Azərbaycanı Oskara aparan rejissor kimdir? ÖZƏL

Müsahibələr 16:39 18.05.2018

Eurasia Diary 2013-cü ildə “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə dünyanın əsas kino mükafatı olan “Oskar”ın uzun siyahısına daxil edilmiş “Çölçü” Azərbaycan filminin rejissoru Şamil Əliyevin Cult Critic saytına verdiyi müsahibəni təqdim edir:

Shamil Aliyev adlı şəxsin şəkli.

Şamil Əliyev 1960-cı il iyunun 26-da Bakıda anadan olub. 1989-cu ildə Azərbaycan Dövlət Mədəniyyət İnstitutunu bitirdikdən sonra "Azərbaycan film" kinostudiyasında kinorejissor vəzifəsində çalışıb. Onun “Etiraf” adlı ilk filmi müstəqil şəkildə çəkilib. Müxtəlif yerli telekanallarda da rejissor kimi çalışıb. Cənab Əliyev televiziyada bir sıra layihələrin müəllifi və rejissoru olub. Onların arasında Alfred Hiçkok, K. Zanussi, Andrey Tarkovski və s. kimi kinematoqrafçılara həsr olunmuş "Film Media", "Kinematoqrafiya" və "Klassiklər və müasirlər" yer alıb. 1999-cu ildə o özünün “Təsadüfi Görüş” fantastik dramını çəkib. O eyni zamanda NURFİLM Prodüser Mərkəzinin təsisçisi və direktorudur.

Şailik Baumik: Şamil, ilk növbədə, Kəlküttə Beynəlxalq Kult Film Festivalı çərçivəsində "Çölçü" filminizlə 2017-ci ildə “Qızıl tülkü” mükafatını qazanmanız münasibətilə sizi təbrik edirəm. "Çölçü" dünyanın hər yerində nümayiş etdirilib və çox sayda mükafata layiq görülüb. Bu filmi çəkməyə necə qərar verdiniz?

Şamil Əliyev: Təşəkkür edirəm. Filmi çəkməyə hazırlaşarkən qarşıma dəqiq məqsəd qoyuram və daha sonra ssenari üzərində işlər aparılır. “Çölçü” də vəziyyət bir qədər fərqli idi. Mənə Vidadi Həsənovun müəllifi olduğu "Çölçü"nün ssenarisi təklif olundu. Buna baxmayaraq, müəyyən bir məqam üzərində fokuslanarkən, ssenariyə bəzi dəyişikliklər etdik və sonda gördüyünüz film yarandı.

Filmi seyr edərkən, tamaşaçı rejissorun şəhər həyatının süniliyindən bezdiyini və Rusiya ilə şimali İran arasındakı yaşıl düzənliklərin mənzərəsində hümanizmin əsas dəyərlərini araşdırmağa çalışdığını hiss edə bilər. Belədirmi?

Bəli. İran azərbaycanlılarının, soydaşlarımızın mədəniyyəti azərbaycanlıların yaddaşında çox önəmli yer tutur. Ümumi müqəddəs, metafizik dəyərlərimizə əlavə olaraq, ümumi dilimiz var. Bununla belə, Rusiya ilə tarixin müəyyən mərhələlərində yaşamaq və digər sivilizasiyaların təsirlərini hiss etmək məcburiyyəti var. Çöl müqəddəs bir məkan olmaqla, mənim üçün  “öz kökünə qayıdış” xəyalı və atalarımızın ruhunu hiss etməkdir.

- Niyə elə düşünürsüz ki, 21-ci əsr sivil dünyanın texnologiya və medianı istehlak etdiyi bir vaxt çölçünün həyatını izah etmək üçün doğru zamandır?

Texnologiyanın sürəti və inkişafı qloballaşmanı şərtləndirir. Müasir insanın şüuru onun əxlaqi dünyasının faciəsidir. İnsan bioloji birləşmə halına gəlir. Minilliklərlə yaranmış universal dəyərlər eroziyaya uğrayır və dəyərsizləşir.  Antropoloji faciə. Filmdə bu mövzuları qaldırmağa çalışdım. Mənim fikrimcə, istənilən sənət əsərinin gücü onun mövzunu qaldırmağa verdiyi imkandadır. Mən bu sualları təkcə tamaşaçılardan deyil, özümdən də soruşmaq istəyirdim.

Steppe-man-2

Mən deyərdim ki, "Steppe Man" filmdən çox vizual bir şeirdir. Kompozisiya, istiqamət, kamera hərəkəti və redaktənin gözəl sinxronizasiyası var. Necə düşünürsünüz, vizual poeziya yaratmaq üçün səhnə quruluşunun hansı elementləri vacibdir?

Biz (əsas müəlliflər) janrın bütövlüyü, üslubu və harmoniyasını "Çölçü"filmində gördüyünüz təsvirə tabe etdirməyə çalışdıq. Mən dünya kinosunun dahi kinematoqrafçılarından təsirlənmişəm. Antonioni, Berqman, Kurosava, Mizuquçi, Robert Bresson, Satyajit Ray, Mrinal Sen kimi rejissorların filmlərini sevirəm.

Azərbaycan filmlərində hansı tendensiya müşahidə olunur? Kinonun hansı janrı bazarda liderdir və Azərbaycanda müstəqil filmin gələcəyini necə görürsünüz?

Azərbaycan tamaşaçılarının zövqü dünyanın böyük şəhərlərində formalaşmış zövq ilə eynidır. Gənclərin əksəriyyəti əyləncəli filmləri seçir. Müasir Azərbaycan kinosu öz film sənayesini yaratmağa çalışmalıdır.

"Çölçü" çoxsaylı film festivallarında nümayiş etdirilib. Necə düşünürsünüz, hind filmləri yalnız festivallarda nümayiş olunmalı yoxsa geniş auditoriya üçün hazırlanmalıdır? Hindistan Film Festivalları bir filmin kommersiya uğuru üçün hansı təsirə malikdir?

Nəticə etibarilə hər bir film tamaşaçı üçün hazırlanmalıdır. Bu mənada, müstəqil film festivalları kinonu incəsənətin bir növü kimi vurğulayan mühüm arenadır. Kinematoqrafiya yalnız texnologiyanın nəaliyyətlərini deyil, eyni zamanda insan ağılının üstünlüyünü əks etdirən sənət növü olmalıdır.   

Steppe-man-1

Azərbaycanda film çəkərkən qarşılaşdığınız çətinliklər nə idi?

- Azərbaycan müstəqillik qazanandan bir müddət sonra film çəkilişində bəzi çətinliklər yarandı. Sovet İttifaqından ayrıldıqdan sonra öz kino sektorunda islahatlar aparmaq  zərurəti meydana çıxdı. Kinematoqrafiya sahəsində həqiqətən müstəqil olmaq üçün daha bir neçə il lazımdır.

Kinorejissorlar öz sahələrində uğur qazanmaq üçün nə etməlidirlər?

Onların nəzərdə tutduğu hekayəni izah etmə qabiliyyəti.

“Çölçü”nün vəsait fondu nə qədərdir? Kinonun müvəffəqiyyət qazanmasında vəsait fondunun bir rejisor üçün əhəmiyyəti nə qədərdir?

Əlbəttə ki, "Çölçü"nün vəsait fondu yüksək olsaydı prodüserlər həvəslə filmlərə sərmayə yatıra bilərdilər. Məncə, rejissor üçün bu vacib amil olmamalıdır. Əsas məqsəd, yüksək zövqlü intellektual auditoriyanı cəlb etməkdir. Biz aşağı zövqlü auditoriyanı cəlb etmək üçün çox çalışmalıyıq.

- Sizin növbəti layihəniz hansıdır?

“XALI” ssenarisinin üçüncü versiyası olan tammetrajlı bədii filmin layihəsi hazırdır. Mən onu çəkməyə çalışacam. Hadisələr kor və kar xalçaçı rəssam Səməd və onun bir müddət əvvəl ölən həyat yoldaşı ətrafında cərəyan edir. Sənətçini aclıqdan xilas etmək üçün gələn xanım ölən həyat yoldaşını əvəz edir. Daha sonra onu da bir başqası əvəz edir. Ancaq bu qadınlar tezliklə Səməddən ayrılmaq məcburiyyətində qalır. Sənətçini kim xilas edəcək?

Sağollaşmadan əvvəl daha bir sual: Gənc kino rejissorlarına hansı mesajı verərdiniz?

Onlar Antropologiya elmini və Aristotelin "Poeziya" əsərini öyrənsinlər.

Müsahibəni götürdü: Şailik Baumik

Cult Critic Mise en Scene

Şailik Baumik mükafat qazanmış kinorejissor və sahibkardır. "Dasein" adlı bədii filmi ilə tanınan Şailik, missiyası rəqabətin yüksək olduğu bu sahədə sağ qalmaq və inkişaf etməsində Müstəqil Film İstehsalçılarına köməklik göstərmək olan Human Lab Corporation çoxmillətli Film Şirkətinin təsisçisi və sədridir. Şailik dünyada HLC baneri altında buraxılan filmlər də daxil olmaqla HLC filmlərinin istehsalı, təşviqatı və marketinqini həyata keçirir. 

"Çölçü" filmi barədə daha ətraflı buradan oxuya bilərsiniz.


Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı