaşım və iki bacım var. 10 ilə yaxındır ki, Azərbaycan Ordusunun giziriyəm.

- Hərb sahəsinə marağınız necə yaranıb? 

- Əmim hərbçi olub. O, Sovet Ordusunun tərkibində Əfqanıstan döyüşlərində iştirak edərkən həlak olub. Onun qoçaqlığı, qorxmazlığı haqqında çox eşitmişəm. Uşaqlıqdan hərbiyə marağım oyandı. Sonra həqiqi hərbi xidmət keçdikdən sonra sənədlərimi gizirlik məktəbinə verərək qəbul oldum və seçdiyim ixtisas üzrə xidmətə başladım. 

- Yoldaş gizir, artıq son döyüşünüzdən iki il ötür… 

- Son döyüş deməzdim. Nə qədər ki, ata-baba torpaqlarımız düşmən tapdağındadır, bu, bizim, şəxsən mənim son döyüşüm ola bilməz. Hələ qarşıda bizi daha böyük döyüşlər gözləyir. Apreldə biz sadəcə düşmənə kiçik dərs verib, ordumuzun gücünün bir zərrəsini göstərdik.

- Döyüşlərin başlamasına nə səbəb oldu? 

- Ümumilikdə danışsaq apreldən öncə düşmən ard-arda təxribatlara əl atırdı. Bu təxribatları hər gün daha da genişləndirməyə çalışırdı. Mövqelərimizlə kifayətlənməyib yaşayış məntəqələrimizi də iri çaplı pulemyotlardan atəşə tuturdular. Hər dəfə layiqli cavablarını alırdılar. Artıq düşməni yerinə oturtmaq adi hala çevrilmişdi. Lakin aprelin 1-dən 2-nə geçən gecə onlar edə biləcəklərinin ən böyüyünü etməyə cəhd göstərdi. O da məlum aprel döyüşləri ilə nəticələndi. 

- Həmin gecəni necə xatırlayırsan? 

- 1-dən 2-nə keçən gecə həyacan siqnalı ilə qalxdıq. Məlumat verildi ki, düşmənin kəşfiyyat diversiya qrupları cəbhənin bir neçə istiqamətində mövqelərimizə hücuma keçir. Dərhal silahlanıb maşınlarla hərəkətə başladıq. Biz Talış istiqamətində hərəkət etdik. Qısa müddət ərzində düşmənin hücumunun qarşısını aldıqdan sonra düşmən üzərinə əks-həmlə etmək əmri gəldi. Təxminən saat 4-5 radələrində biz əks-hücuma keçdik. 


- Əks-hücum necə başladı? Düşmənin illərdir işləyib hazırladığı və mifləşdirdiyi məhşur “Ohanyan səddi”ni yarmaq çətin idimi? 

- Əks-hücuma əsasən tankların himayəsi ilə başlanıldı. Bəli, reallıq budur ki, döyüş yalnız kənardan baxana asan görünür. Nəzərə alsaq ki, həmin istiqamətdə düşmən hakim yüksəkliklərdə mövqelənmişdi, bu, bizim işimizi bir qədər çətinləşdirirdi. Lakin komandanlığın yüksək səviyyəli hərbi biliyi və bacarığı sayəsində həmin “sədd”in yarılması o qədər də çətin olmadı. Qısa zaman ərzində biz düşmənin müdafiə xəttini yararaq döyüş açılımını həyata keçirdik. Həmin vaxt düşmən çaşıb qalmışdı. Nə edəcəyini bilmirdi. Ağır döyüş başladı. Bir tərəfdə yüksək peşəkarlıqla idarə olunan ordunun yüksəkliklərə doğru irəliləməsi, digər tərəfdə isə idarəetməni itirmiş ordunun müdafiə olunması. Səhər açılanda biz döyüş tapşırığını yerinə yetirərək növbəti əmri gözləyirdik. 

- Yoldaş gizir, həmin zamanlar sizi sosial şəbəkədə məhşur edən bir videonuz yayılmışdı. Siz tankların önünə düşərək düşmən postuna hərəkət edirsiniz və həmin postu ələ keçirirsiniz

- Bəli. O anlar mənim də heç vaxt unutmayacağım döyüş səhnəsiydi. Talışın sol cinahı istiqamətində hərəkət etmək əmri almışdım. Orada tanklar da var idi. Lakin tanklar həmin postu tam dəqiqliyi ilə tanımadığı üçün bu, bizə zaman itkisi verə bilərdi. O post strateji əhəmiyyətli idi. Artıq döyüşün qızğın çağlarıydı. İstəmirdim ki, dayanaq. Mən tank komandiri ilə qısa dialoqa girib arxamca gəlmələrini bildirdim və düşmən postuna tərəf qaçmağa başladım. 

- Sizin bu qərarınız həyatınız bahasına başa gələ bilərdi

- Şəhid olmaq şərəfdir. Biz hər birimiz canımızı bu torpağa borcluyuq. Bəli, hər saniyəmin təhlükəli olduğunu bilirdim. Ancaq illərdir içimdə düşmənə qarşı yaranan nifrət məni bu qərardan çəkindirmədi. Atışa-atışa düşmənin üstünə getdim. Arxamca da tanklar… Və biz düşmən postunu ələ keçirdik. 

- Həmin postda düşmən nə qədər itki verdi?

- Həmin postda düşmənin sursat dolu yük maşınları heyəti ilə birgə məhv edildi. Bundan başqa, onlar gücləndirilmiş rejimdə olduqları üçün postlara daha çox şəxsi heyət yığmışdılar. Buna görə orada 15 nəfərdən artıq hərbçi meyiti qalmışdı. 


- Təbii ki, xidməti davam etdirirsiniz. Bəs gələcək üçün başqa planlarınız var?

- Mənim gələcək üçün bir planım var. Cənab Ali Baş Komandanın əmrini gözləmək və o əmri son damla qanıma qədər icra eləmək. Bu, hər bir azərbaycanlının müqəddəs borcudur. Həmin günü səbirsizliklə gözləyirəm. 

- Ali Baş Komandan demiş, xidmətinizin layiqincə qiymətləndirildiyini hesab edirsiniz?

- Bəli, mən komandanlıq tərəfindən layiqincə qiymətləndirildim. Aprel döyüşlərindəki xidmətimə görə isə cənab Prezidentin sərəncamı ilə “İgidliyə görə” medalına layiq görüldüm. Digər silahdaşlarımla birlikdə ölkəmizin başçısı, Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən qəbul edildim. Həmin günü fəxarətlə xatırlayıram. 

- Sonda ən böyük arzunuzu eşitmək xoş olardı

- Ən böyük arzum tankların müşayiəti ilə Şuşaya üç rəngli bayrağımızı sancmaqdır. Bundan böyük arzum yoxdur.
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Hamısı