Tiflis zirzəmisində İrəvana aid tarixi tapıntı Unikal FOTOLAR

Müsahibələr 21:55 30.05.2018
Qafqaz Tarixi Mərkəzinin rəhbəri, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, UNESCO-nun assistent professoru (dosent) Rizvan Hüseynov Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
 
– Rizvan müəllim, xalq olaraq hər zaman bir gözümüz gülüb, bir gözümüz ağlayıb. İki gün öncə xalq cümhuriyyətinin 100 illiyini qeyd etdik. Bundan bir gün sonra isə tarixi Azərbaycan şəhəri İrəvanın ermənilərə güzəştə gedilməsindən bir əsr ötdü. İstərdik, bu prosesin necə baş verməsindən danışasınız…
– Bilirsiniz ki, 1917-ci ildə Rusiya imperiyası dağılmaq üzrə idi. İmperator devrilmiş və həmin ilin fevralında burjua-demokratik inqilabı baş vermiş, oktyabrda isə bolşeviklər müvəqqəti hökuməti devirərək, özləri hakimiyyətə gəlmişdilər. Həmin dövrdə Qafqazda gərgin vəziyyət yaranmışdı. Hakimiyyətsizliyə doğru gedən regionda bizim mütəfəkkirlər, gürcü ziyalıları və bir sıra erməni nümayəndləri Tiflisdə Zaqafqaziya Seymi yaratmışdılar ki, həm bölgəni idarə etmək, həm də I dünya müharibəsinin təsirlərindən qorunmaq mümkün olsun. Əfsuslar olsun ki, həmin dövrdə vahid Zaqafqaziya dövlətini, yaxud birliyini yaratmaq mümkün olmadı. 26 may 1918-ci ildə gürcü fraksiyası Gürcüstanın müstəqilliyini elan etdi. Səbəblərdən biri də o idi ki, müharibə gedən dövrdə böyük dövlətlərin – istər İngiltərənin, istər Almaniyanın, istərsə də Osmanlı dövlətinin hər birinin öz maraqları var idi. Qafqazdakı xalqların da bu böyük dövlətlərin hər birinə öz meyli yaranmışdı. Gürcüstan Almaniyanın təkidi ilə öz müstəqilliyini elan etdi. Sözsüz ki, bununla Zaqafqaziya Seymi dağıldı. Mayın 28-də Azərbaycan Milli Şurası Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini elan etdi. Həmin gün Ararat Respublikası, yaxud Erməni Federasiyası adlanan dövlət də müstəqilliyini bəyan etdi. Ancaq gürcülərdən, azərbaycanlılardan fərqli olaraq ermənilərin gediləcək yerləri yox idi. Yəni, Cənubi Qafqazın heç bir bölgəsində, quberniyasında, qəzasında ermənilər çoxluq təşkil etmirdi. Ona görə də müqəddəratlarını həll edə bilmirdilər. Bu baxımdan müstəqillik elan olunduqdan sonra ermənilər gürcülərdən Tiflisi paytaxt kimi istəməyə cəhd etdilər. Sözsüz ki, gürcülər buna getmədilər. O zaman onların bütün nəzərləri Azərbaycanın qədim İrəvan şəhərinə zilləndi. Bunu onunla əsaslandırdılar ki, həmin ətrafda Eçmiədzin kilsəsi, yəni ermənilərin dini mərkəzi yerləşir. Xüsusən qeyd edirdilər ki, İrəvan müvəqqəti paytaxtdır. Bunu da qeyd etmək lazımdır. Ölkənin adı da Ararat Respublikası idi. Məqsəd Türkiyə ərazisində yerləşən Ararat-Ağrı dağı ətrafında və Türkiyənin bu dağ ətrafındakı vilayətlərində dövlət qurmaq idi. Sadəcə olaraq, müvəqqəti guya Qafqazda İrəvan ətrafında ermənilər hələlik dövlət qurmalı idilər. Amma Osmanlı dövləti buna imkan vermədi və nəticədə İrəvan və onun ətrafı güzəştə gedildi. Bunun səbəblərindən biri də o idi ki, “Antanta” ölkələri – Britaniya imperiyası, Fransa Pespublikası, Rusiya imperiyası və “Üçlər İttifaqı” – Almaniya imperiyası, Avstriya-Macarıstan monarxiyası və Osmanlı imperiyası Azərbaycan Milli Şurasına böyük təzyiq göstərirdilər. I dünya müharibəsi iştirakçılarının hamısının marağı ermənilərin hardasa öz müqəddəratını təyin etməsindən ibarət idi. Bu yer kimi İrəvan və onun ətrafı seçildi. Böyük dövlətlər Azərbaycan Milli Şurası qarşısında şərt qoydular ki, İrəvan güzəştə gedilməsə onun müstəqilliyi tanınmayacaq. Nəticədə, mayın 29-da Milli Şura yetərsay olmamasına baxmayaraq, buna məcbur oldu.
 
– İrəvanın Ararat Respublikasına verilməsinə dair Milli Şuranın iclası necə keçdi?
– Sözün açığı, bu məsələdə kasadlıq hökm sürür. Çünki ortada Milli Şuranın iki sənədi var. Bəlkə başqa sənədlər də var. Həmin iki sənədə əsasən, fikir yürüdə bilirik. Fətəli xan Xoyskinin başçılığı ilə keçirilən Milli Şuranın iclasının protokolunun birində yazılır ki, ermənilərlə məsələni çözdük və İrəvan şəhəri paytaxt kimi güzəştə gedilir. Digər sənəddə isə qeyd olunur ki, bu, “qaçılmaz fəlakətdir”. Milli Şuranın 28 üzvündən heç də hamısı iclasda iştirak etmirdi. Səsvermə nəticəsində onlardan 16-sı İrəvanın güzəştə gedilməsinin lehinə, 1-i əleyhinə səs verir, 3 nəfər bitərəf qalır. Ancaq hüquqi baxımdan bu sənəd qanuni qüvvəyə minə bilməzdi. Çünki yetərsay yox idi. Şuranın heç də bütün üzvləri iclasda iştirak etmirdi.
 
– Bəs, İrəvanın verilməsindən sonra verilən vədlər yerinə yetirildimi?
– İrəvanın verilməsi ümumi işimizə fayda vermədi. Biz bilirik ki, daşnak hakimiyyəti Zəngəzurda, İrəvanda və digər mahallarda türk-müsəlman əhalini qırırdı. Bu qırğınlar nəinki səngimədi, əksinə Ararat Respublikası həm Gürcüstana, həm də Azərbaycana müharibə elan etdi. Gürüstandan Axalkələki, Borçalını, Loru-Pəmbəki, bizdən isə Naxçıvan, Qarabağ və Zəngəzuru istəyirdi. Erməni tərəfi müharibədə məğlub oldu. Yenə də ingilislərin dəstəyi ilə Zəngəzurun bir hissəsini müvəqəti ələ keçirə bildilər. Amma 1920-ci ilin əvvəlində Azərbaycan öz ərazi bütövlüyünü təmin edə bildi. Qarabağ və Zəngəzurun böyük bir hissəsi azad olundu. Əfsuslar olsun ki, həmin dövrdə bolşevik işğalı baş verdi və cümhuriyyət süquta uğradı.
Yəni, İrəvanın güzəştə gedilməsində məqsəd həm də o idi ki, qırğınlar dayandırılsın. Daşnak hakimiyyəti bu qırğınların dayandırılmasını təmin etməli, gələcəkdə isə ya federasiya şəklində, yaxud əməkdaşlıq formasında iki ölkə arasında sənədlər imzalanmalı idi. Yəni, sülh şəraitində yaşamaq nəzərdə tutulmuşdu. Amma belə bir şey olmadı. Ermənistan ərazisində, sonra isə Azərbaycan ərazilərində Qaregin Njdenin, Drastamat Kanayanın (Dro) dəstələri qırğınlar törədirdi. Daşnak hakimiyyəti ya bunların qarşını ala bilmirdi, ya da almaq istəmirdi. Məqsəd türk-müsəlman əhalini qovaraq Ararat Respublikasının ərazisini böyütmək idi. Yəni, daşnak hakimiyyəti heç bir şərtə əməl etmədi.
 
– Xalq Cümhuriyyətinin süqutunu şərtləndirən amillər hansılar oldu?
– “Antanta” ölkələrinin və “Üçlər İttifaqı”nın blok kimi maraqlarından əlavə hər bir ölkə bölgədə ayrıca olaraq öz marağını təmin etməyə çalışırdı. 1918-ci ilin martında Sovet Rusiyası ilə “Üçlər İttifaqı” arasında imzalanan Brest-Litovsk sülhü nəticəsində Sovet Rusiyası I dünya müharibəsindən çıxdı. Əsas döyüşlər də Rusiya imperiyası ilə Almaniya və Avstriya-Macarıstan arasında gedirdi. Gürcüstanın arxa-dayağı Almaniya idi. Baxmayaraq ki, Almaniya ilə Osmanlı dövləti müttəfiq idi, ancaq bunların Qafqazda baxışları üst-üstə düşmürdü. Osmanlı dövləti Azərbaycan Xalq Cümhuriyyətinə dəstək verirdi. Ermənilərin arxası, güvəndiyi qüvvə ingilislər idi. İngilislərin əli ilə öz işlərini görürdülər. Həmin dövrdə məqsəd Qafqaza, ələlxüsus neft Bakısına, neftin tranzitinə nəzarəti əldə etmək idi. Bu məqsəd uğrunda almanlar, ingilislər, Sovet Rusiyası mübarizə aparırdı. Osmanlı dövləti də bu strateji istiqaməti nəzərə alaraq, həmçinin burdakı türk-müsəlman əhalinin qırğınının qarşısını almaq üçün Qafqaz İslam Ordusu formalaşdırmışdı. Tərkibi türk zabitləri və azərbaycanlılar idi. Bununla da biz görürük ki, kimin marağı nə olub. Nəticə isə heç də ürəkaçan olmayıb. 1918-ci ildə neft Bakısını başda Stepan Şaumyan olmaqla bolşeviklər işğal etmişdilər. Qafqaz İslam Ordusu Azərbaycanı azad etdikcə bolşeviklər qaçdılar, Bakıya ingilislər gəldilər. Osmanlı ordusu Bakını azad etdi, ingilislər getdi. Keçid dövləti yaradıldı, Sentrokaspi dövləti də qurulmuşdu. Sonra müharibə cəbhəsində böyük problemləri olan Osmanlı dövləti ordusunu Azərbaycandan çıxarmağa məcbur oldu. İngilislər yenidən Azərbaycana qayıtdılar. Bakı neftinə ingilislər nəzarət etməyə başladılar. Sonra bildiyimiz kimi, 1920-ci ilin aprelində Sovet Rusiyası Azərbaycanı işğal etdi. Bu dönəmdə cəmi 1 il – 1919-dan 1920-ci ilin aprelinədək, yəni ingilislər getdikdən sonra xalq cümhuriyyəti rahat yaşaya bildi. Heç bir il də olmadı.
 
1920-ci ilin 11 yanvarında Millətlər Liqası, hazırkı BMT Azərbaycanın müstəqilliyini tanıdı və bu, böyük bir bayram oldu. Amma siz demişkən, bizim həmişə bir gözümüz gülüb, bir gözümüz ağlayıb. Yanvar şadyanalığından sonra Qarabağda erməni üsyanları başladı. Azərbaycan ordusu Qarabağa yeridildi, arxa cəbhə boş qaldığı üçün bolşeviklər Dağıstan istiqamətindən XI ordunu yeritdilər, Bakı işğal olundu və cümhuriyyət süquta uğradı. Bax, belə ağır dönəmdə biz müstəqilliyi əldə etdik. O ziyalı təbəqəsi, bizim mütəfəkkirlər heç nədən, əliyalın, pulsuz-parasız, ancaq iti zehinləri ilə bu respublikanı bizim üçün qurdular. Bizim müstəqilliyimiz 1920-ci ildə Millətlər Liqası tərəfindən tanınmasaydı, biz SSRİ-nin tərkibinə müttəfiq respublika kimi daxil ola bilməyəcəkdik. Yəni, SSRİ daxilində müttəfiq respublika statusu ancaq nə vaxtsa müstəqil dövləti olmuş xalqlara verilirdi. Bizə muxtariyyət verəcəkdilər. Necə ki, Qarabağda ermənilərə muxtariyyat verdilər. Azərbaycanın ərazisi parçalanacaq və bir subyekt kimi RSFSR-in tərkibinə daxil olacaqdı. Deyəcəkdilər ki, hüquqi sənəd yoxdur, müstəqilliyi tanınmayıb və demək, bunun müttəfiq respublika olmağa hüququ da yoxdur.
 
– Biz vaxtaşırı İrəvan şəhərinin ermənilərə 99 il müddətinə verildiyinə dair informasiyaya rast gəlirik. Bu, doğrudurmu?
– Bunu boş söhbət adlandırardım. Bununla bağlı heç bir sənəd-sübut görməmişəm. Onu yayan alim də ortaya bir sübut qoymayıb. Mən bunu ciddi söhbət adlandırmaqdan uzağam.
 
– İrəvan şəhərinin sonrakı dövrdə erməniləşdirilməsi barədə nə deyə bilərsiz?
– 1920-ci ilin noyabrında Ermənistanda, bir il sonra Gürcüstanda bolşevik hakimiyyəti qurulur. Yeni yaradılan ZSFSR regionda inzibati-ərazi bölgüsü aparır. Yenə də ziyan çəkən Azərbaycan olur. Təkcə İrəvan və onun ətrafının Ermənistana verilməsi təsdiqlənmir, Zəngəzur və başqa yerlər də güzəştə gedilir. Qarabağda ermənilər üçün muxtar vilayət yaradılır. İrəvanın taleyi sovet dönəmində daha acınacaqlı olur. Çünki hakimiyyət artıq birbaşa ermənilərin əlində idi. 1936-cı ildə İrəvan şəhərinin adı dəyişdirilir, Yerevan adlandırılır. Çar Rusiyası dövründə isə ruslar bu kimi proseslərin qarşısını müəyyən qədər almağa çalışırdılar. Şəhərin yenidən qurulması üçün baş plan qəbul olunur. Həmin plana əsasən, şəhərin tarixi mərkəzi, İrəvan qalası və ona aid tikililər sökülür. Bu, nonses idi. Biz bilirik ki, hansısa şəhərdə tikinti aparılanda, yaxud baş plan qəbul olunanda əsas məqsədlərdən biri onun tarixi mərkəzini qorumaqdır. Tarixi mərkəz Bakıda var – İçərişəhər, Moskvada var – Moskva Kremli, Tiflisdə, Dərbənddə Narınqala var. Yəni, bütün dünyanın şəhərləri öz qədim mərkəzləri ilə öyünür. Amma hazırkı İrəvan şəhəri bundan məhrumdur. Çünki orda Azərbaycan və islam dini mədəniyyəti, bu mədəniyyətin memarlığı mövcud idi. Bu, dağıdılıb. Təxminən 1950-ci illərdə Ermənistan hakimiyyəti belə bir məsələ qaldırır ki, bu şəhərin qədimliyinin heç bir izi-tozu qalmayıbsa, bəs biz qədim xalq olduğumuzu, əzəldən burda yaşadığımızı necə təbliğ edəcəyik? Halbuki, onlar 1918-ci ildə bu şəhəri müvəqqəti paytaxt kimi seçmişdilər. Həmin vaxt İrəvanın özündə yox, şəhərin ətrafında Urartu qalasının qalıqları aşkar olunur. Urartu mədəniyyətinin ən azı 3 min il yaşı var və ermənilərə heç bir aidiyyatı, müasir ermənilərlə azca da olsa bağlılığı, o cümlədən dil və mədəniyyət bağlılığı yoxdur. Buna baxmayaraq, ermənilər Urartu qalasının qalıqları üzərində bir qala tikir, guya bu, qədim qaladır. Çox müəmmalı şəkildə bir daş tapılır, guya bu daşın üzərində “erebuni-irpuni” sözü yazılıb. Bununla da təyin edirlər ki, “erebuni”nin 2750 yaşı var. 1968-ci ildə həmin qala ətrafında muzey tikilir və həmin tarixdən “qədim erməni şəhəri”nin tarixini qeyd etməyə başlayırlar. Guya İrəvan Romadan da qədim şəhərdir. Bu ilin payızında həmin “Erebuni”nin “2800 illiyi”dir.
 
– Rizvan müəllim, istərdik bu istiqamətdə görülən işlər, o cümlədən Sizin özünüzün gördüyünüz işlər barədə məlumat verəsiniz…
– Bəxtimiz gətirib ki, Gürcüstan Milli Muzeyinin arxivinin zirzəmisindən İrəvan xanlığına aid 200 ildir qorunan əşyalar, bayraqlar, portretlər, başqa artefaktlar tapılıb. Biz bir neçə ildir gürcülərlə bu istiqamətdə işləyirik. Əldə etdiyimiz materiallar nəfis tərtibatlı kitab-fotoalbomda öz əksini tapacaq. Hazırda bu kitab-fotoalbom nəşrə hazırlanır və yaxın vaxtlarda çap olunacaq. Həm özümüz, həm də dünya ictimaiyyəti bilməlidir ki, ermənilər bu saxtakarlıq prosesini necə keçiblər. Kitab-fotoalbomda Rusiya fotoqrafiya sənətinin pioneri olan şərqşünas, etnoqraf Dmitri Yermakov (1845-1916) tərəfindən çəkilmiş İrəvan qalasının nadir fotoları təqdim ediləcək, şəhərin milli-mədəni mənsubiyyətini sübüt edən materiallar nümayiş olunacaq. Biz bu başıbəlalı İrəvanda nələrin baş verdiyindən hər kəsin agah olmasını istəyirik. Bu fotolar hələ çapa getmədiyi üçün biz onların hamısını yaymırıq. Hələlik yalnız bir neçə foto verə bilərik.
 
 
 
 
 
 
 
 
 
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı