Ukrayna Xarici İşlər Nazirinin müavini Azərbaycan-Ukrayna münasibətlərinin qarşısında duran əsas vəzifələr barədə danışıb ÖZƏL

Müsahibələr 16:10 08.05.2018

Ukrayna Xarici İşlər Nazirinin müavini Vasili Bodnar Azərbaycana rəsmi səfəri zamanı Eurasia Diary-nin və "Atlas" Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun suallarını cavablandırıb.

Nazir müavini Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevlə Azərbaycandakı qeyri-hökumət sektorunun rolu barədə müzakirələrdən sonra müsahibə verib.

Vasiliy Bodnar müsahibəsində yalnız Azərbaycanla Ukrayna arasında əməkdaşlığın səmərəli nəticələr deyil, tərəflərin yaxın gələcək üçün razılaşdırdıqları planlar barədə danışıb.

- Azərbaycana səfərinizin məqsədi haqqında daha ətraflı məlumat verərdiniz.

- Əsas odur ki, Ukrayna və Azərbaycan dost ölkədir. Azərbaycan bizim üçün strateji tərəfdaşdır, buna görə də biz bütün sahələrdə fəal əməkdaşlıq edirik. Səfərimin məqsədi nazir müavinləri səviyyəsində Ukrayna-Azərbaycan siyasi məsləhətləşmələrinin keçirilməsi idi.

Bundan öncə Azərbaycanın GUAM-da milli koordinatoru, Azərbaycan Xarici İşlər Nazirinin müavini Mahmud Məmmədquliyev və Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Xələf Xələfov ilə danışıqlar apardıq.  

İkitərəfli əlaqələrdə əsas məqsəd - Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfərinin həyata keçirilməsidir. GUAM xətti ilə isə prioritet məsələ iyunun 21-də baş nazirlərin Kişinyovda görüşünü hazırlamaqdır.

- Biz bilirik ki, Ukrayna hərbi münaqişənin mənfi nəticələrinin ləğv edilməsi üçün təcrübənin öyrənilməsində Azərbaycanla fəal əməkdaşlıq edir. Bu sahədə əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Təəssüf ki, Azərbaycanın artıq 25 ildən çox əziyyət çəkdiyi müharibəni biz də yaşayırıq. Ümumi çətinliklərimiz və maraqlarımız var. Maraqlarımız isə sülhü, ərazi bütövlüyünü qaytarmaqdır.

Bu, hər iki tərəf üçün ölkələrimizi birləşdirən prinsipial məsələdir. Biz həmçinin, ümumi bir təhdidin olduğunu və tərəfləri normal dialoqa cəlb etmək və münaqişənin dərinləşdirilməsinə əsas verməmək üçün beynəlxalq ictimaiyyəti cəlb etmək lazım olduğunu anlayırıq. 

Bu gün bizim üçün, Azərbaycan ərazisində minalardan təmizlənmə və məcburi köçkünlərin yerləşdirilməsindən sonrakı illərdə yaşadığı kədərli təcrübəni öyrənmək vacibdir. Azərbaycanda həyata keçirilən tədbirlərin əksəriyyəti indi Ukraynada tətbiq olunur.

 - Sovet məkanında çoxsaylı münaqişələrlə və xüsusilə separatizmlə üzləşən çox sayda ölkə var. Nə üçün məhz Azərbaycan müharibədən sonrakı nəticələrin həlli üçün təcrübənin öyrənilməsində prioritet olmuşdur?

- "Azərbaycan hər zaman bizim üçün çox yaxın ölkə olub. Birincisi, bu liderlərimiz arasında həyata keçirilən strateji tərəfdaşlıqdır. Yüksək səviyyədə etimad və ortaya çıxan problemlər müəyyən formada dərk edilir. İkincisi, münaqişədən sonra yaranmış mövcud problemləri həll etmək üçün Azərbaycan çox işlər görüb. Bu uğurlu nəticələr bizi Ukraynadakı bu cür çətinlikləri aradan qaldırmaqda Azərbaycan təcrübəsini nəzərə almağa yönləndirdi.

- Biz bilirik ki, ötən il ərzində bir sıra nazirlər Azərbaycana rəsmi səfər edib. İki ölkə arasında əməkdaşlığın dinamikasını necə qiymətləndirirsiniz?
 
- Ötən il ərzində ticarət dövriyyənin həcmi iki dəfə yarım artıb. Bu əməkdaşlığımızın nəticəsini göstərir. Bu enerji sektoruna da aiddir. İndi Ukraynanın neft bazarında xammalın 90% -dən çoxu Azərbaycan neftidir. Təhsil sahəsində əməkdaşlığı qeyd edəcəm. Ukraynada çox sayda azərbaycanlı təhsil alır. İndi biz yalnız mənfi halların aradan qaldırılması təcrübəsini deyil, müsbət ikitərəfli əlaqələrimizi necə inkişaf etdirdiyimizi, vətəndaşlarımız üçün hansı perspektivi göstərdiyimizi və onları necə daha da yaxınlaşdırmaq barədə danışmalıyıq.
 
- Azərbaycan bir çox regional layihələrin iştirakçısıdır. Bu yaxınlarda Bakı-Tbilisi-Qars layihəsi həyata keçirildi. Digər enerji layihələri də var. Ukrayna bu cür təşəbbüslərdə iştirak edirmi?

- Birmənalı olaraq, bəli. Ukrayna indi İlham Əliyevin Ukraynaya səfəri ərəfəsində keçiriləcək iqtisadi komissiyanın iclasına hazırlaşır. Bütün planlar ətraflı şəkildə qeyd olunacaq. Hazırda nəqliyyat və enerji qarşılıqlı əməkdaşlıqda prioritetlərdir. Bilirsiniz, dəmir yolu daxil olmaqla, nəqliyyat əlaqələrinin artması ilə əlaqədar ticarət dövriyyəsi də artmışdır. İkincisi, GUAM formatının imkanlarından istifadə etmək vacibdir.

May ayının sonunda Odessa şəhərində "nəqliyyat həftəsi" adı altında nəqliyyat üzrə işçi qrupunun iclası keçiriləcək. Bütün bu məsələlər müvafiq nazirliklər səviyyəsində ətraflı müzakirə olunacaq.
 
Biz hələ istifadə olunmayan bir çox perspektivlərə malikik. Dünən Azərbaycanda kənd təsərrüfatının necə inkişaf etdiyini öyrəndim. Hesab edirəm ki, Ukrayna bazarı təzə Azərbaycan meyvə və tərəvəzlərini qəbul etməyə şad olar. Səfirimiz öz növbəsində Azərbaycanda Ukrayna məhsulları ilə təchiz edilmiş mağazaların artdığını bildirib. Azərbaycan prezidentinin Ukraynaya səfəri zamanı Kiyevdə Azərbaycan Ticarət Evinin açılması gözlənilir. Hesab edirəm ki, Azərbaycanda da Ukrayna evi açılacaq. Biz bunun üzərində çox çalışırıq.
 
İqtisadiyyat, ticarət və enerji - bu bizim üçün ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq üçün imkanlar açan perspektivlərdir.
 
- Ukrayna - Azərbaycan - Türkiyə üçtərəfli formatda əməkdaşlıq prosesi hansı istiqamətdə gedir?
 
- Artıq bu praktikada həyata keçirilir. Biz Azərbaycan tərəfinin təşəbbüsü və türk həmkarların iştirakı ilə üçtərəfli məsləhətləşmələr keçirmişik. Biz əməkdaşlığın imkanları və perspektivlərini: bizi birləşdirən ümumi maraqları və birlikdə həyata keçirə biləcəyimiz layihələri müzakirə etdik. Nəqliyyat, enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olundu. Əminəm ki, biz daha yüksək səviyyədə əlaqələr qura bilərik və bu formatı daha rəsmi səviyyəyə qaldıracaq müvafiq sənədləri imzalayacayıq.
 
- Bu il üç ölkənin, Ukrayna, Azərbaycan və Türkiyə nümayəndələrinin görüşü baş tutacaqmı?
 
- "Hər şey bizim necə işləməyimizdən asılıdır. "Yaxşı işləsək o rellaşacaq və bu, üç tərəf üçün də faydalı olacaq.
 
- Moldova prezidenti İqor Dodon müsahibələrində tez-tez GUAM-ı tənqid edir. Bunu necə şərh edərdiniz?
 
- Təəssüf ki, cənab Dodon Moskvaya yaxın bir şəxs kimi hərəkət edir. GUAM kiməsə qarşı birləşmək üçün deyil, demokratik institutları birgə inkişaf etdirmək və iqtisadi əməkdaşlığı dərinləşdirmək üçün yaradılıb.
 
GUAM çərçivəsində siz çox şeylər etmisiniz. Bizdə artıq Azad Ticarət Zonası yaradılıb və kiber təhlükəsizlik üzrə mərkəz fəaliyyət göstərir. Əməkdaşlığın konkret nəticələri 21 iyun GUAM-ın baş nazirlərin zirvə toplantısında əks olunacaq.
 
Deyim ki, biz artıq baş katiblə birlikdə GUAM xətti ilə əməkdaşlığın vətəndaşlara praktikada müsbət təsiri olan nəticələrini ictimaiyyətə daha fəal şəkildə təqdim etmək üçün çalışırıq. Məsələn, GUAM çərçivəsində konsulluq konvensiyası var. Əgər Azərbaycanın məsələn, hansısa Afrika ölkəsində və ya başqa bir yerdə konsulluğu yoxdursa, Azərbaycan vətəndaşları sərbəst  şəkildə Ukrayna, Moldova və Gürcüstan konsulluğuna müraciət edə bilərlər. Və  ya əksinə.
 
GUAM təşkilatı əməkdaşlığa açıq və hazırdır. Bundan əlavə GUAM-a dəstək verən bəzi təşkilatlar və ölkələrlə qarşılıqlı əlaqənin konkret formatları mövcuddur. Bu Vışeqrad qrupu, ABŞ və Yaponiyadır. Türkiyə ilə sıx əməkdaşlıq formatı da olduqca realdır.
 
Natalya Quliyeva, Elxan Şahinoğlu

 

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Hamısı