"Bakıdan öyrənməli olduğumuz şeylər var" Volqoqradlı memarlar

Müsahibələr 15:14 10.05.2018

Rusiyalı memarlardan ibarət nümayəndə heyəti  Volqoqraddan Bakıya ilk dəfə burada əsərlərini sərgidə nümayiş etdirilmək üçün gəliblər.

Sərginin rəhbəri - Volqoqrad vilayətində Rusiya Memarlar İttifaqının rəhbəri, Volqoqrad idarəsinin şəhər planlaşdırma şöbəsinin rəhbəri Edvin Petrov və Volqoqradın baş memarı Aleksey Protsenko Eurasia Diary ilə şəhərin memarlıq görünüşü ilə bağlı peşəkar fikirlərini və səfər barədə təəssüratlarını bölüşüblər.

ED: Səyahət etdiyiniz sərgi haqqında daha ətraflı məlumat verərdiniz.

Edvin Petrov: Birincisi, belə səmimi qəbula görə çox minnətdarıq.

Biz Volqoqradın müasir memarlığını əks etdirən sərgi proqramını gətirmişik. Memarlar İttifaqımızın ideyası mədəni əlaqələr qurmaqdan ibarətdir.

Sovet İttifaqının dağılmasından sonra postsovet məkanında durğunluq yaşandı. Bütün sistemin pozulduğu zaman dəyişikliklər və çətinliklər dövrü gəldi. Məsələn, sizdə Dağlıq Qarabağ münaqişəsi başladı. Bizim ölkəmizdə də çeçen kampaniyası ilə bağlı bənzər vəziyyət var idi. O vaxt insanlar həyatda qalmaq üçün mübarizə aparırdılar.

Həyat şəraiti yaxşılaşdıqdan sonra, əvvəllər malik olduğumuz mədəni əlaqələrdən məhrum olduğumuzu hiss etdik.

Biz heç bir dövlət dəstəyi almırıq, bütün bunlar şəxsi vəsaitlərimiz hesabına edilir, bəzən müxtəlif sponsorları cəlb edirik. Mahiyyətcə biz buna xalq diplomatiyası deyirik, çünki yerli Azərbaycan memarları ilə görüşlər keçirməkdə maraqlıyıq. Bundan əlavə, ümid edirik ki, onlar da bizim şəhərimizə işgüzar səfərlə gələcəklər. Beləliklə, şəhərlərimizi daha da yaxınlaşdıracaq mədəni əlaqələr quracağıq.

ED: Biz bilirik ki, Volqoqrad və Bakı arasında güclü əlaqələr mövcuddur ...

Edvin Petrov: Bəli, bu faktı təsdiqləyirəm. Həqiqətən də Bakı ilə Volqoqrad arasındakı əlaqələr çox qədim və sıxdır. Volqoqrad tarixən Çariçın adlanırdı. 1925-ci ildə bu şəhər Stalinqrad, 1961-ci ildə isə Volqoqrad adlandırıldı. Çariçın şəhərinin Rusiya sənaye mərkəzi kimi formalaşması Bakı nefti ilə sıx bağlıdır.

Bu şəhərdə Nobel qardaşları tərəfindən neft bazası təşkil edildi, biz onu neft sindikatı adlandırırdıq. 1905-ci ildə Nobel qardaşları tamamilə elektriklənmiş, kanalizasiya sistemi qurulmuş ilk neft şəhərini tikdilər. Dəmir yolu məhz Bakı neftini Rusiyaya çatdırmaq üçün çəkilmişdi.

Bizdə də "Bakı" parkı da var və şəhərdə böyük azərbaycanlı diasporası var.

ED: Azərbaycanla bağlı təəssüratlarınız barədə danışardınız.

Edvin Petrov: Biz bu ölkənin gözəlliyi, xüsusilə də təbiəti və mənzərəsinə vurulduq. Şəhərin, xüsusilə də Şəki şəhərinin memarlığı xoş təəssürat yaratdı. İlk dəfə unikal dünyada analoqu olmayan qədim sənət olan şəbəkə haqqında eşitdik. Şəki Xan Sarayına heyran qaldıq.

Bakıya gələndə şəhərin gözəlliyinə heyran qaldıq. Səfər öncəsi biz Azərbaycanın paytaxtı barədə sorğu apardıq. Bakının yeni Dubay olduğuna dair ictimai fikir formalaşıb. Mən özüm 27 Avropa paytaxtında olmuşam və əminliklə deyə bilərəm ki, Bakı öz çəkisi, gözəlliyi ilə Bratislava, Varşava, Budapeşt, Belqrad, Riqa və s. kimi şəhərləri ötüb. Qeyd etmək lazımdır ki, Azərbaycan rəhbərliyi investisiyaları doğru istiqamətə yönəldir. Bunu parklara, binalara, yollara baxanda fərqinə varmaq olur.

ED:  Bir memar kimi Bakıdakı hansı binanı xüsusilə qeyd edərdiniz?

Edvin Petrov: Birmənalı olaraq, Heydər Əliyev adına Mədəniyyət Mərkəzi. Çox yüksək memarlıq səviyyəsi!

ED: Volqoqradda Azərbaycan, onun mədəniyyəti, adət-ənənələri, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə nə dərəcədə məlumatlandırılıb.

Edvin Petrov: Əlbəttə, bir çox insanlar ölkə haqqında bilir. Biz Azərbaycan, Bakı və onun görkəmli şəxsiyyətləri ilə tanışıq. Hətta bir neçəsini qeyd edə bilərəm: Tahir Salahov, Polad Bülbüloğlu, Müslüm Maqomayev. Bu adlar bizə uşaqlıqdan tanışdır.

Dağlıq Qarabağdan danışarkən, bizim nəslin nümayəındələri bu münaqişə ilə yaxşı tanışdır, amma indiki gənclər daha az məlumatlıdırlar. Onlar bu problemləri anlamırlar. Bu, çox böyük bir problemdir və həll edilməlidir, lakin çox vaxt çəkəcək.

Aleksey Protsenko: 10 il əvvəl çox az sayda rus turist Azərbaycana səfər edirdi, lakin indi hər şey fərqlidir. Bu rəqəm sürətlə artır. İndi tanışlardan birinin Bakıdan necə gəldiyini daha tez-tez eşidə bilirik. Xüsusilə də paytaxtın memarlığı daha cazibədardır. Memarlıq nədir? Memarlıq şəhərin üzüdür. Bakının yollarını, xüsusilə onların keyfiyyətini də qeyd etmək istəyirəm. 

ED: Memar olaraq, Volqoqrad şəhərində şəhər planlaşdırma və memarlıq sahəsində Azərbaycan təcrübəsini tətbiq edəcəksinizmi?

Edvin Petrov: Bəli, mənə Azərbaycanın hərtərəfli yanaşması maraqlı gəldi. Bina təkcə özü deyil, infrastruktur və yaşıllıq da daxil olmaqla, genişlənmiş ona bitişik ərazilərlə birgə istifadəyə verilir.

Paytaxtın parkları və bağları möhtəşəm ağacları, yaşıllıqları ilə heyran qoydular. Biz təmiz küçələr görürük. Ümumiyyətlə, Bakıdan çox şey öyrənməliyik.

Natalya Quliyeva

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Hamısı