"Münaqişəni həll etmək onun nəticələrini aradan qaldırmaqdan daha asandır" Beynəlxalq minalardan təmizləmə Günündə ANAMA-nın direktoru

Müsahibələr 15:33 04.04.2018

  Bu gün aprelin 4-də BMT mina təhlükəsizliyi və minalardan təmizləmə fəaliyyətinə yardım göstərilməsi məsələlərinə dair Beynəlxalq maarifləndirmə Gününü qeyd edir. 2018-ci il üçün günün mövzusu: müdafiənin, sülhün və inkişafın təmin olunması.

Eurasia Diary Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədovla görüşüb. Görüşdə əsas müzakirə mövzusu Azərbaycanda minalardan təmizləmə prosesinin təşkili və bütün dövlətlərin minalardan istifadədən imtinaya dair beynəlxalq konvensiyaya qoşulmağa nə üçün cəhd göstərməməsi olub.


Eurasia Diary-nin ARAYIŞI:

1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) qurulması Azərbaycanda minalar və partlamamış hərbi sursat probleminin həlli istiqamətində ilk addımdır.

2001-02-ci illərdən etibarən, Agentlik tərəfindən minaların təsirlərinin öyrənilməsi üçün genişmiqyaslı tədqiqatlar aparılmış və prioritet istiqamətlər müəyyən edilmişdir.
 
ANAMA-nın QHT-lərlə aktiv əməkdaşlığı dövlət və vətəndaş cəmiyyəti arasında qarşılıqlı təsir modelinə əsaslanır.
 
Hazırda əməliyyatlarda 490 mütəxəssis və 136 köməkçi personal iştirak edir. 20 il ərzində heyət tərəfindən 51 364 hektar ərazi təmizlənib, 792 609 min hərbi sursat, mərmi, əl qumbarası və digər partlayıcı qurğuları zərərsizləşdirilib.
 
Azərbaycan ərazisində minalardan təmizlənmə əməliyyatları bütövlükdə yerli ANAMA heyəti tərəfindən həyata keçirilir. Eyni zamanda, Agentlik Gürcüstandan, Türkiyədən, Tacikistandan, Əfqanıstandan gələn heyətlər üçün təlim və treninqlər keçirir.
 
Struktur fəaliyyətə başlayandan bəri Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
 
ANAMA-nın əsas fəaliyyət istiqamətlərindən biri mina təhlükəsi barədə maarifləndirmə işinin aparılmasıdır. (MTM). 

- Bu günü qeyd etməklə BMT mina ilə bağlı məsələlər üzrə maarifləndirməyə xüsusi diqqət yetirir. Sizcə bu sahədə nəzəri biliklərin əhəmiyyəti nədən ibarətdir?

- Minalardan təmizlənmə və əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün kompleks yanaşma, o cümlədən, əhalinin mina təhlükəsizliyinə dair məsələlərlə bağlı məlumatlandırılması lazımdır.

ANAMA-nın 20 il əvvəl yaradıldığı tarix piyada əleyhinə minaların qadağan edilməsi haqqında beynəlxalq konvensiyanın imzalanması ilə eyni vaxta təsadüf edir və həmin vaxt nə Azərbaycan əhalisi, nə də dövlət strukturları minalardan təmizlənmə məsələlərində kifayət qədər məlumatlı deyildilər. Agentlik fəaliyyətə başlayarkən, 2000-ci ildən etibarən, biz yerli əhali arasında hər ay 15-ə yaxın bədbəxt hadisəni qeydə alırdıq. İnsanlar adicə partlamamış qurğunun nə demək olduğunu bilmirdilər.

Bu günə qədər vəziyyət kəskin şəkildə dəyişib. Agentlik Təhsil Nazirliyi ilə birgə təmas xəttinə yaxın ərazilərdə orta sinif şagirdləri üçün mina sahəsində bilikləri artırmaqla bağlı xüsusi dərsliklər hazırlayır. Bu məlumatlar mina aşkar edərkən sakinlərin zərər çəkməməsinə köməklik edir. 2018-ci ilin mart ayında biz belə bir hal qeydə almamışıq.

20 ildən çox müddət ərzində Agentlik ildə ən azı 150-ə qədər hadisənin minimum həddə qədər azaldılmasına nail oldu.

- Biz minalardan təmizləmə prosesində ictimaiyyətin məlumatlandırılmasının mühüm amil olduğunu anladıq. Buna baxmayaraq, mina axtaranlar tərəfindən mərminin praktiki zərərsizləşdirilməsi də vacibdir. Bu işin necə təşkil olunduğu barədə danışın.

- Azərbaycan haqqında danışarkən, Agentliyimizin dövlət qurumları: Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Vəziyyətlərin İdarəetmə Mərkəzi və Daxili İşlər Nazirliyinin “112” Çevik Reaksiya xidməti ilə sıx əməkdaşlıq etdiyini qeyd etməliyik.

Əvvəlcə, biz təhlükəli və ya şübhəli obyektlərin tapılması barədə siqnal alırıq. Çevik Reaksiya polis və yerli icra hakimiyyəti orqanları ilə dərhal hadisə yerinə gedir. Daha sonra mina axtaranlar yerli əhalinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri həyata keçirirlər.

- ANAMA mina məsələləri üzrə beynəlxalq günü necə qeyd etməyi planlaşdırır?

- Bu il ANAMA 20 illik yubileyini qeyd edir, buna görə də, biz 18 iyulda Agentliyin yaradıldığı gündə iki tədbiri birləşdirməyi qərara aldıq. Mən detalları hələ açıqlamıram, amma deyə bilərəm k, dünyanın hər yerindən yüksək səviyyəli qonaqlar dəvət olunacaq.

- Minalarla mübarizə ilə bağlı beynəlxalq birliyin fəaliyyətini və Azərbaycanın bu prosesə verdiyi töhfəni necə qiymətləndirirsiniz?

- Minalardan təmizləmə üzrə agentliklərin direktorları və BMT-nin baş texniki məsləhətçilərinin hər il toplaşdığı, BMT-nin Cenevrədəki ofisinin, bizim qlobal səviyyədə baş qərargahımızın qarşısında "Qırılmış stul" simvolik heykəltaraşlıq nümunəsi quraşdırılıb. O, beynəlxalq piyada əleyhinə minaların və kasetli bombaların istifadəsini qadağan edən beynəlxalq konvensiyanın şərəfinə ucaldılıb. Yəni ayağı qırılmış stul piyada əleyhinə minaya düşən bir insanın bədəni ilə nə baş verdiyini göstərir. Bundan başqa, heykəl Cenevrəyə səfər edən çoxsaylı siyasətçilərə xalqlar qarşısında sülhü təmin etməli olmalarını xatırladır.

Biz də hesab edirik ki, dünyada mina və kasetli bombaların qadağan edilməsi məsələsi nəhayət həll olunmalıdır. Azərbaycan qarşısında daim bu beynəlxalq konvensiyanı imzalamaq məsələsi qaldırılır. Ancaq təəssüflər olsun ki, bir sıra səbəblərə görə ölkə bunu edə bilməz.

Birincisi, torpaqlarımızın işğalı nəticəsində məcburən cəlb olunduğumuz müharibədir. Digər bir məsələ, əgər Azərbaycan Konvensiyanı imzalayarsa, onu qonşularımızın da imzalayacağına dair təminat varmı? Üçüncüsü, əgər münaqişə tərəfləri sənədi imzalayacağı təqdirdə qarşı tərəfin onun şərtlərinə əməl edəcəyinə təminat varmı? Hazırda Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının hələ də icra olunmayan dörd qətnaməsi var. Belə olan halda necə təminat vermək olar? 

Bu konvensiyanı imzalamamış inkişaf etmiş ölkələr də daxil olmaqla, digərləri də var. Məsələn, ABŞ.

Konvensiyaların imzalanmamasına baxmayaraq, Azərbaycan onun əksər müddəalarını yerinə yetirir.

Bu əhalinin mina məsələlərinə dair məlumatlandırılması, minalardan təmizləmə və yerli əhalinin təhlükəsizliyinin təmin edilməsidir.

- Bununla belə, bu, Agentliyin digər strukturlarla və digər ölkələrin oxşar orqanları ilə fəal əməkdaşlıq etməsinə mane olmur. Əsas tərəfdaşlar kimlərdir?

- Bu doğrudur. Biz Cenevrədə Beynəlxalq Humanitar Minalardan Təmizlənmə Mərkəzi, NATO, ATƏT kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edirik: Bizim ABŞ, Yaponiya, Əfqanıstan, Türkiyə, Ukrayna, Gürcüstan, Moldova və bir sıra Avropa dövlətləri ilə tərəfdaşlıq münasibətlərimiz var. Biz təcrübəmizi bölüşürük, birgə layihələr həyata keçiririk.

Həmçinin, Belarus, Özbəkistan, Qazaxıstan və İran Fövqəladə Hallar Nazirlikləri ilə sıx əməkdaşlıq edirik.

ANAMA tərəfdaşları üçün öz bazası əsasında müxtəlif təlimlər keçirir. Ərəb, keçmiş sovet və ingilisdilli dövlətlərin iştirakı ilə konfranslar təşkil edir.

- Siz münaqişənin həlli və qarşısının alınmasında sərf edilən vasitələrin və göstərilən səylərin dünyada mina ilə bağlı problemi həll edəcəyini qəbul edirsiniz? Çünki, onun əsas səbəbi məhz müharibələrdir..

- Heydər Əliyev problemin onun qarşısıalınmaz nəticələri yaranana qədər həll etməyin daha asan, daha sürətli və daha ucuz olması barədə çox gözəl ifadə işlətmişdi.

Nəzəri olaraq, birmənalı şəkildə bəli. Təəssüf ki, praktikada bütün tərəflər bu fikirdə deyil. Bu oyunda ambisiyalar, şəxsi maraqlar da rol oynayır. Bütün bunlar fəlakətli nəticələrə səbəb olur. Azərbaycan haqqında danışarkən, minalardan başqa, ölkədə bir milyondan artıq qaçqın və köçkünün olduğunu da nəzərə almaq lazımdır. Eyni şey indi Suriyada, Əfqanıstanda və digər ölkələrdə baş verir.

Əlbəttə ki, pulun silahlanmaya sərf edilməməsini və nəticələri aradan qaldırmağa ehtiyacın olmamasını istərdik. Ancaq təəssüf hissi ilə bildiririk ki, xidmətimiz aktuallığını itirmir və ona hələ də tələbatın olduğuna əminik.

- Bu günlərdə Qarabağda aprel döyüşlərinin 2-ci ildönümü qeyd olunur. ANAMA gərginlikdən sonrakı dövrdə nə ilə qarşılaşdı və bunların öhdəsindən necə gəldi?

- Aprel döyüşlərindən sonra biz günün və ilin istənilən vaxtında işləyən çevik reaksiya qrupunu yaratdıq və çox böyük işlər gördük.

Həmçinin, biz Böyük Britaniya hökumətinə bu hadisələrdən sonra əraziləri təmizləmək üçün çəkilən xərcləri qismən əhatə edə biləcək maliyyə yardımı üçün çox minnətdarıq. Biz Böyük Britaniya-BMT-ANAMA olmaqla üçtərəfli formatda əməkdaşlıq etdik.

Təxminən eyni vaxtda, may ayında düşmənin 1981-ci ildə SSRİ-də ratifikasiya edilmiş, 1979-cı il Konvensiyası ilə qadağan olunmuş ağ fosfor dolu mərmidən istifadə etdiyi tərəfimizdən aşkar edildi.

Sonra, artıq 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin qaçqın və məcburi köçkünlərin Azərbaycanın cənubi qərbində Cəbrayıl rayonunun aprel döyüşləri zamanı azad edilən Cocuq Mərcanlı kəndinə qaytarılmasının 1-ci mərhələsinə dair sərəncamı oldu. Biz bütün qüvvələri ora cəlb etdik! Nəticədə, 126 gün ərzində 300 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. Mina axtaranlar kənddə 253 mina və partlamamış hərbi sursatı zərərsizləşdiriblər. Beləliklə, biz məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması üçün şərait yaratdıq. Və bildiyiniz kimi, yüzdən çox ev, xəstəxana, məktəb və məscid tikildikdən sonra kənddə həyat yenidən canlanıb.

- Qarabağın digər əraziləri azad olunduğu halda, oranın minalardan təmizlənməsinə ANAMA-nın vəsati yetəcəkmi?

- Biz ümid edirik ki, yerdə qalan ərazilər də azad ediləcək. ANAMA-nın dərhal təmizləməyə başalması üçün kifayət qədər iş təcrübəsi, mütəxəssislər qrupu və lazımi maddi-texniki bazası var.

Bizim minalardan təmizləmə üçün 6 mexanikləşdirilmiş zirehli nəqliyyat vasitəsi, 40 əməliyyat iti var. Biz məsul orqanlarla birgə, ərazini təmizləmək və bütün qaçqın və məcburi köçkünlərin öz ata-baba torpaqlarına qayıda bilməsi üçün ərazini təmizlmək və əhalinin təhlükəsizliyini təmin etmək, həmçinin Ərazilərin Bərpası və Yenidən qurulması üzrə Dövlət Komissiyanın və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ixtiyarına verməyə hazırıq.

- İşğal olunmuş Qarabağda martın 29-da HaloTrust beynəlxalq təşkilatının əməkdaşları minaya düşüb. Onlardan üçü həlak olub. Bundan əlavə, son ildə orada ondan artıq hərbçi həyatını itirib. Bu tendensiyanı necə şərh edə bilərdiniz?

- HaloTrust qeyri hökumət təşkilatı və Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycanın icazəsi olmadan fəaliyyət göstərən digər beynəlxalq təşkilatlar qanunu pozurlar. Minaların təmizlənməsi kimi nəcib bir missiya adı altında bütün beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması baş verir. Həqiqətən də, dünyada mövcud olan münaqişələr beynəlxalq hüquqa hörmətsizlik nəticəsində baş verir.

29 martda baş verənlər bir daha fəaliyyətlərin razılaşdırılmamış şəkildə həyata keçirildiyini göstərir.

Bundan başqa, HaloTrust bir neçə il ərzində bütün Qarabağı minalardan təmizləməyə söz verib. Bu mümkün deyil! Atəşkəs rejimi hər gün Ermənistan tərəfindən pozulur. Azərbaycan tərəfi düşməni cavab atəşilə susdurmağa məcburdur. Bu cür bəyanatlar son dərəcə qeyri-peşəkardır. İkinci məsələ isə onların Azərbaycan torpaqlarını onun  icazəsi və nəzarəti olmadan minalardan necə təmizləyə bilməsidir. Bu böyük bir sualdır!

Bu məsələ daim gündəmdədir. O Pentaqonda və BMT-nin Cenevrədəki ofisində qaldırılıb.


Qeyd edim ki, materiala müsahibə zamanı müzakirə olunan bütün sualları daxil etmək mümkün olmadı. Növbəti yazılarda bu mövzuda bir çox maraqlı məsələlərlə tanış olacaqsınız.

Natalya Quliyeva, Eurasia Diary

Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

Stressdən necə azad olaq? - ARAŞDIRMA
19:00 29.03.2024
“Qəbələ” “Neftçi” ilə oyuna itkilərlə ÇIXACAQ
18:38 29.03.2024
Bolqarıstan Prezidenti İlham Əliyevə zəng edib
18:33 29.03.2024
Ötən il atmosferə atılan çirkləndirici maddələrin həcmi 34 min tondan çox artıb
18:19 29.03.2024
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
18:08 29.03.2024
Ceyhun Bayramov: Aİ-Ermənistan-ABŞ konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər
17:55 29.03.2024
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
17:49 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Hamısı