"İnsanlar Əliyevə ona görə etimad göstərdilər ki..." Savelyev

Müsahibələr 22:46 12.04.2018
Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirildi. Onun nəticələrinə görə, hazırkı Prezident İlham Əliyev böyük üstünlüklə qalib gəldi. Seçicilərin 86 faizindən çoxu ölkənin taleyini yenidən ona etibar etdi. Eyni zamanda, səsverməyə gələnlərin sayı Azərbaycan üçün ənənəvi olaraq çox yüksək oldu: məntəqələrə seçicilərin 75 faizi gəldi.
 
Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev müşahidəçi qismində Bakıda olub. O, müsahibəsində ölkəmiz üçün tarixi hadisədən, İlham Əliyevin inamlı qələbəsinin səbəblərindən və Azərbaycan xalqının bu seçiminin Xəzər regionunun gələcəyi üçün əhəmiyyətindən söz açıb.
 
-Dmitri İvanoviç, keçirilmiş seçkilərin prosedurunun özünü necə qiymətləndirirsiniz?
 
- Azərbaycanın təşkil etdiyi hər bir tədbir yüksək səviyyədə olur və hər dəfə nə iləsə təəccübləndirir. Seçkilər də istisna deyil. Hətta Avropadan, İsraildən gəlmiş müşahidəçilər seçkilərdə tam şəffaflığın təmin edilməsi, sui-istifadə hallarının qarşısının alınması üçün görülmüş tədbirlərdən müsbət mənada heyrətləniblər. Heç yerdə görmədiyimiz tədbirlərin şahidi olduq: məsələn, seçicilərin barmağına dəridə piqment buraxan maye vurulur. Bu, təkrar səsvermənin qarşısını alır. Ünsiyyətdə olduğum bütün müşahidəçilər qeyd edirdilər ki, proses tamamilə legitim və qanunidir və burada öyrənməli çox şey var.
 
- Qərb KİV-lərinin aprelin 11-nə iki-üç ay qalmış Azərbaycana göstərməyə başladığı təzyiqlər barədə nə deyə bilərsiniz? Onların bədbin proqnozları özünü nə iləsə doğrultdumu?
 
- Bu, adətən, ölkədəki mühüm siyasi hadisələrdən əvvəl geosiyasi landşaftın xoş olmayan, lakin ənənəvi ünsürü kimi baş verir. Metodlar təxminən mart ayında Rusiyadakı prezident seçkilərində müşahidə etdiklərimizlə təxminən eynidir. Bunlar, guya qeyri-legitim seçkilərin boykot edilməsi çağırışları, müxalifətə özünüifadə imkanı verilməməsi haqqında hay-küydən ibarətdir. Görünür, Qərbdə Azərbaycan və Rusiya əhalisinin əksəriyyətinin doğrudan da öz liderlərinə etimad göstərə biləcəyi barədə adi həqiqəti heç cür anlaya bilmirlər.
 
- Sizin fikrinizcə, bu yüksək etimadın səbəbləri nədir?
 
- Gəlin, İlham Əliyevin öz xalqı üçün gördüyü işlərə diqqətlə nəzər yetirək. Azərbaycanda təbii sərvətlərdən düşünülmüş istifadə olunması siyasəti və iqtisadiyyatın diversifikasiyası kursu mövcuddur. Bu siyasət neftin qiymətinin kəskin düşdüyü zaman özünü yaxşı doğrultdu. İqtisadiyyatın qeyri-neft sektoru – ağır sənaye, kənd təsərrüfatı, turizm sahələri böhran vəziyyətində istehsalın artmasına və durğunluğun qarşısını almağa imkan verdi. Bunun sayəsində Azərbaycan sosial proqramların həyata keçirilməsi tempini azaltmamaq, əhalinin həyat səviyyəsini aşağı salmadan inkişafı davam etdirmək imkanı qazandı.
 
İkincisi, düşünülmüş milli siyasət: Azərbaycan cəmiyyətində hər kəs öz milli ənənələrini və dinini qoruyub saxlamaqla yanaşı, özünü ölkənin vətəndaşı və patriotu kimi hiss edir. Bu cür yanaşma etnik və konfessional zəmində münaqişələrin qarşısını alır və sabit vətəndaş sülhünü təmin edir. Yeri gəlmişkən, seçki məntəqələrinə səs verməyə gələnlərin çox olması kiminsə məcburi gətirilməsi barədə müxalif fantaziyalarla deyil, məhz bu amillə izah oluna bilər. Məntəqələrdə seçicilərdən tez-tez eşitmək olardı ki, bu ölkə onlarındır və ölkənin gələcəyini müəyyən etmək üçün səs verməyə borcludurlar.
 
Üçüncüsü, mükəmməl diplomat və strateq İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya arenasında ciddi oyunçuya çevrilib. İnsanlar görürlər ki, onların vətəni ilə hesablaşır, ona hörmət edirlər. Bu da çox əhəmiyyətlidir. Bütün bu amillər seçkilərdə İlham Əliyevə verilmiş təxminən 90 faiz səslərin məcmusudur. İnsanlar məhz ona görə öz liderinə etimad göstərdilər ki, prezident ölkəni bu istiqamətdə aparmağa davam etsin və qalan problemləri həll etsin. Müxalifətə gəldikdə isə, nə deyəsən? Əgər müstəqil və güclü ölkədə real müxalifət yoxdursa, onu kənardan süni şəkildə yaratmaq üçün şirnikdirici hallar həmişə olacaq.
 
- Necə güman edirsiniz, müşahidəçilərin seçkilərin legitimliyinə dair rəyləri Qərbin bəyanatlarında hesaba alınacaq, yaxud onlar seçkilərə qədər götürdükləri strategiyanı davam etdirəcəklər?
 
- Bu gün dünyada diplomatiyanın səviyyəsi elədir ki, məsuliyyətsiz çıxışlar, təhdid və sairə üçün imkan yaranıb. İlham Əliyev mürəkkəb geosiyasi və iqtisadi şəraitdə Azərbaycanın sərbəstliyini çox yüksək səviyyəyə qaldırdı. Ölkə dünyanın siyasi arenasında mühüm oyunçuya çevrildi. Bununla belə, Azərbaycan Rusiyanı fəal dəstəkləyir, çünki bizim geosiyasi rəqiblərimiz eynidir və onlar ölkələrimizə qarşı bənzər təzyiq üsullarına əl atırlar. Rusiya Azərbaycana öz maraqları olan güclü tərəfdaş kimi hörmətlə yanaşır. Lakin ABŞ üçün beynəlxalq münasibətlərin bu cür anlayışı ümumiyyətlə mümkünsüzdür.
 
- İlham Əliyevin qələbəsi Xəzər regionu üçün nə deməkdir?
 
- Hər şeydən əvvəl, bu ərazidə əsas güclərdən biri olan Azərbaycan yüksək siyasi sabitlik sayəsində iqtisadi qüdrətini qoruyub saxlayacaq. Bu, Xəzərin ehtiyatlarından istifadə olunması istiqamətində bütün layihə və proqramların reallaşması, bunun nəticəsi olaraq iş yerləri, regionun bütün ölkələrində rifahın yüksəlməsi, qayda-qanun və layiqli həyat deməkdir. Xəzər regionunda sabitliyin və rifahın təmin edilməsi Rusiya və Azərbaycanın ümumi hədəflərindən biridir. Rusiya-Azərbaycan əlaqələri sənayenin inkişafına, milli təhlükəsizliyin möhkəmləndirilməsinə, “insan kapitalının” inkişafına güclü təkan verir. Sözsüz ki, əlaqələrimizin formatı, ölkələrimiz arasında etimad və dostluğun yüksək səviyyəsi prezidentlər Vladimir Vladimiroviç Putinin və İlham Heydər oğlu Əliyevin xidmətləridir. Onlar ölkələrimiz üçün ən vacib tarixi anlarda bir-birinə dəstək nümayiş etdirirlər. Bunun nəticəsi kimi, biz intensiv siyası yaxınlaşmanın şahidi oluruq, parlamentlərarası əməkdaşlıq fəal surətdə inkişaf edir, çox güclü iqtisadi əlaqələrimiz var. Rusiya kimi, Azərbaycan da regionun iqtisadiyyatına sərmayələr qoyur və cəlb edir, o, Xəzərin təbii sərvətlərinin öyrənilməsi və istifadəsi üzrə bütün iri layihələrə, “Şimal-Cənub” nəqliyyat dəhlizinin və “Şərq-Qərb” qaz kəmərinin tikintisinə qoşulub. Ona görə də, şübhəsiz ki, İlham Əliyevin qələbəsi sabitliyin və rifahın, gələcəyin zəfəridir.
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Hamısı