Oman sultanlığının heyran qaldığı azərbaycanlı tələbə kimdir?

Müsahibələr 09:31 30.05.2018

Eurasia Diary publika.az-a istinadən Omanda ilk dəfə Azərbaycanla bağlı seminar və tədbirlər təşkil edən, Oman Olimpiya Komitəsi tərəfindən qızıl medala layiq görülən 3-cü kurs tələbəsi Süleyman İbrahimovla müsahibəni təqdim edir:

- Özünüzü oxucularımıza təqdim edin.

- Süleyman İbrahimov, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin 3-cü kurs tələbəsiyəm.

- Bu yaxınlarda Oman sultanlığında səfərdə olmusunuz. Səfər çərçivəsinə hansı işlər gördünüz?

- İslam Oyunları zamanı könüllü kimi fəaliyyət göstərirdim. Həmin oyunda Oman Olimpiya Komitəsi ilə işləyirdim. Daha sonra onlarla münasibətlərimiz dostluq çərçivəsində irəlilədi. Və elə onların dəvətilə mayın 10-da Omana səfər etdim. Azərbaycandan təkcə mən iştirak etdim. Sultan Qabus Universitetinin tələbələri ilə görüşdük. Ölkəmiz, tariximiz, mədəniyyətimiz və gəzməli yerlərimiz haqqında geniş məlumat verdim. Səfərim Heydər Əliyevin 95 illik yubileyi çərçivəsinə düşdüyü üçün Ümumilli liderimiz və onun ölkəmiz üçün gördüyü işlər haqqında tələbələrə məlumat verdim. Buradan özümlə milli dəyərlərimizi əks etdirən hədiyyələr də aparmışdım onlar üçün.

- Tələbələrin ölkəmiz haqqında bilik və təəssüratları nə dərəcədə idi?

- Seminarda Azərbaycanın coğrafi mövqeyi və ölkəmizdə keçirilən yarışlar haqqında məlumatlar verdim. Ancaq məlum oldu ki, onların onsuz da, ölkəmiz haqqında kifayət qədər məlumatları var. Hətta bəziləri bir neçə dəfə Azərbaycana səyahət edib. Daha sonra Azərbaycan-Oman əlaqələri haqqında danışdım. Bakı Dövlət Universtiteti barəsində qısa məlumat verdim. Açığı, ölkəmiz haqqında müəyyən bilgilərə sahib olsalar da, Heydər Əliyev haqqında məlumatları yox idi. Ancaq onlara olduqca maraqlı gəlirdi. Təqdimatdan sonra suallar da verirdilər. Mən də onlara Azərbaycan haqqında maraqlı məlumatların yer aldığı kiçik kitabçalar hədiyyə etdim.

- Onları nələr maraqlandırırdı ölkəmizlə bağlı?

- Əsasən, turzim sahəsi ilə maraqlandılar. Azərbaycana ərəb turistlər gəlirmi, qarşılanma necədir, gəzməli yerlər haralardır. Bu haqda suallar verirdilər. Müsəlman ölkəsi olduqları üçün İslamla bağlı bizdə olan qaydalarla da maraqlandılar. Mən də bacardığım qədər məlumat verdim. Təqdimatdan sonra yaxınlaşıb deyirdilər ki, biz Azərbaycana gəlsək, qarşılayarsınızmı? Yəni artıq səyahət planlarını qurmağa başlamışdılar.

- Universitetdən sonra haralara baş çəkdiniz?

- Oman Olimpiya Komitəsinə dəvət aldım. Gözləmədiyim şəkildə məni tanıdılar. Dediyim kimi, onlarla Bakıda birgə işləmişdim deyə, yadlarında qalmışdım. Orada ölkəmizə həsr olunmuş tədbir baş tutdu. Məni fəxri qonaq kimi qızıl medalla da təltif etdilər. İslam Oyunlarında Oman yığması finalda milli komandamızla qarşılaşmışdı. Milli onları 2:1 hesabı ilə məğlub etmişdi və Oman gümüş medal qazanmışdı. Həmin oyunu yada saldılar. Futbolçular həyəcanla Azərbaycanda keçirdikləri günlərdən danışırdılar. Oman taekvondoçular və atıcılar daxil, ümumilikdə, 21 nəfərlik heyətlə yarışa qatılmışdı. Üç qızıl medal əldə etmişdilər.

- İslam Oyunları ilə bağlı hansı təəssüratları bölüşdülər?

- Ölkəmizi çox bəyənmişdilər. Hamını yadlarında saxlamışdılar. Azərbaycan Avropasayağı olduğu üçün gəzməli yerlərimiz haqqında daha çox danışırdılar. Hamısı yenidən gəlib gəzmək istəyirdilər.

- Hər iki ölkənin mədəniyyətinə az-çox bələdsiniz. Müqayisə edəcək hansı detallar diqqətinizi çəkdi?

- Oman da İslam ölkəsidir. Mədəniyyətlərimiz, demək olar ki, eynidir. İnsanların bir-birilə münasibəti, mehribanlıq, qonaqpərvərlik eyni səviyyədədir. Qonaq qarşılamağı xoşlayırlar. Süfrə mədəniyyətləri isə fərqlənir. Omanlılar əsasən, yerdə oturub əllə yeməyi sevirlər. Qaşıqdan qətiyyən istifadə etmirlər. Şəhərlərinə gəldikdə isə çox şey bir-birindən fərqlənir. Bizdə Avropa mədəniyyətinə daha çox meyillilik var. Onlar isə inkişaf etməkdə olan ölkə olduqları üçün hələ bu prosesə yeni keçid etməyə başlayırlar. Ərəb ölkəsi kimi Asiya mədəniyyətinin nümunələri hələ də qalmaqdadır. Düzdür, isti ölkədir. Yayda temperatur 45 dərəcəyə qədər olur. Amma, ümumilikdə, maraqlıdır. Şəhərlərində böyük binalar yoxdur.

- Milli dəyərlərdə necə, özünəməxsusluq var?

- Yeddi günlük səyahətim zamanı toyda da iştirak etmək qismət oldu. Onlar toylarını məsciddə edirlər. Buna görə də musiqi olmur. Hamı eyni cür milli geyim geyinir. Toyda da, elə gündəlik həyatlarında da düyü yüməklərinə daha çox üstünlük verirlər. Toyda qonaqların sayı çox olur. 600-700 nəfər yığışırlar. Birlikdə yemək yeyirlər. Qadınlarla kişilər ayrı oturur. Hamı dağılışandan sonra bəyin ailəsi gedib gəlini gətirir. Onların toyları hazırda bizim bəzi regionlarımızda olan, keçmiş toy ənənələri xatırladır.

Səhərlər isə dəyişməz bir ənənələri var: hər gün xurma ilə az miqdarda tünd kofe içirlər. Qapıları isə iyirmi dörd saat açıq olur. Kim istəsə, keçib qonaq ola bilər. Varlı-kasıb təbəqə bir-birindən fərqlənmir. “Dişdaşa” adlı bir cür ümumi ağ geyimləri var. Hər kəs o geyimdə gəzir. Əksəriyyətinin isə evində köməkçiləri var. Ancaq dəbdəbəyə üstünlük vermirlər.

- Hansısa təhsil ocaqlarında oldunuzmu?

- “Bank Finans” adlı kolleclərində qonaq oldum. Onların da tələbə həyatı maraqlı keçir. Kollecin girişində stolüstü tennis yeri düzəldilib. Qrup şəklində oyunlar təşkil edirlər. Auditoriya isə bizimkindən fərqlənmir.

- Azərbaycan-Oman münasibətləri çərçivəsində hansı sahələr daha çox inkişaf edib?

- Getməzdən qabaq araşdırma etdim və belə bir fakta rast gəldim ki, son illər ərəb ölkələrindən Azərbaycan səyahət edənlərin əksəriyyətini omanlılar təşkil edir. Yəni Azərbaycanın turizmi ilə yaxından maraqlanırlar. Avropa ölkələrinə bənzərliyimiz onlara çox maraqlı gəlir.

- Bəs universitetlərarası münasibətlər çərçivəsində nələri həyata keçirməyi planlaşdırırsınız? Məsələn, Omanın hər hansı bir universitetində Azərbaycan mərkəzi açmaq çox faydalı ideya olar.

- Əlbəttə, yaxşı qarşılanar. Mən hələ tək getmişdim. Gözləmədiyim dərəcədə maraq var idi. Bununla bağlı fikrimiz var ki, gələn il Omandan bəzi müəllimləri universitetimizə dəvət edək. Burada seminarla keçirilsin. Bununla yanaşı, Azərbaycandan da oraya müəllimlər gedəcək, tədbirlər təşkil ediləcək. Bu haqda artıq söhbətlər aparmışıq. Qrup yoldaşlarımla birgə də Omanda çıxış etməyi planlaşdırırıq. Məqsədimiz isə ölkəmizi tanıtmaq və onun haqqında müsbət təəssüratlar oyatmaqdır.

- Ərəb ölkələrinə marağınız göz önündədir. Bir Şərq ölkəsini, İslam ölkəsini ən çox hansı xüsusiyyətinə görə bəyənmək olar?

- Mehribanlıqları. İnsana özünü yad hiss etdirmirlər. Tələbələr evlərinə dəvət edirlər. Ailələri ilə görüşdürürlər. Qonaqpərvərlikləri isə sözsüzdür.

- Gələcək planlarda nələr yer alıb?

- Arzum odur ki, bütün ərəb ölkələrində bu cür tədbirlər təşkil edim. Amerikada bir çox ştatda olmuşam, tədbirlərdə iştirak etmişəm. Ancaq bu qədər maraqla qarşılanmamışam. Ona görə də istərdim ki, ölkəmizlə maraqlanan hər kəsə Azərbaycan haqqında məlumat verək. Məsələn, Azərbaycanın Los-Ancelesdəki konsulluğunda olmuşam. Orada demək olar ki, bizimlə maraqlnamırdılar. Ancaq Şərq ölkələrinin bizə marağı daha çoxdur. Yəni şərqli ilə qərblinin baxış bucaqlarında, maraqlarında fərqlilik nəzərəçarpacaq dərəcədə hiss olunur. Bəlkə də ABŞ inkişaf etmiş ölkədir, əksəriyyətin Azərbaycan haqqında məlumatı var. Yəqin bundan irəli gəlir. Ancaq ərəb ölkələri inkişaf etməkdə olduqları üçün müasir ölkələrə heyrətlə yanaşırlar.

- Sizə gələcək planlar və səyahətlərinizdə uğurlar arzu edir, ölkəmizi layiqincə təmsil etdiyinizə görə təşəkkür edirik.

- Mən də sizə Omandan gətirdiyim kiçik xatirə ilə təşəkkür etmək istəyirəm.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Hamısı