ABŞ-Çin tarif təhdidləri və qlobal iqtisadiyyat ÖZƏL

Müsahibələr 17:44 06.04.2018

Trampın mart ayının əvvəlində, poladda 25 faiz, alüminiumda isə 10 faiz idxal tariflərinə dair bəyənatından sonra Vaşinqton və Pekin tarif hədələri ilə bir-birlərinə zərbə endirmə başladılar.

Buknel Universitetində Siyasət Elmləri və Beynəlxalq Əlaqələr professoru olan Eurasia Diary jurnalına verdiyi müsahibədə, Ziqun Zu, Trampın ticarət davasının sonuncu raundunu başlatmasının bir neçə səbəbini açıqlayıb:

Hər şeydən əvvəl, ABŞ-ın orta müddətli seçkiləri bu il başlayır və Tramp ticarətdə bəzi hədəflərə çata bilsə, o, seçkidə Respublikaçılara potensial kömək etmiş olar.

İkincisi, bu onun Çin ilə ticarətdə boşluğu aradan qaldırmaq və Amerikada daha çox iş yeri yaratmaq üçün onun kampaniya vədidir, buna görə, o, vədini yerinə yetirmək üçün hərəkətə keçməlidir.

• Üçüncüsü, kabinet üzvlərinin və məsləhətçilərinin dəyişmələri ilə Tramp ticarət maqnatları və Çinlilərə qarşı dayanıqlıdır.

• Son olaraq da Tramp, Şimali Koreyanı zərərsizləşdirmək üçün Çinə güvəndi və indi də Kim Yonq-Un ilə görüş üçün dəvət almışdır, bəlkə də o artıq Çinin köməyinə elə də ehtiyac olmadığını düşünür.

Ziqun Zu, fəlsəfə elmləri doktoru,

Buknel Universitetində Siyasət elmləri və beynəlxalq münasibətlər professoru, "21-ci əsrdə ABŞ-Çin münasibətləri: Güc dəyişməsi və sülh" kimi bəzi kitabların müəllifi

Professor prinsipcə qeyd etdi ki, ticari mübahisələr ÜTT-nin münaqişənin həlli mexanizmi vasitəsilə həll edilməlidir. ABŞ və Çinin uzun müddət ticarətdə qeyri-sabitlik, bazara  çıxış və intellektual mülkiyyət hüquqları kimi problemləri mövcuddur. Bunlar yeni məsələlər deyil və danışıqlar yolu ilə həll edilməlidir. Heç bir ölkə digərinin narahatlığına kifayət qədər diqqət yetirməyib. Məsələn, Birləşmiş Ştatlar ticarət balanssızlığı və əqli mülkiyyət hüquqlarının oğurlanması ilə bağlı şikayət edərkən, Çin ABŞ-ın bəzi Çin investisiyalarına ədalətsiz yanaşmasını və milli təhlükəsizlik sahələrində Çinə yüksək texnologiyalı ixracata qadağa qoyulmasını gündəmə gətirir.

Tariflər və ya ticarət müharibəsi bu uzunmüddətli problemləri həll etməyəcək və hər iki ölkə də iqtisadiyyata və biznesə, eyni zamanda istehlakçıya zərər verəcək. Məsələnin həlli görüşmək və hər iki tərəf üçün də uyğun olan nəticəyə varmaqdır.

Qlobal iqtisadiyyatda gərginliyin mümkün nəticələri

Ziqun Zu ticarət mübahisələrinin tariflərin və ya ticarət müharibəsi yolu ilə həllinin digər ÜTT üzvləri üçün pis bir nümunə olduğunu vurğuladı. Digər ölkələr də onları bu yolla davam etsələr, beynəlxalq ticarət rejimi və beynəlxalq iqtisadi qaydalar pozulacaq.

Onun sözlərinə görə, bu dövrdə yüksək qarşılıqlı asılılıq və qlobal tədarük zənciri, iki tərəfli ticarət sadəcə iki ölkə arasında baş verməyib, digər ticarət tərəfdaşlarının da təsirlənməyi qaçınılmazdır – səbəb dünyanın heç bir ölkəsinin dünyanın iki böyük iqtisadiyyatı arasında potensial ticarət müharibəsini dəstəkləməməsidir.

ÜTT öz qaydalarına riayət etmək, ABŞ və Çinin mövcud mexanizm və danışıqlar yolu ilə mübahisələrini həll etməyə məcbur etmək üçün kifayət qədər güclü deyil.

İki ən böyük iqtisadiyyata sahib olan və ən nüfuzlu ölkə kimi Birləşmiş Ştatlar və Çin başqalarının ÜTT-nin qaydalarına əməl etməsi və mübahisələrin danışıqlar və məsləhətləşmələr vasitəsilə həll edilməsi üçün yaxşı bir nümunə göstərməlidir. Əgər danışıqlar uğursuz olarsa, onlar ÜTT vasitəsilə anlaşa bilərlər. Yüksək tariflərin birtərəfli tətbiqi yalnız ÜTT-nin bütövlüyünə zərər verəcək.

Çinin ABŞ bazarına ixracatı yalnız özü tərəfindən yürüdülmədiyi üçün ABŞ və Çin arasındakı böyük ticarət tarazsızlığı struktur xarakteri daşıyır. ABŞ şirkətləri də daxil olmaqla çox millətli şirkətlər illər ərzində öz istehsal imkanlarını Çinə köçürdülər. Bir çox ölkələr yarı bitmiş məmulatları Çinə satırlar, burada xarici bazarlara ixrac edilməzdən əvvəl yenidən emal edilir və qablaşdırılırlar. Beləliklə, ABŞ ilə Çin arasında ticarət balansının pozulmasının aradan qaldırılması real deyil.

ABŞ-ın əmtəə ticarətində zərəri olsa da, Çin ilə xidmət ticarətindən gəlir əldə edir. Ticarət problemini təhlil edərkən bütün məsələləri nəzərdə tutmaq lazımdır. Ticarət mübahisəsi, əgər düzgün işlənməsə,  Şimali Koreya kimi digər sahələrdə də iki ölkənin əməkdaşlığına təsir göstərə bilər.

Ən əsası isə, son tarif qarşıdurması ABŞ-Çin əlaqələrində daha böyük bir problemi əks etdirir, bu, Çinin yüksələn gücünü ram etməklə bağlıdır. Çin Xi Jinpingin liderliyi ilə güclü, zəngin və müasir bir dövlət halına gəlmək üçün "Çin xəyalının" həyata keçirilməsinə daha da yaxınlaşır. Digər tərəfdən, ABŞ dünyada hakim mövqeyindən imtina etməyəcək. Beləliklə, münaqişə xarakterikdir, amma yaxşı idarə olunarsa qaçılmazdır. Bu, yalnız iki ölkə üçün deyil, beynəlxalq ictimaiyyət üçün də böyük bir problem olacaq. Önümüzdəki yol hamarlaşmayacaq.

Fərid Həsənov

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı