"ATƏT-in seçkilərlə bağlı hesabatı qisas xarakterlidir" Oleq Kuznetsov - ÖZƏL

Müsahibələr 17:12 17.04.2018

Rusiyalı politoloq və tarixçi Oleq Kuznetsov Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevlə görüşündə "Eurasia Diary"-ə verdiyi müsahibədə Rusiyada və Azərbaycanda keçirilən prezident seçkiləri arasında paralel aparıb.

 
- Bakıya tez-tez gələn hörmətli qonaqsınız. Bu dəfə prezident seçkilərində müstəqil beynəlxalq müşahidəçi kimi iştirak etmək üçün Azərbaycana gəlmisiniz. Seçki prosesini və seçki kampaniyasını necə qiymətləndirirsiniz? 
 
- Azərbaycandakı prezident seçkiləri və Rusiyada 18 martda keçirilən prezident seçkiləri həm forma, həm də məzmun baxımdan bir-birinə çox oxşayır. Hər iki ölkədə seçki prosesində iştirak edənlər demək olar ki, eynidir. Rusiyada hazırki prezident, ümummilli lider kimi çıxış edir. Azərbaycanda da vəziyyət eynidır. Partiya nümayəndələri bütövlükdə çox da tanınmır və müəyyən bir fon yaradaraq fəaliyyət göstərirlər. Buna görə də, nəticələri öncədən proqnozlaşdırmaq mümkün idi. 
 
Belə nəticələr üçün ilkin şərtlər var. Hər iki ölkənin iqtisadiyyatında dövlət sektoru - dövlət korporasiyası əsəs yer tutur. Təbii ki, onlar mövcud hökuməti dəstəkləyirlər. Onlar dövlət büdcəsinin 75-80% -ni təşkil edir. Başqa sözlə, nə Rusiya, nə də Azərbaycanda müxalifəti maliyyələşdirə biləcək maliyyə qrupları yoxdur. Buna görə, iri biznesin və ya dövlət səviyyəsində ayrıca nümayəndələrin dəstəyi ilə mövcud olan cırtdan partiyaların mövcudluğu üçün iqtisadi üstünlüklər yaradılır ki, onlar siyasi arenada ola və demokratik quruluş barədə danışa bilsinlər.
 
Digər tərəfdən, cəmiyyətdə müxalifətə qarşı sosial tələbat olmadığından və heç bir maliyyələşmə mənbəyi olmadığı üçün, indiki vəziyyətdən başqa, heç kim real intellektual alternativ yarada, ölkənin inkişafı üçün alternativ inkişaf modelini təklif edə bilməz.
 
- Putinin topladığı rekord sayda səslər barədə danışsaq bu, ilk növbədə, onun Suriya və Ukraynada yürütdüyü siyasətinin geniş miqyaslı dəstəklənməsindən xəbər verir.  Niyə bu belədir?
 
- Rusiyadakı vəziyyət göründüyü qədər birmənalı deyil. Putini iki seçici kateqoriyası dəstəkləyir: yaşı 35-dən az olan gənclər və yaşı 60-dan çox olan təqaüdçülər. Özüm də daxil olmaqla başqaları ona dəstək vermir. Amma mən çox gözəl başa düşürəm ki, həqiqətən də, həmvətəndaşlarımın ¾ hissəsi indiki prezidentə səs verib. Mən bu seçimi qəbul etməliyəm.
 
Azərbaycanda iştirakçı fəallığını motivasiya etmək üçün daha fərqli bir metoddan istifadə olunmuşdu. Dağlıq Qarabağ münaqişəsi faktoru millətin birliyi üçün mühüm amildir. O, dövlət və onun lideri ətrafında birləşir. Bir müşahidəçi olaraq gördüm ki, seçki məntəqələrinə hər yaş qrupundan olan insanlar gəlirdi.
 
Azərbaycanlılar üçün səsvermədə iştirak etmək vətənpərvərliyinin təzahürüdür. Dağlıq Qarabağı qaytarmaq istəyən hər bir azərbaycanlı şüuraltı olaraq səs verməli olduğunu düşünür. Bu cəhətdən o Rusiyadan fərqlənir.
 
- ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosu (DİİHB) missiyasının Azərbaycanda prezident seçkiləri ilə bağlı tənqidi hesabatını necə qiymətləndirirsiniz?
 
- Azərbaycanda ATƏT-in missiyasının hansı vəziyyətdə bağlanıldığını hamımız yaxşı bilirik. ATƏT uzun müddətdir ki, fəaliyyəti adına uyğun gəlməyən bir struktur olmaqdadır. O tez-tez NATO-nun təcavüzkar hərəkətləri üçün siyasi çətir rolunu oynayır. Əlbəttə ki, ATƏT-in Azərbaycan ərazisində həyata keçirdiyi missiya təşkilatın statusuna zidd idi.
 
ATƏT-in Azərbaycana qarşı nə üçün belə bir qərəzli mövqedə olduğu aydındır. Bu Azərbaycandakı daxili proseslərə təsir göstərə bilmədiyi üçün cılız intiqamdır.
 
- Rusiyada və Azərbaycanda hakimiyyətin davamlılığına münasibətiniz necədir?
 
- İndiki hökumətin yüksək səviyyədə qanuniləşdirmə var: çox sayda insan onu dəstəkləyir. Bu, xalqın seçimidir. Qərbdə Rusiya və Azərbaycan vətəndaşlarının diktator seçən ərəb psixologiyasına sahib olan insanlar olduğu deyilir. Son zamanlar insanlar bunu deməyə başlayıblar. Ərdoğan konstitusiya islahatına başladığı və Gülənçiləri və Amerikaya aid elementləri ölkəsinin daxili siyasətindən kənarlaşdırdığı zaman türklər haqqında da belə danışmağa başladılar.
 
Bəlkə də Rusiya, Türkiyə və Azərbaycan vətəndaşlarının zehniyyəti avropalıların düşüncə tərzindən fərqlənir. Ola bilsin ki, bizim tarixi ənənələrimizdə monarxiyaya meyllənmə yoxdursa biz öz taleyimizə görə məsuliyyəti başqasını üzərinə atırıq. Avropada başqa ənənələr var. Biz iki tamamilə fərqli dünyalardanıq. Biz Avropa deyil, Avrasiya dünyasına aidik. Bundan əlavə, biz Qızıl Ordadan çıxmışıq. Psixotipimizin tamamilə başqa bir başlanğıc nöqtəsi. Fakt faktlığında qalır: isanlar öz liderlərini dəstəkləyirlər.
 
- Prezident seçkiləri hər zaman hər hansı bir ölkənin həyatında yeni bir dövrü simvolizə edir. Rusiya və Azərbaycanda liderlər yenidən seçildi. Dövlətlərin xarici və daxili siyasətləri dəyişəcəkmi? Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş gözlənilirmi?
 
- Bu gün Rusiyanın və Azərbaycanın daxili siyasətinin necə inkişaf edəcəyini demək çətindir. Azərbaycanın başçısı ümumi strategiyanı müəyyən edən şəxsdir. İcraedici hakimiyyətin tərkibi müəyyən edilməyib. Hökumətin yeni tərkibi yaradılacaq. İcra hakimiyyətinin yekun tərkibi təsdiq edildikdə, daha konkret danışmaq mümkün olacaq.
 
Azərbaycanda dövlət və regional maraqlarında balans qorunmalıdır.
 
Hesab edirəm ki, Rusiya və Azərbaycanın xarici siyasəti dəyişməyəcək. Ölkələrimiz dinc şərait hökm sürür, manevr etmək üçün meydan yoxdur. Onların əvvəlki kursu davam etdirmək və ya təslim olmaq kimi seçimləri var. Rusiya özünü regional deyil, dünyəvi güc hesab etmək hüququnu müdafiə etməyə davam edəcək. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə çalışacaq.
 
Ermənistanda baş verən proseslər göstərir ki, Ermənistan Rusiyanın təsiri altından çıxır və Qərbin təsiri altına düşür. Uzun müddətdir ki, Ermənistan Rusiyanın vassalı idi. Beynəlxalq sanksiyalarla əlaqədar olaraq, Rusiyanın obyektiv olaraq öz peykini saxlamaq gücündə deyil.
 
Ora Qərbdən gələn kapital axını artıb. Xarici investisiyalar bir şey - pulun qorunmasına və investisiyaların qaytarılmasını təmin etmək üçün siyasi hakimiyyəti idarə etmək imkanının yaradılmasını tələb edir. Məhz buna görə, Ermənistanda dövlət başçısı Ermənistan Böyük Britaniyadakı keçmiş səfiri oldu. Kobud tərzdə desək, o, Ermənistanda Avropa investisiyalarına nəzarət etmək üçün təyin olunub.
 
Natalya Quliyeva

 


Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Hamısı