Azərbaycan mahnılarını Ukrayna dilində oxuyan müğənni

Müsahibələr 10:00 16.05.2018

Natalya Kudryaşova: "Diliniz nə qədər melodikdirsə, musiqiniz də inanılmaz qədər gözəldir" 

kaspi.az yazını təqdim edir.

Onunla Truskavetsdə tanış olduq. "Karpatı" sanatoriyasında Ukrayna-Azərbaycan Beynəlxalq Alyansın təşkilatçılığı ilə keçirilən Novruz bayramı konsertində Ukraynanın Xalq artisti Qurban Abbasovla birlikdə şövqlə mahnılar oxuyurdu. İfasında həmçinin Azərbaycan bəstəkarlarının mahnıları Ukrayna dilində səslənirdi. Salona toplaşan tamaşaçılar bu ifaları maraqla qarşılayır, hərarətlə alqışlayırdı. Dahi Üzeyir bəyin "Arşın mal alan" operettasından "Gülçöhrənin ariyası"nı, Müslim Maqomayevin məşhur "Azərbaycan"ını, "Mavi əbədiyyət"inı sevgi ilə oxuyurdu. Ukraynalı aktrisa və müğənni Natalya Kudryaşova ilə söhbətimizdə Azərbaycan mahnılarına olan sevgisinə də toxunduq. 

- Siz özünüzü daha çox aktrisa, yoxsa müğənni kimi görürsünüz? Bəlkə bu sənətlər sizin üçün ayrılmazdır?

- Bütün ömrümüz teatrdır. Sadəcə, pyeslər hamıda müxtəlifdir - kimdəsə başdan ayağa məzhəkədir, kimsə əbədi qaşqabaqlıdır və kimsə heç zaman fəlakətdən qurtulmur. Mənim həyatım musiqi ilə bağlıdır. Səhnədə mahnı - bu, həmişə şoudur. Mahnıda başlıcası, vokal keyfiyyətini göstərmək deyil, poeziyanın məğzini çatdırmaqdır. Mahnını oxumazdan əvvəl özümə ən başlıcası sual verirəm: "Sən bu əsər vasitəsi ilə insanlara nəyi çatdırmaq istəyirsən? İnsanlar bu mahnıdan nəyi anlamalıdır?" Ona görə də bir aktyorun komponenti olmadan bir müğənni olmaq mümkün deyil. İnsanın ömründə janrlar müxtəlif ola bilər. Başlıcası, seçimin düzgün olsun. Ən əsası, tamaşaçı ilə səmimi olmaq vacibdir. Çünki müğənninin də, aktrisanın da sənətinə qiymət verən tamaşaçıdır. Biz onlardan ötrü səhnəyə çıxır, onlardan ötrü çalışırıq. Tamaşaçı məmnuniyyəti bizim mükafatımızdır.

- Müslim Maqomayev adına Mədəniyyət Mərkəzinin işində siz aktiv fəaliyyət göstərirsiniz. Mərkəzin həyatınızdakı rolu nədən ibarətdir?

- Müslim Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə 10 illərdir ki, əlaqəmiz var. Mərkəzlə həm müğənni, həm aparıcı, həm də prodüser kimi əməkdaşlıq edirik. Mədəniyyət mərkəzinin rəhbəri Qurban Abbasovla birgə xalqlarımızın - Azərbaycan və Ukraynanın dostluq və qarşılıqlı rəğbətini nümayiş etdirən çoxsaylı birgə layihələr həyata keçiririk. Böyük bayramlarda və teatr nümayişlərində digər millətlərin yaradıcı dostları iştirak edirlər: almanlar, yunanlar, bolqarlar, qaqauzlar, italyanlar, yəhudilər, gürcülər, polyaklar, afrikalılar və b. Bu, Ukraynada yaşayan müxtəlif millətlərə olan sədaqətin göstəricisidir. Həmçinin ölkəmizdə rahat yaşayan, işləyən millətlərə hörmət əlamətidir. Gücümüz birlikdədir və missiyamız millətləri, mədəniyyətləri birləşdirməkdir. Sonuncu layihələrimizdən biri Şərq yeni ilinin - Novruzun qeyd olunması idi. Bayram milyonlarla insanların yaşadığı Dneprin mərkəzində, böyük bir səhnədə qeyd olundu. Ənənəvi Kosa və Keçəl simvolları ilə teatr nümayişi və böyük karetada Bahar qızı Dədə Qorqudun müşayiəti altında keçdi. Onlar bütün insanlara baharın gəlməsi münasibəti ilə xeyir-dua verdilər. Tamaşaçılara ənənəvi Şərq şirniyyatı, kabab, plov təqdim olundu. Bu bayramdan yalnız Şərq xalqlarının nümayəndələri deyil, bir çox yerli əhali də məmnun qaldı. Mətbuatdakı qiymətləndirmələr və çox sayda məqalələrlə tanış olarkən, çoxlarının məmnun qaldığı və hər kəsin bayramı sevdiyi məlum olur. Müslim Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi oxşar bayramlar Çerniqov, Truskavets, Kiyev və başqa şəhərlərdə də keçirilib. Şəxsən bu prosesin iştirakçı-icraçısı olmaq deyil, həm də birgə təşkilatçısı olmaqdan böyük xoşbəxtlik duyuram. Böyük bir bayramın keçirilməsini düşündükcə, tamaşaçıların və iştirakçıların gözlərindəki parıltı gözlərimin önündən getmir. Ukraynanın bu çətin zamanında belə müsbət emosiyaların paylanması gözəl hissdir. Bu hisslər çox dəyərlidir. 

- Payızda Truskavets şəhərində Müslim Maqomayevin xatirəsinə beynəlxalq müsabiqə keçiriləcək. Bu müsabiqənin Ukraynanın mədəni həyatına olan töhfəsini necə qiymətləndirirsiniz?

- Müslim Maqomayevin - bu böyük müğənninin yaradıcılığı dünya miqyasında mədəni bir hadisədir. Onu Ukrayna ilə bağlayan bir çox nüanslar var. O, tez-tez konsert proqramları ilə Ukraynanın şəhərlərini gəzərdi, repertuarında Ukraynanın xalq mahnıları da var idi. Məsələn, dinləyicilərin çoxu Müslim Maqomayevin ifasında "Mən cənnətdə təəccüb edirəm" Ukrayna mahnısını öyrəndi. Bu mahnı bir çox ölkələrdə tanınmış oldu. Onun canlı ifaları musiqisevər ukraynalıların yaxşı yaddaşındadır. O, xüsusi bacarıqla müxtəlif əsərləri ifa edirdi. Müslim Maqomayevin xatirəsinə beynəlxalq vokal müsabiqəsini keçirmək üçün çoxsaylı istedadlı müğənnilər bir araya gəlib. Onlar Maqomayevin repertuarından həm opera ariyasını, həm də estrada mahnılarını ustalıqla ifa edən müğənnilərdir. Bu cür vokalçılar da dünyada  az deyil. Sadəcə, adətən vokalisti klassika və ya estrada arasında seçim etməyə məcbur edirlər. Biz həm klassiklərin, həm də estrada musiqisinin ifasını bir nəfərin birləşdirə biləcəyini göstərəcəyik. Müsabiqə bir daha beynəlxalq ictimaiyyətin diqqətini böyük Azərbaycan müğənnisinin yaradıcılığına yönəldəcək. Azərbaycan təşəbbüsümüzə qoşularsa və Beynəlxalq Vokal Müsabiqəsini dəstəkləyərsə, bu, çox düzgün və məntiqli olacaq. Biz müsabiqəni böyük müğənninin nüfuzuna layiq keçirməyə çalışacağıq. İnanıram ki, müsabiqə böyük əks-səda doğuracaq.

- Siz xüsusi ilhamla Üzeyir Hacıbəyovun mahnılarını, Tofiq Quliyevin əsərlərini ifa edirsiniz. Azərbaycan musiqisinə olan sevginiz haradandır?

- Azərbaycan dili nə qədər melodikdirsə Azərbaycan musiqisi də  inanılmaz qədər gözəldir. Mən Azərbaycan musiqisini Ukraynanın Xalq artisti, dünya səfiri və Müslim Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərinin vasitəsi ilə  tanıyıram. Yalnız vokal mahnıları deyil, instrumental musiqilər də məni sevindirir. Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Ərəb mövzularında fortepiano və orkestr üçün konsert" adlı əsərinin melodizminə heyran oldum. Bəstəkar musiqi ilə bir rəssam kimi, sanki incə Şərq gecəsinin şəkilini təsvir edir. Azərbaycan bəstəkarlarının musiqini öyrənməyin bir çox  maraqlı və layiqli məziyyətləri var. Ancaq Ukraynada nədənsə bu barədə az adam bilir.

- Siz həm də "Müfəttiş: maqazin" proqramının məşhur aparıcısınız. Aparıcılıq sizin yaradıcılığınıza nə qədər kömək edir?

- "Müfəttiş" qrupunun bütün layihələri birləşmiş və bir araya gələn həmfikir insanların düşüncəsidir. Bu insanların hamısı öz işləri ilə nəfəs alırlar. Bu insanlar öz zamanlarını iş və şəxsi vaxtlara bölmürlər. Bu layihə həyatımızın tərzidir. Bu, ümumən hamımıza bir qan qrupudur. "Müfəttiş: dükanlar" - "Müfəttiş" layihəsinin "spin-off, offshoot" qoludur ki, sırf ticarət müəssisələrinin yoxlanışı ilə məşğul olur. İri supermarketlər şəbəkəsindəki rəhbər vəzifəsində iş təcrübəm, bu sahədə biliyim və spesifika ilə bağlı anlayışımın olması ekspert səviyyəsində ticarət obyektlərində yoxlama aparılmasında yardımçı oldu. Təsəvvür etmək çətindir, amma faktdır - bu böyük "müfəttiş" telemətbəxini öz çiyinlərində Viktoriya adlı bir  qadın daşıyır. "Müfəttiş" proqramını ərsəyə gətirən yaradıcı birliyin rəhbəri Viktoriya Burdyukova cəmiyyət üçün çox faydalı olan layihənin əsasını qoyandır.  Biz yoxlamaları apararkən nəinki xidmət sahəsindəki pozuntuları  göstəririk, həm də izləyicini - xidmət bazarının istifadəçisini maarifləndiririk. Bu biliklər sayəsində izləyicilərimiz özlərini aşağı keyfiyyətli mal və xidmətlərin əldə edilməsindən müdafiə edə və bununla da öz sağlamlıqlarını müxtəlif təhlükələrdən qoruya bilərlər. Azərbaycan izləyicilərinə də bu proqram yaxşı tanışdır. Yeri gəlmişkən, "Revizorro" proqramı həmin Ukrayna layihəsinin oxşarıdır, amma "Pyatnitsa" kanalında. "Müfəttiş" proqramının ideyası və müəllif hüququ Ukraynanın Yeni Kanalına məxsusdur və bu da bizi çox qürurlandırır.

- Azərbaycan mahnılarından ibarət repertuarla Bakı səhnəsində çıxış etmək arzunuz və ya planlarınız varmı?

- Əlbəttə, var. Tamaşaçılarınızı Azərbaycan və Ukrayna musiqisi, dünya klassik pop-hitləri ilə təəccübləndirmək imkanım olacaq. Mədəniyyət mərkəzimizin sənətkarları əməkdaşlığa açıqdır.

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
Hamısı