Sosial şəbəkədə nüfuz qazanan yol polisi danışdı FOTO

Müsahibələr 19:54 15.04.2018

Bir neçə gün öncə paytaxtda sürücülərdən birinin polis tərəfindən müşahidə kamerası vasitəsi ilə çəkib sosial şəbəkələrdə paylaşdığı video müzakirələrə səbəb olub. Sürücü məlum videonu paylaşaraq yol polisinin onu haqsız yerə saxladığını iddia edib. Lakin o, gözlədiyi reaksiyanın əksi ilə qarşılaşıb. Belə ki, videonu izləyən sosial şəbəkə istifadəçilərinin, demək olar ki, hamısı sürücünü yox, yol polisini dəstəkləyib.

"Yol hərəkəti haqqında" Qanunu bəndlərinə qədər dəqiq bilən və qayda pozmuş sürücüyə təmkinlə izah edən, sürücünün inad göstərməsini səbirlə qarşılayan Dövlət Yol Polisinin (DYP) əməkdaşı sosial mediada böyük rəğbət qazanıb.

Sputnik Azərbaycan-ın əməkdaşı həmin nümunəvi DYP işçisini taparaq onunla həmsöhbət olub. Sözügedən videonun qəhrəmanı Mirzəliyev Xəqani suallarımızı da eyni təmkinlə cavablandırıb:

— Neçə ildir Dövlət Yol Polisində işləyirsiniz?

— Artıq iki ildir ki, Bakı Şəhər Yol Polis İdarəsində yol patrul xidmətinin inspektoru vəzifəsində çalışıram. Bu sənəti çox sevirəm. Elə təhsilimi də məhz bu sahə üzrə almışam.

— Azərbaycanda yol polisi işləmək çətin deyil?

— Polis peşəsi, ümumiyyətlə ağır sənətdir. Çünki polis qətiyyətli, daha səbirli və dözümlü, cəsarətli olmalıdır, qorxaqlıq göstərməməlidir, vəziyyətdən daha tez çıxmağı bacarmalıdır. Eyni zamanda polis vətəndaşlarda ünsiyyət zamanı kobudluğa yol verməməlidir.

— Qadın sürücülərə münasibətiniz? Adətən kişi sürücülər ən çox qadın sürücülərdən şikayət edir…

— Hazırda qadın sürücülər yol-hərəkət qaydalarına ciddi riayət edirlər. Onu deyə bilərəm ki, artıq sürücülərin hər biri qayda-qanuna əməl edirlər. Sürücülərin çoxu qanunu yaxşı bilirlər. Bu da sevindirici haldır.

Dövlət yol polisi əməkdaşı

Dövlət yol polisi əməkdaşı

Dövlət yol polisi əməkdaşı

Dövlət yol polisi əməkdaşı

Dövlət yol polisi əməkdaşı

 
— Son zamanlar sürücülərin bəziləri DYP əməkdaşı ilə danışarkən onları videoya çəkirlər. Buna münasibətiniz?

— Münasibətim normaldır. Əlbəttə, hər bir sürücü polisi xəbərdar edəndən sonra, onun şəxsi həyatına müdaxilə etmədən iş prosesini çəkə bilər. Qanun buna icazə verir. Ona görə də heç bir etirazımız yoxdur.

— Bilmədən cərimə edən və ya yolu azan sürücülərə kömək edirsiniz?

— Əlbəttə. Bir polis əməkdaşı kimi bizim fəaliyyət prinsipimiz humanistlik olduğu üçün belə sürücülərə yolu izah edirik, başa salırıq, lazımı istiqamətdə hərəkət etmələrinə köməklik göstəririk.

— Məlum hadisə ilə sosial şəbəkələrdə kifayət qədər tanındınız. Simanız tanınmasa da, haqqınızda danışan çox oldu. Bunu gözləyirdiniz?

— Gözləmirdim. Polis əməkdaşı olaraq bu, mənim xidməti vəzifələrimdən biridir. Polis olaraq mən hər bir vətəndaşa qanun çərçivəsində yaxınlaşıb, ona özümü təqdim etməliyəm. Sürücünün pozduğu qanunu izah etməliyəm və təbii ki, qanun çərçivəsində sürücü barədə tədbirlər həyata keçirməliyəm.

— Xidmətdə olmadığınız zaman özünüz heç qayda pozmuşunuz?

— İstər patrul avtomobilində, istərsə də mülki avtomobilimdə sükan arxasında əyləşən zaman maksimum dərəcədə qayda pozmamağa çalışıram. Patrul avtomobilində qayda pozarkən isə hərəkətdə olan digər sürücüləri təhlükə altına qoymayaraq, sayrışan işıqları yandıraraq hərəkət edirəm. Buna da bizə qanunla icazə verilir. Şəxsi avtomobilimdə isə qaydalara tam riayət edirəm. Polis orqanlarında işləməyə başlayandan daha çox məsuliyyətli olmuşam. Bu iki il ərzində şəxsi avtomobilimdə heç bir qayda pozmamışam. Çünki, kimisə qayda pozduğu üçün məsuliyyətə cəlb edirəmsə, mən özüm də o qaydanı poza bilmərəm.

— Polis olmadan öncə harada çalışmısınız?

— Magistr təhsili aldığım üçün bu sahədə işləyə bilməzdim. O vaxta kimi özəl sektorda çalışmışam. Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsində "Yol hərəkətinin təşkili və təhlükəsizliyi" ixtisası üzrə magistr təhsili almışam. Təhsilimi bitirəndən sonra sənədlərimi Daxili İşlər Nazirliyinə vermişəm. Tam şəffaf şəkildə seçimlər nəticəsində işə qəbul olunmuşam.

— Qayda pozan sürücüləri saxlayan zaman qanundan yayınmaq üçün nə kimi bəhanələr gətirirlər?

— Bəhanə edən sürücülər çox olur. Ən çox "tələsirəm, gecikirəm" bəhanələri olur. Bu zaman biz də sürücülərə anladırıq ki, siz gecikməklə qayda pozan zaman başqa insanları da təhlükə altına qoyursunuz. Belə olmaz. Çalışırıq bu halların qarşısını alaq.

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Hamısı