"Tapançamı çıxardım, özümü vurmaq istəyirdim..." Aprel döyüşlərinin qəhrəmanı

Müsahibələr 14:44 10.04.2018

Aprel döyüşlərinin üstündən 2 il ötür.

Döyüşlər zamanı 8 mühüm yüksəklik – Lələtəpə və Talış ətrafında 7 yüksəklik  işğaldan azad edilib. Lələ-Təpə adlandırsaq da, o, eni 3 km olan Lələ-İlahi dağ silsiləsidir.

Aprel döyüşləri zamanı ordumuzun digər bölmələri ilə yanaşı xüsusi təyinatlı qüvvələri sözün əsl mənasında düşmənin baş ağrısına çevrilmişdi.

Aprel döyüşlərində Xüsusi təyinatlı qüvvələrin qrup komandiri olmuş kapitan Həşimov Elşadla müsahibəni sizə təqdim edirik:

Qısa arayış:

Kapitan Həşimov Elşad Bahadur oğlu 1986-cı il may ayının 7-də Abşeron rayon Digah qəsəbəsində anadan olub. 2000-ci ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə qəbul olub. 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan hərbi ali məktəbinə daxil olur, 2007-ci ildə məktəbi bitirib leytenant rütbəsi alıb, N saylı hərbi hissədə xidmətə başlayır. 2009-cu ildən Xüsusi təyinatlı qüvvələr sırasına daxil olan Elşad Həşimov 2016-cı il aprel ayında Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. 2017-ci ilin avqust ayında səhhəti ilə əlaqədar ordu sıralarında tərxis olunub. Hazırda ehtiyatdadır, ikinci qrup Qarabağ əlilidir. Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edilib.

– Əməliyyat necə başladı?

– Əməliyyat aprel ayının 1-də Goranboy rayonu Barambat meşəsi istiqamətində başladı və ön xətti keçdik. Gecə saat 4-ə işləmiş puskuya düşdük və dəf etdik. Saat 05:15-də Talış kəndinə çatdıq və kəndi tam mühasirəyə aldıq. Günorta saat 11:30-a qədər orada olduq. Bəzi səbəblərdən, düşmənin minaları texnikamızı vurduğu üçün, hərbi texnikalarımız köməyə gələ bilmədi. Saat 12:30-a qədər kənddəki əsas yerlər, ermənilərin postları, sığınacaqları, kəndin hündür evləri verdiyimiz kordinatlarla artileriyamız tərəfindən vurulmuşdu. Saat 12:30-dan sonra ermənilər Madagiz istiqamətindən hücuma keçdilər. 7 tank, 4 topla gəldilər. 40 nəfər idik, bir şəhidimiz, bir də yaralımız var idi. Komandanlığın əmri ilə bölgəni tərk etdik. Bir qədər sonra yeni komanda gəldi ki, kəndə yenidən girmək lazımdır. Bu dəfə 15 nəfər şəxsi heyətlə kəndə girdik və orada 150-ə yaxın erməni xüsusi təyinatlıları tərəfindən puskuya düşdük. Üzbəüz döyüş oldu. Təxminən 30-40 dəqiqə ərzində qeyri-bərabər şəraitdə döyüş oldu. Orada mən və xidmətdə olan bir hərbçimiz yaralandı və məsafənin uzaqlığı, düşmən sayının çox olmasından təxliyyəm təxminən 20 saat çəkdi.

– Bildiyim qədər, siz özünüzü vurmaq istəmisiniz.

– Xəbər tez yayılır (gülür). Geriyə çəkilən zaman madagiz istiqamətində yaralandım. Düşmən snayperləri baş qaldırmağa imkan vermirdi. Bizim uşaqlar da, məni çıxarmağa çalışırdılar. Düşündüm ki, mənə görə onları da vuracaqlar, həm də yaralı halda onları ləngidəcəm. Ona görə, onlara dedim ki, məni burada qoyub gedin. Tapançamı çıxardım, özümü vurmaq istəyirdim ki, əlimdən aldılar, qoymadılar. Puskuda idik və Talış kəndində tam axtarışda idik. Yanımda da 6 nəfər vardı. Sağ olsun uşaqları, qoymadılar özümü vurum, nə də orada qalım.

Xüsusi təyinatlıların amalı budur ki, yaralı və şəhidimizi geridə qoymayaq. Uşaqlar içdikləri xüsusi təyinatlı andlarına sadiq qaldılar.

– Düşmən tanklarla üzərinizə gəldi. Bu zaman nələr baş verdi?

– Biz örtü və gizləmədən istfadə edirdik. Pilotsuz uçan aparatları qaldırmışdılar, tanklardan da kor atəş açırdılar. Həm də kəndin içərisində çox atəş açmırdılar. Səbəb isə kənddə tikililərin olması idi. Yəqin düşünürdülər, kənd onlarda qalacaq, evləri dağıtmaq istəmirdilər. Bir qismimizi bəlli etmişdilər, onları da ərazidən çıxara bildik. Açığını deyim ki, xüsusi təyinatlı qüvvələr olmasaydıq, bizi orada məhv edərdilər. Orada üstümüzə gələnlər adi əsgər bölmələri deyildi.

– Xüsusi təyinatlı qüvvlərin çox itgi verməsi ilə bağlı müzakirələr gedir.

– Çox olmadı. Əslində hücuma keçən biz idik. Onlarda şəhidlər 2-3 yüz nəfərdən çox oldu, bizdə isə cəmi 132 nəfər.

– Aprel döyüşlərində sizin hərbi hissə komandiri də şəhid oldu.

– Məni yaralı vəziyyətdə çıxardanda hərbi hissə komandirimiz Mirzəyev Murad və digərləri postda qaldılar və postu tərk etmədilər. Postda 8 nəfər var idi, onlardan 7-si şəhid oldu, biri isə yaralı çıxdı. 8 nəfərin üzərinə ermənilərin xüsusi təyinatlı qüvvələri və hərbi texnikaları gəlirdi. Əsl qəhrəmanlıq bu idi.

– Digərləri ilə də söhbət zamanı bildirdilər ki, ermənilər sizin kəndin içərisinə gəldiyinizi bilməyiblər.

– Onlar tam anlamamışdı ki, nə baş verib. Elə bilirdilər ki, 23-cü postun altında bizi puskuda qırıblar, biz geri çəkilmişik. İnternetdə videosu yayılıb, kamaz məhv edilib, onların RAST xidmət rəisi öldürülüb. Onu mənim qrupum məhv edib. Onların ağlına gəlmirdi ki, günün günorta çağı biz orada olarıq. Kamaz sərbəst şəkildə gəlib getmək istəyirdi, uşaqlar onları puskuya saldı. İki zabit yerindəcə öldürüldü. Həmin kamaz postlara sursat aparırdı.

– Artileriyamız necə işləyirdi?

– Artileriyamız möhtəşəm idi. Hansı nöqtəni dedik, vururdular. Bölüklərin yerləşdiyi yerlər, böyük evlər, cəmləşmə rayonları, hamısını dəqiq vurdular.

– Qarabağ müharibəsindən sonra Aprel döyüşləri orduya nə gətirdi?

– Lələtəpə və Talış yüksəkliklərinin alınması orduya, xalqımıza inam gətirdi. Birinci Qarabağ müharibəsi zamanı yeni yaranan dövlət, yeni ordu, rus faktorutam ordunun məğlubiyyəti deməzdim. Ancaq aprel döyüşü bizə inam və ümid gətirdi.

– Aprel döyüşlərinə qədər düşmən arxasına tez-tez keçirdiniz?

– Detallarına girməyəcəm. Bəli, tez-tez keçirdik. Çox nailiyyətlərimiz olurdu. Təbii ki, bunlar hamısı ictimaiyətdən və mediadan gizlin qalıb, qalır, qalacaq.

– Düşmən tərəfi necə, bu keçidləri edir?

– 2012-ci ilə qədər belə bir mifalogiya var idi ki, erməni kəşfiyyatı hər gecə gəlir, gəlib postun yanında çay içir. Ancaq biz ora keçib gələndən sonra bu mifalogiya məhv oldu. Onlarda da belə fikir formalaşıb indi. Uşaqlar onların efirinə girəndə iki tabor komandiri arasında söhbətə qulaq asdıq. Tabor komandirinin biri deyir, necəsən? Digəri deyir, heç nə, oturub, gözləyirik görək, nə vaxt Yaşma gəlib öldürüb gedəcək. Əsas odur ki, biz bunu bacarmışıq.(yenicag.az)

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Hamısı