"ABŞ Rusiyanı məhv edəcək" Rus politoloq

Müsahibələr 14:23 10.04.2018

Rus politoloq Andrey Piontkovski prezident Vladimir Putinin rəhbərliyi ilə Rusiyanın yaxın 6 ili üçün proqnozlarını açıqlayıb.

Bununla bağlı o, Rusiyanın “Şərhçi” jurnalına müsahibə verib:

- Putinin prezidentliyinin növbəti 6 ilində geridə qalan 18 ildən fərqli nəsə baş verəcək?

- Birincisi, mən 6 rəqəminə qarşıyam. Putin 6 il haqqında düşünmür. O, dəfələrlə bəyan edib ki, onun idarəetməsi ömürlükdür. Mənə elə gəlir, hər bir ukraynalı “Dünya düzəni-2018” filminə baxmalıdır. Bu filmdə Putin nüvə silahından şəxsən istifadə edəcəyi haqqında həvəslə danışır. O, filmdə belə ifadə işlədir: “Rusiyasız dünya bizim nəyimizə lazımdır?”

Ancaq bu, Putinin baxış bucağıdır. Əgər obyektiv inkişafın qanunauyğunluğu haqqında danışsaq, ümid edirəm ki, dünya sağ qalacaq və bu, Putinsiz baş verəcək. Və bu, qarşıdakı 6 ildən də tez baş verəcək.

Bu prezidentlik dövrünün digərlərindən fərqlənməsi məsələsinə gəlincə, bax, Putin bunu özü göstərdi. Nüvə şantajı ilə o, 2014-cü ildən məşğul olur. Məlumdur ki, o, Krımın ilhaqı zamanı nüvə ordusunu tam hazırlıq vəziyyətinə gətirmişdi. Ancaq bu şantaj son günlərdə olduğu kimi bu qədər aşkar və psixoloji olmamışdı. Onun Federal məclisdə çıxışı demək olar ki, nüvə şantajları ilə dolu idi. Bir tərəfdən bu şantajların reallıqla heç bir əlaqəsi yoxdur. Sovet İttifaqı da bu üsuldan tez-tez istifadə edirdi. Digər tərəfdən isə onun yeni nə dediyinə diqqət yetirməliyik. O bildirdi ki, Rusiya ABŞ-ı məhv edə bilər. Bəli, bu, bütün dünyaya və ABŞ-a məlumdur. Buna görə, Kennedi və Xruşşov 1962-ci ildə nüvə müharibəsinin astanasından qayıtdılar.

Lakin Putin vergül qoymağı və ABŞ-ın Rusiyanı da məhv edə biləcəyini deməyi unudur. Suallar yalnız bəzi nüanslardadır: Rusiya 10 dəfə ABŞ-ı, ABŞ isə 15 dəfə Rusiyanı məhv edə bilər. Yaxud əksinə...

Bu çıxış Rusiya ilə Qərb arasındakı gərginliyi daha da artırdı. Amma tərəflər sərhədi keçməyə cəhd etmirlər. Putin də kamikadze deyil. Ancaq təhdid edir: “Əgər mənimlə ciddi məşğul olsalar, dünya yox olacaq”. Çünki bu, hakimiyyətdə qalmağın yeganə üsuludur.

- Siz dediz ki, Putin hələ hazır deyil. Bəs nə vaxt hazır olacaq?

- Əsas “Putin-2018” ilə “Putin-2014”ün fərqinə nəzər salmaq lazımdır. Putin bundan əvvəlki prezidentlik dövründə rus xalqına kiçik qələbələr verməklə ömürlük prezident seçiləcəyini düşünürdü. Əvvəlcə Krım, sonra Novorossiya, daha sonra Narva... Ancaq o, başa düşdü ki, bu, mümkün deyil. Ukraynaya hücumda yanıldı. Və diqqəti yayındırmaq üçün Suriyaya soxuldu. Suriyada bəzi qələbə xəbərlərini açıqladı. Daha sonra ordunun bir hissəsini Suriyadan çıxaracağını dedi. Bu günlərdə ABŞ-la Rusiya ordusu arasında Suriyada toqquşmaların baş verməsi ilə bağlı məlumatlar dərc edilir. Ancaq Rusiya tərəfi hələ də bununla bağlı açıqlama vermir.

- Sizin fikrinizcə, bu ultimatuma Qərb necə reaksiya verəcək? Bu, Putinin hakimiyyətdə qalması üçün bəs edəcəkmi?

- Qərb ona daha heç nə etməyə imkan verməyəcək. Bunu Putin də başa düşdü. Daha heç bir asan qələbə olmayacaq. Qərb həmişə ləng tərpənir. Bunu Hitlerə qarşı fəaliyyətdə də gördük.

Ona görə də Putin digər modellə hərəkət edəcək – mühasirəyə alınmış qala ətrafında balanslaşdırılmış müharibə aparacaq. Ukraynaya gəlincə, o, Qərbin reaksiyasını anlayıb və nə Mariupola, nə də Kiyevə soxulmayacaq. Belə bir hücum onun hakimiyyəti üçün sarsıdıcı ola bilər.

- Siz dediz ki, bu gün Putin Ukraynaya qarşı fəal hücum əməliyyatlarını özünə rəva bilməz. Bəs Donbas və Krımın taleyi necə olacaq?

- Donbas Ukraynaya qaytarılacaq. Burada vəziyyət yaxşılaşacaq. Krımla vəziyyət fərqli olacaq. Onun taleyi Qərblə razılaşdırılacaq. (teleqraf)

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Rusiya XİN: Aİ-nin Bakı ilə İrəvan arasında normallaşma prosesi ilə bağlı səyləri səmərəsizdir
14:50 18.04.2024
Mariya Zaxarova: Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib
14:45 18.04.2024
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
14:43 18.04.2024
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
14:37 18.04.2024
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
14:30 18.04.2024
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:25 18.04.2024
Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
14:20 18.04.2024
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
14:15 18.04.2024
Rusiya XİN: Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün ABŞ və Aİ üçün alətdir
14:10 18.04.2024
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
14:04 18.04.2024
“Rus ordusunun Qarabağı tərk etməsi Azərbaycanın siyasi qələbəsidir” - Ukraynalı Deputat - ÖZƏL
14:00 18.04.2024
“Google” İsrailə görə 28 əməkdaşını işdən çıxartdı
13:53 18.04.2024
Türkiyə-Azərbaycan Universitetində 3 məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq - RƏSMİ
13:45 18.04.2024
İsveç Baş naziri COP29-a dəvət edilib
13:40 18.04.2024
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
13:35 18.04.2024
Rusiya və Azərbaycan arasında yeni təşəbbüs -FOTO
13:26 18.04.2024
Məktəblərdə “Son zəng” keçirilməsi qadağan olunur? – Rəsmi AÇIQLAMA
13:13 18.04.2024
Hamısı